İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə119/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   115   116   117   118   119   120   121   122   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

465 


 

sağlamlaşması üçün potensial imkanlar, tərəflər 

arasında qarşılıqlı inamın bərpa olunması və s. daxil 

olmaqla) nəzərə alınmaqla, millətlərarası  və 

dövlətlərarası münasibətlər mövzusunda regional 

konfransların keçirilməsi və bu konfransların 

seksiyalarından birinin ayrıca olaraq   millətlərarası 

və dövlətlərarası münasibətlərin təkmilləşməsində 

KİV-in yeri və rolu  mövzusuna həsr olunması 

faydalı ola bilər.   

 

Təxirəsalınmaz vəzifələrin cərgəsinə  aşağıdakı 



tədbirləri də daxil etmək olar: 

 

a)



 

kütləvi informasiya vasitələrinin münaqişənin 

səbəblərinin uydurulmuş (və ya sadələşdirilmiş) 

stereotiplərinin  əhali tərəfindən dərk edilməsinin 

aradan qaldırılması,  əhaliyə onun mürəkkəbliyinin 

və çoxşaxəliliyinin, geniş diapazonda, lakin 

beynəlxalq qanunlar və öhdəliklər çərçivəsində həlli 

yollarının izah olunması  üçün istifadə edilməsi; 

münaqişənin neqativ iqtisadi, siyasi, mədəni, sosial 

və s. nəticələrinin onun bilavasitə  iştirakçılarının 

şüuruna çatdırılması; 

şayiələrlə mübarizənin 

gücləndirilməsi, onların  əsassızlığının açıq  şəkildə 

ifşa edilməsi,  şayiələri yayanlara qarşı neqativ 

ictimai fikrin formalaşdırılması; 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

466 


 

b)

 



əhalinin diqqətinin mətbuat tərəfindən münaqişələrin 

emosional, təkəbbürlü yollarla deyil,  siyasi, 

demokratik yolla, beynəlxalq normalar çərçivəsində 

həlli imkanlarına cəlb edilməsi və bu istiqamətdə 

konkret yolların tövsiyə edilməsi; 

c)

 



münaqişə  iştirakçılarının qanuni tələblərinin tam 

ödənilməsinin və  əsassız, konstutusiyayazidd 

xarakter daşıyan iddialarının qəti 

şəkildə 


yolverilməzliyinin mətbuat tərəfindən 

dəstəklənməsi;                                                                   

d)

 

kütləvi informasiya vasitələrinin münaqişəyə aparan 



hər bir qanunazidd hərəkət və çağırışın – bunun 

ayrıca bir şəxsin, qrup və ya kütlənin hərəkəti 

olmasına baxmayaraq – qəti şəkildə cəzalandırılması 

faktlarının geniş ictimaiyyətə çatdırılmasına kömək 

etməsi və görülən tədbirlər barədə  əhalinin mütləq 

məlumatlandırılması;  

e)

 

mətbuatın millətlərarası  zəmində zorakılıq fakt-



larının  açıldığı materiallarla konstitusiya yolu ilə 

seçilmiş qanuni hakimiyyətə kömək göstərməsi.  

 

Mətbuatın xüsusi vəzifələrindən biri də münaqişələ-



rin,  əsasən də dövlətlərarası ziddiyyətlərin mülayimləşmə-

sində  və  tənzimlənməsində obyektiv surətdə maraqlı olan 

sağlam sosial və siyasi qüvvələri dəstəkləməkdən ibarət 

olmalıdır. Televiziya və radio proqramlarında azsaylı 

xalqların həyatı, adət-ənənələri, məişətləri və s. ilə bağlı 



İlham A.Mazanlı_________________________________________________________ 

 

467 


 

verilişlər təşkil olunsa da (bu sahədə  İctimai Televiziyanın 

fəaliyyəti diqqəti daha çox çəkir) milli məsələlər üzrə 

ixtisaslaşmış ayrıca nəşrlərin olması bu sahədə problemlərin 

müzakirə  və  həll olunmasına töhfə verə bilərdi. Bizim 

fikrimizcə, müasir oxucu və tamaşaçının səviyyəsi və zövqü 

nəzərə alınmaqla, bu nəşrlərin yüksək dizaynı, rəng çalarlığı 

(canlı  rənglərin zənginliyi və sintezi), poliqrafiya icrası ilə 

müasir audio-video-multimedia məhsulları aləminə yenilik 

gətirə bilən və   fərqlənən elmi-praktik jurnalın yaradılması 

daha məqsədəmüvafiq olardı. Respublika miqyasında 

populyar olan və yayılan qəzetlərdə isə sözügedən 

problematika üzrə ayrıca  şöbənin və ya qrupun 

yaradılmasını milli məsələlərin problemə çevrilməməsi 

istiqamətində qabaqlayıcı  və  çəkindirici faktor rolunu 

oynayacağına şübhə etmirik. hazırda Hollandiyada yaşayan,  

qondarma Talış-Muğan Respublikasının uydurma prezidenti 

Əlikram Hümbətovun 2013-cü il sentyabrın 4-də Yerevana 

səfəri və Yerevan Dövlət Universitetində talışşünaslıq üzrə 

magistr proqra-mının açılışında iştirakı ( eyni minvalla 

burada ləzgi, avar, tat, ingiloy və s. poqram və  mərkəz-

lərinin yaradılmayacağına da zəmanət yoxdur) bunu daha 

aktual edir.   

 Kütləvi informasiya vasitələrinin millətlərarası  və 

dövlətlərarası münasibətlər problemlərinin həllinə  təsirinin 

səmərəliliyinin artırılması üçün sosioloji tətqiqatlardan 

geniş istifadənin də  əhəmiyyəti böyükdür. Ona görə  də 

redaksiya kollektivlərində sosialoloji tədqiqat yönümlü 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

468 


 

səriştəli xidmətlrin yaradılması redaksiyaların bu 

istiqamətdəki fəaliyyətlərini daha canlı edə bilər. Bu xidmət 

insanların  əhval-ruhiyyəsinin, onların ictimai təzahürlərə 

münasibətlərinin təhlilinə, situasiyaları proqnozlaşdır-

malarına  və qəzetin ictimaiyyəti cəmiyyətdəki problemlərin 

həllinə  cəlb etmək imkanlarının artırılmasına daha geniş 

şərait yarada bilər. 

 

 

 



 

 

 

 

 

 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə