İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə118/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   114   115   116   117   118   119   120   121   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

461 


 

gərginləşdiyi bütün mərhələlərdə millətlərarası 

münasibətlər sahəsində gedən prosesləri adekvat 

şəkildə  işıqlandıra bilmir. Nəinki münaqişə 

tərəflərinin, hətta bəzi mərkəzi nəşrlərin də bir sıra 

prinsipial məsələlərlə bağlı mövqeləri bir-birinə 

uyğun gəlmir, situasiyanın lokallaşmasına və 

sağlamlaşmasına  şərait yaratmır. Xüsusilə  də 

mərkəzi kütləvi informasiya vasitələrində bir-birini 

qarşılıqlı  şəkildə istisna edən və kütləvi  şüurda 

deformasiyalar  əmələ  gətirən stereotiplər yaradılır. 

Bəzi mərkəzi qəzetlər hətta öz müxbirlərinin 

regiondan hazırladıqları obyektiv materialları 

müxtəlif bəhanələrlə çap etməkdən imtina edir. Bu 

da həm bəzi mərkəzi hakimiyyət orqanlarının, həm 

də  mərkəzi KİV-lərin münaqişə  tərəflərinə 

münasibətdə obyektiv mövqe tutmadıqlarını açıq 

şəkildə büruzə verir. Redaksiya kollektivlərinin 

hərəkətləri müəyyən mənada özfəaliyyət xarakteri 

daşıyır. Millətlərarası münasibətlər kimi ciddi bir 

mövzunun işıqlandırılması zamanı bu cür hallara yol 

verilməsi arzuolunan deyil. Problemə analitik və 

proqnostik yanaşma çox zəifdir.  KİV-lər sadəcə 

olanları təsvir etməklə kifayətlənirlər (hətta bu halda 

da müəyyən tərəfkeşliyə yol verilir).  

      Belə hesab edirik ki, 1990-cı il yanvarın 20-də 

sovet qoşunlarının Bakıda öz xalqına qarşı 

törətdikləri       qanlı hadisələrindən sonra mərkəzi 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

462 


 

mətbuatdan fərqli olaraq, respublika mətbuatı 

millətlərarası münasibətlərin gərginləşməsi 

şəraitindəki  üçillik fəaliyyət təcrübəsindən real 

nəticələr çıxarmağa başlayır.  Onun fəaliyyəti 

məqsədyönlülüyü,  əhatəliliyi, istiqamətliliyi, həyata 

və insanlara yaxınlılığı, ümumiyyətlə, müəyyən 

səriştəliliyi və  təhlilə meylliliyi ilə  fərqlənməyə 

başlayır. Zənnimizcə, bu dövr ayrıca bir tədqiqatın 

aparılmasını tələb edir. 

5.

 

Formalaşmaqda olan vətəndaş 



cəmiyyətində      

millətlərarası münasibətlərin təkmilləşdirilməsi  

obyektiv olaraq jurnalistlərin peşəkarlıq və  şəxsi 

keyfiyyətlərinin artırılmasını  tələb edir. Bu tələblər 

ilk növbədə jurnalistin məsuliyyəti, peşəkarlığı  və 

jurnalist sənətkarlığı ilə bağlıdır. Tədqiqatlar 

göstərir ki,

 

Dağlıq Qarabağ hadisələri  ərəfəsində



 

jurnalist kadr korpusu millətlərarası münasibətlər 

sahəsində problemlərin kəskinləşməsinin obyektiv 

surətdə  dərk olunmasına və bu məsələlərin 

mətbuatda peşəkarlıqla  işıqlandırılmasına hazır 

olmamışdır.    

 

Azərbaycan Respublikasının çoxsaylı milli tərkibə 



malik olduğunu, demokratik və hüquqi dövlət quruculuğu 

yolu ilə inkişaf etdiyini, bu prosesdə kütləvi informasiya 

vasitələrinin yerini və rolunu, xüsusilə  də onun 

millətlərarası  və dövlətlərarası münasibətlərin təkmil-




İlham A.Mazanlı_________________________________________________________ 

 

463 


 

ləşdirilməsi faktoru kimi əhəmiyyətini nəzərə alaraq, onun 

bu istiqamətdə  fəaliyyətinin  keyfiyyətcə yaxşılaşdırılması 

və müasir tələblər baxımından yeni bir səviyyəyə 

qaldırılması  məqsədi ilə  aşağıdakı müəyyən konkret 

tövsiyələri irəli sürmək olar: 

 



 



müasir dövrdə Azərbaycan Respublikasının olduqca 

mürəkkəb proseslər gedən və geosiyasi baxımdan 

dünyanın böyük dövlətlərinin maraqlarının 

toqquşduğu bir regionda yerləşməsi kütləvi 

informasiya vasitələrindən millətlərarası 

və 


dövlətlərarası münasibətlərin işıqlandırılmasına  

diqqətlə yanaşmağı, problemin çoxşaxəliliyini, 

mürəkkəbliyini, zddiyyətliliyini və milli-psixoloji 

xüsusiyyətlərini nəzərə almağı  tələb edir. Lazım 

gələrsə, respublikanın suverenliyinin və 

dövlətçiliyinin qorunub-saxlanılması  məqsədi ilə 

KİV-in bu istiqamətdə  fəaliyyətini tənzimləmək 

üçün müəyyən bir sistemin (beynəlxalq təşkilatlar və 

ya bir sıra “demokratiya ixrac edən ölkələr” bu 

addımı söz azadlığının və informasiya hüququnun 

məhdudlaşdırılması kimi qiymətləndirsələr belə)  

yaradılması. Millətlərarası 

və dövlətlərarası 

münasibətlər problematikası üzrə  mətbuatın və 

bütövlükdə bütün kütləvi informasiya vasitələri 

sisteminə daxil olan elementlərin koordinasiyasının 

təşkil olunması (bizim fikrimizə görə, bu funksiyanı 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

464 


 

vahid metodoloji mərkəz yerinə yetirə bilər); Bu 

mexanizmlər mütləq ölkənin konstitusiya 

qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir;  

 

KİV-lərin imicinə  xələl gətirsə belə, redaksiyaların 



rəhbərliyi “millətçilik” xəstəliyinə yoluxmuş, milli 

müstəsnalığı  təşviq edən jurnalistləri millətlərarası 

problemlərin işıqlandırılmasından uzaqlaşdırmalıdır. 

Xüsusilə, millətlərarası 

və dövlətlərarası 

münasibətlərin həddən artıq gərginləşdiyi dövrlərdə 

bu cür jurnalistlərin nəşr olunmaq imkanları 

məhdudlaşdırılmalı,  ən  əsası isə açıq millətçilik 

yolunu  tutmuş, milləti beynəlxalq təcridə 

sürükləyən   KİV rəhbərləri daha təmkinli, tolerant, 

millətlərin və dövlətlərin beynəlxalq dinc yanaşı 

yaşamaq prinsiplərinə hörmətlə yanaşan, bu 

prinsiplərə riyət edən, xalq arasında dərin hörmətə 

və inama layiq olan şəxslərlə əvəz olunmalıdır. 

 

bilavasitə millətlərarası 



və dövlətlərarası 

münasibətlər problematikası kompleksi sahəsində 

ixtisaslaşmış jurnalist kadrlarının hazırlanması  və 

ixtisaslarının artırılması üzrə effektli təhsil və təlim 

sisteminin yaradılması tövsiyə edilir. 

 



Cəmiyyətdə millətlərarası 

və dövlətlərarası 

münaqişələrlə bağlı yaranmış ictimai-siyasi 

situasiyanın stabilləşməsi üçün, onun bütün spesifik 

cəhətləri və xüsusi əhəmiyyəti (münaqişələrin həlli 

üçün uzun sürən vaxtın tələb olunması, vəziyyətin 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə