İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə117/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   113   114   115   116   117   118   119   120   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

457 


 

texniki vasitələrlə  ötürülməsi yox, onun necə əldə edilməsi, 

həqiqətə  nə  dərəcədə uyğun olması  (obyektivlik)    və  nə 

dərəcədə dəqiq ifadə edilməsidir (sənətkarlıq)

 

İnsanın ağlı, düşüncə qabiliyyəti nə  qədər çox 



inkişaf etsə, gerçəklik haqqında o qədər dqiq, düzgün bilik 

əldə edər, hiss orqanlarının verdiyi zahiri məlumatla 

kifayətlənməyərək, daxili, sabit, zəruri  əlamətləri üzə 

çıxarır, ümumilərin nə  dərəcədə  əlaqəli olduğunu öyrənir 



(peşəkarlıq, prinsipiallıq)

 Biliklərin əsasında əməli fəaliyyət dayansa da, bilik 

də öz növbəsində  fəaliyyt meydanını  genişləndirməyə 

(jurnalistin dünyagörüşünü)  xidmət edir. Lakin hər bir 

konkret fəaliyyət üçün müəyyn konkret biliklər tələb olunur. 

... Başqa sözlə, elmi fəaliyyət biliyə seçki ilə yanaşılmasını, 

müəyyən bir fikrin, ideyanın aydınlaşması, kristallaşması 

üçün zəruri olan mühm biliklərin ön plana çəkilməsini,  

xüsusi müstəviyə köçürülməsini (problemin aktuallığı) tələb 

edir.        

Əbu Turxanın hikmət dünyası. 

Prof.Dr.Səlahddin Xəlilovun təqdimatında. 

Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2012, səh. 355-357. 

 

 

 

P.S.

  

kursivlər mənimdir – İ.M. 

 

 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

458 


 

 

NƏTİCƏ 

 

Kütləvi informasiya vasitələrinin millətlərarası 

münasibətlərin təkmilləşdirilməsi amili kimi elmi 

xarakterstikasının açılması məqsədi ilə apardığımız tədqiqat 

işi (1986-1991-ci illərdə SSRİ-də milli münasibətlərin 

həddindən artıq kəskinləşdiyi dövrü əhatə edir) bizə bu 

prosesin səmərəliliyinə  təsir edən kompleks obyektiv və 

subyektiv faktorları müəyyən etmək imkanı vermişdir. 

Tədqiqatımızın qarşısında duran məqsəd və  vəzifələlərdən 

(millətlərarası münasibətlərin gərginləşməsi və milli 

qarşıdurma  şəraitində – Dağlıq Qarabağ  hadisələri 

dövründə – mərkəzi və regional KİV-in fəaliyyətinin təhlili

müasir dövrdə milli inkişaf, millətlərarası  və dövlətlərarası 

münasibətlərin təkmilləşdirilməsində  KİV-in yeri və rolu)

 

çıxış edərək aşağıdakı konseptual xarakterli nəticələrə 



gəlmişik:  

 

1.



 

Demokratik cəmiyyətin, hüquqi dövlətin  əsaslarının 

yaradılması 

şəraitində millətlərarası 

və 

dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi 



məsələləri xüsusi əhəmiyyət kəsb edir. Milli inkişaf 

siyasətinin formalaşması, millətlərarası 

və 

dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi 



prosesində  ən aktiv və  təsirli rolu isə kütləvi 

informasiya vasitələri oynayır. Cəmiyyətdə gedən 




İlham A.Mazanlı_________________________________________________________ 

 

459 


 

dəyişikliklərin dinamik xarakteri isə öz növbəsində: 

a) bütün səviyyələrdə  KİV-in fəaliyyətinin daha da 

canlandırılmasını; b) cəmiyyətdə gedən proseslərdən 

kənarda və geri qalmamasını,  əksinə  cəmiyyətədki 

funksiyasına görə  bu prosesləri qabaqlamasını, 

onları yönləndirməsini və proqnozlaşdırmasını; c) 

milli proseslərin, millətlərarası  və dövlətlərarası 

münasibətlərin siyasi və praktik məzmununun 

hərtərəfli və tam təhlilini; d) onların obyektiv və 

dərindən işıqlandırılmasını  tələb edir. Kütləvi 

informasiya vasitələri bütün hallarda, xüsusilə  də 

millətlərarası  və dövlətlərarası münasibətlərin 

kəskin xarakter aldığı  situasiyalarda vacib 

stabilləşdirici faktor rolunu oynamalıdır; 

2.

 



 Tədqiqatlar göstərir ki, keçmiş SSRİ-də cəmiyyətin 

demokratikləşməsi, vətəndaş 

cəmiyyətinin 

əsaslarının yaradılması istiqamətində atılan ilk 

addımlar belə, bu ölkədə, o cümlədən, Qafqaz 

regionunda  millətlərarası münasibətlər sahəsində 

ciddi problemlərin olduğunu ortaya qoydu, bu da öz 

növbəsində  uzun müddət “qapalı” qalan mövzuların 

açılmasına və kütləvi informasiya vasitələrində 

işıqlandırılmasına imkan yaradır. Lakin, həmin 

dövrdə  mətbuatın köməyi ilə bir çox stereotipləri 

sındırmaq mümkün  olsa da, kommunist partiyası 

bütün istiqamətlərdə olduğu kimi, milli siyasət 

sahəsində  də  əsaslı  şəkildə dönüş yarada bilmir və 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

460 


 

kommunist rejiminin fəaliyyətsizliyi açıq milli 

qarşıdurmalara, bəzi hallarda isə  məhz bu rejimin 

havadarlığı ilə  gərgiliyin  ən son həddinə  gətirib 

çıxarır. Bu vəziyyətə hazır olmayan mətbuat da öz 

vəzifəsinə uyğun olaraq insanların düşüncələrinin 

formalaşmasına təsir göstərə  və stabilləşdirici amil 

rolunu oynaya bilmir.  

3.

 

Apardığımız araşdırmalar sübut edir ki, SSRİ 



məkanındakı “ideoloji əmin-amanlıq”, 

“təntənəlilik”,  “milli məsələlərin problemsizliyi” ilə 

bağlı  bəyanatların verildiyi bir şəraitdə kütləvi 

informasiya vasitələri arzu olunanları  və  bəyan 

edilənləri gerçəklik kimi qələmə verməklə, 

beynəlmiləllə millinin guya əldə olunan vəhdətinin 

sosialist həyat tərzinin ayrılmaz xüsusiyyəti olması 

“fenomen”indən istifadə edərək, bir növ sosial 

sifariş yerinə yetirir.  

4.

 



Milli münasibətlər sahəsində yığılıb qalmış inersiya, 

gerçəkliyin obyektiv şəkildə  işıqlandırılmasına 

“ehtiyacın olmaması” respublika kütləvi informasiya 

vasitələrinin də potensial imkanlarına neqativ təsir 

göstərir. Dağlıq Qarabağ münaqişəsinin 

kəskinləşməsi və daha da güclənməsi kütləvi 

informasiya vasitələrinin bu şəraitdə işləməyə hazır 

olmadıqlarını nümayiş etdirir, onların potensialından 

səmərəli istifadə etməyi bacaran jurnalistlərin 

olmadığını, ümumiyyətlə, münaqişənin 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə