İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə116/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   112   113   114   115   116   117   118   119   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

453 


 

 

Təbiidir ki, 1990-cı il yanvarın 20-də Bakıda baş 



vermiş qanlı hadisədən sonra paytaxtda yaranmış  kəskin 

gərginlik dövründə keçirilmiş sorğunun göstəriciləri 

əsasında respublika əhalisinin rəsmi mətbuata “soyuq” 

münasibətini ümumi nəticə kimi qiymətləndirmək düzgün 

olmazdı. Bu cavabın səbəbi bilavasitə bütün problemlərin 

məcmusu ilə bağlıdır. Həm də ki, 1991-ci ildə  rəsmi 

qəzetlər artıq opponentləri ilə müqayisədə daha çox tiraj 

yığaraq vəziyyəti dəyişməyə nail ola bilmişdilər. Eyni 

zamanda, aparılmış  təhlillər məlum  şəraitlərdə subyektiv 

faktorların (səriştəlilik və    sənətkarlıq) KİV-in fəaliyyətinə 

nə  qədər pozitiv təsir göstərirsə, bu faktorların aşağı 

səviyyədə olması kütləvi informasiya vasitələrinin   

millətlərarası 

və dövlətlərarası münasibətlərin 

təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin səmərəliliyinə 

bir o qədər neqativ təsir göstərir. 

Biz də belə fikirləşirik ki, məhz bu cür yanaşmalar 

jurnalistləri kəskin milli münasibətlərin mərkəzində olmaq 

imkanı, onları vicdanla, dərindən və obyektiv mühakimə 

etmək bacarığı ilə təmin edir. Onlar ümumbəşəri dəyərləri, 

xalqımızın obyektiv olaraq layiq olduğu haqqını  kənar 

millətçi və  təkəbbürlü, həmçinin  şəxsi və qrup 

maraqlarından üstün tutaraq, belə  çətin mövzuların altına 

girirlər. Peşə borclarını yerinə yetirmələri naminə  şəxsi 

rahatlıqlarından imtina edir, bilə-bilə onları müşayiət 

edəcək gərginliklə, təhlükə ilə barışırlar.  




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

454 


 

 Bu 


fəsildə baxılmış  məsələlərdən aşağıdakı başlıca 

nəticələrə gələ bilərik: 

 



 



formalaşmaqda olan vətəndaş 

cəmiyyətində 

millətlərarası  və dövlətlərarası münasibətlərin 

təkmilləşdirilməsi obyektiv olaraq, jurnalistlərin 

peşə  və  şəxsi keyfiyyətlərinə, ilk növbədə - onun 

məsuliyyətinə, səriştəliliyinə 

və jurnalist 

sənətkarlığına olan tələbləri artırır; 

 

 tədqiqatımızın 



əhatə etdiyi dövrdə milli 

münasibətlərin problemsizliyi haqqında deklarativ 

bəyanatlar bu problematikaya peşə marağının və 

ümumiyyətlə bu məsələni işıqlandıran jurnalistlərin 

hazırlanmasına elə  də ciddi eytiyacın olmadığı 

qənaətinə  gətirib çıxarmışdı  (əslində isə bu 

probemlərin mövcudluğunu kommunist partiyası 

1972-ci ildən başlayaraq, yuxarı  eşelonda qapalı 

şəraitdə etiraf etməyə başlamışdı). Məntiqi olaraq, 

jurnalist kadr korpusu həddən artıq gərginləşmiş 

milli problemlərin obyektiv dərk olunmasına və 

kütləvi informasiya vasitələrində peşəkarlıqla 

işıqlandırılmasına hazır olmadığı bir duruma 

düşmüşdü;   

 

 kütləvi informasiya vasitələrinin   millətlərarası  və 



dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi 

amili kimi rolunun gücləndirilməsi məqsədi ilə 

məhz bilavasitə millətlərarası problemlər kompleksi 



İlham A.Mazanlı_________________________________________________________ 

 

455 


 

üzrə ixtisaslaşmış jurnalist kadrlarının hazırlanması 

və ixtisaslarının artırılması sisteminin  yaradılma-

sının faydalı ola biləcəyi qənaətindəyik (bu sistemin 

bir sıra elementlərini yuxarıda təqdim etmişik);  

 



zənnimizcə,  araşdırılan problemlə bağlı jurnalist 

instrumentarisinin əsasına mütləq 

- a) problemin mahiyyətinin;  

- b) tarixi mənbələrin;  

- c) medianın tədqiqata qədərki çıxışlarının;  

- d) problemlə bağlı irəli sürülən ehtimal və 

fərziyyələri həm təsdiq, həm də inkar edən faktların 

və  


- e) məsələ ilə  əlaqədar mütəxəssislərin, alimlərin, 

nüfuzlu ictimai xadimlərin və  əlbəttə  cəmiyyətin 

mövqeyinin    hərtərəfli öyrənilməsi və s. elementlər 

daxil edilməlidir; 

 

Bütövlükdə, problematika üzrə jurnalist hazırlığı 



sistemində regionun milli psixoloji səciyyələri 

mütləq nəzərə alınmalıdır; 

 

hesab edirik ki, millətlərarası  və dövlətlərarası 



münasibətlərin işıqlandırılması sahəsində, xüsusilə 

də münasibətlərin gərginləşməsinə  qədərki  və 

gərginliyin ilkin dövrlərində   jurnalistlərin yol 

vermiş olduqları nöqsanlardan müvafiq nəticələr 

çıxarılmalı  və problem üzrə  səriştəli jurnalist 

kadrlarının hazırlanması sistemində geniş istifadə 

olunmalıdır.       



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

456 


 

 

      Altıncı fəslə sözardı 



 

“Fikrin müəllifi çox vaxt onu ilk dəfə deyən yox, 

daha gözəl deyən sayılır” 

 

 

İnsanların  (jurnalistlərin)  fəaliyyət  (mövzu) dairəsi 



genişləndikcə, biliklərin  əhatə dairəsi də genişlənmiş olur. 

Müxtəlif fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif bilik 

sahələri  (ixtisaslaşma)  yaranır. ... bilik  sahələri ... heç də 

bütün adamlara deyil, fəaliyyət sahələrindən asılı olaraq 

yalnız müəyyən qrup adamlara (korporativ - jurnalist 

ictimaiyyəti)  mənsub olur. ... və ixtisaslaşma yalnız maddi 

fəaliyyət sahələrini əhatə edir. 

 ... 

Biliklərin nəsildən nəslə ötürülməsi prosesi 



müxtəlif dövrlərdə  və müxtəlif xalqlarda fərqli üsullarla 

həyata keçirilmişdir.  

 Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk 

dövrlərdə əsasən şifahi nitq, şərti işarələr vasitəsi ilə və ya 

təcrübənin bilavasitə bölüşdürülməsi ilə mümkün olmuşdur. 

Sonralar bu vasitələr getdikcə çoxalmış, yazının müxtəlif 

formaları, kitablar, sxem və qrafiklər, radio və televiziya

audio- və videokasetlər, kompüter, İnternet və s. də biliyin 

saxlanması 

və ötürülməsi 



(informasiyanın 

industriyalaşdırılması)  vasitələri kimi çıxış etmişdir. Lakin 

əhəmiyyətli olan biliyin (informasiyanın)  hansı  təbii və 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə