İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
98
ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar. Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət
əsəridir.
E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin sənətkarlıq nümunələri tapılmışdır.
Azərbaycanın cənubunda Sakkız şəhəri yaxınlığında yerləşən bu abidədə qızıl və gümüşdən hazırlanmış
döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər,
dəmir qılınclar və s. aşkar edilmişdir.
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin yüksək inkişaf etdiyini göstərir.
Toxuculuq mühüm sənət sahəsi olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları
toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də
olmuşdur. Mannalıların geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. Döyüşçülər uzun və
dizə çatan libas da geymişlər.
Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmışlar. Mannadan müxtəlif
məhsullar və xammal
ixrac edilirdi.
Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya hücumların qarşısını almaq üçün qalalar və qala-
şəhərlər tikilmişdi. Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli qala divarları ilə əhatə olunmuşdu.
Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdi.
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Manna təsviri sənətinin gözəl
nümunələridir. Həsənli qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur.
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Müxtəlif
əşyaların üzərində şiri
yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ətrafında keçi və
qanadlı öküz təsvir edilmişdir.
Mannalılar allahlara sitayiş etmişlər. İbadət üçün tikilən xüsusi binalarda-məbədlərdə allahların
heykəli qoyulurdu. Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr təsvir olunmuşdur. Manna
əsatirlərində müxtəlif əfsanəvi varlıqlar (qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz,
qanadlı sfinks və s.) mühüm yer tuturdu.
Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı idi. Camın
yuxarı hissəsində döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini təsəvvürlərinə uyğun
olaraq allahları qanadlı çəkmişlər. Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək mümkün olur.
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də
olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı
növünə aiddir. İşarələrin çoxluğu
və müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur.
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk
tayfalarının yaşadığına dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.
Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. Aza adı türk mənşəli aca - “böyük qardaş”
sözünü bildirir. Ullusunu adı türk dillərində işlənən ul-lu-ulu- “böyük, ulu, əzəmətli” sözü və “sun” sifət
şəkilçisinin birləşməsindən əmələ gəlmişdir, “ən böyük”, “ən ulu”, yaxud “ulu adam” mənası daşımışdır.
Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. E.ə. II minillikdə Azərbaycanın ərazisində yerli
türkdilli etnoslar yaşamışlar.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
99
QƏDİM İRAN MƏDƏNİYYƏTİ
Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda iranlı (fars) tayfaları köçəri həyat
sürürdülər. Bu ərazidə yaranmış İran dövlətinin əsasını Əhəmənilər sülaləsi qoymuşdur. Farsların başçısı I
Kambiz Midiyaya tabe idi. O, Midiya çarı Astiaqın (584-550) qızı Mandanaya evlənmişdi. Mandanadan olan
Kir (e.ə. 558-530) inzibati və pul islahatı keçirdi. Vahid pul sistemi yaratdı. Ölkə 20 satraplığa bölündü.
Satraplığa satrap başçılıq edirdi. Persepolla yanaşı, Babil, Suz, Ekbatan şəhərləri də İranın paytaxtı idi. İran-
yunan müharibələrində (e.ə. 490-449) İran məğlub oldu.
Əhəmənilər dövründə mixi yazı əsasında qədim fars yazı növü icad edildi. Farslar şəmsi-qəməri
(günəş-ay) təqvimi tərtib etmişlər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası
üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun
ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol
xarabalıqlarına orta əsrlərdə Təxti-Cəmşid deyirdilər.
Əhəmənilər imperiyası e.ə.
IV əsrin sonunda zəiflədi, İsgəndər Persepol şəhərini tutdu, İranın sonuncu
padşahı III Dara öldürüldü. İran Əhəmənilər imperiyasına son qoyuldu.
Bir neçə əsrdir ki, elmi və bədii ədəbiyyatda İran və fars dövləti anlayışları yanlış olaraq sinonim kimi
işlədilir. Bunun yanlış olmasının başlıca səbəbi İranda tarixən məskunlaşan xalqların unudulması, nəzərdən
qaçırılmasıdır. Nəticədə təqribən 3 min ildən çox bir müddət ərzində İran ərazisində yaraşan mədəniyyət və
digər mənəvi sərvətlər yanlış olaraq farsların adına çıxarılır. Avropa və rus tarixçi və ədəbiyyatçılarının bir
qismi hətta ifrata vararaq bütövlükdə İranı Persida adlandırmışlar.
Bəzi
tarixçilərin fikrincə, «İran» adı əslində coğrafi anlayış olmaqla geniş bir əraziyə (yaylaya) şamil
edilir. Bu coğrafi anlayış bəzən İran dilləri qrupunu bildirən məfhum kimi də işlədilir. İran dilləri qrupuna
fars, puştu, tat, Mazandaran, tacik, Gilan, kürd və başqaları daxildir.
İran mətnləri qədim fars mətnlərində, eləcə də hələ də mübahisəli olan «Avesta» mətnlərində təmsil
olunmuşdur. Bir sıra Azərbaycan alimləri Avesta dilinin fars dili ilə əlaqəsini qəbul etmirlər. Sonralar Urartu
mədəniyyətində məzdəkilik şəklində özünü göstərən zərdüştiliyin əsl sahibi etnik cəhətdən türk
qəbilələrindən təşkil olunmuş midiyalılardır və Urartu mədəniyyətinə indi sahib
durmuş ermənilərə nəinki
məzdəkizmin və zərdüştiliyin, hətta etnik kökü etibarilə «onoqurlarla»-»utiqurlarla», yəni türk tayfalarına
bağlanan Urartu dövlətinin və mədəniyyətinin də qətiyyən aidiyyəti yoxdur. Burada eyni zamanda udin-
kutilərin də tarixi adlarının təhrifindən danışılır, sözlərin əslən yəhudi mənbələrində «Uqin» («Uquz»)
olduğu təsdiq edilir ki, bu etnosların da qədim türklərə məxsusluğu aydındır. Beləliklə, Avestanın bizə gəlib
çıxmış kitabları qədim Azərbaycan ədəbiyyatının əsərləridir.
Coğrafi anlayış kimi İranın əhatə etdiyi ərazi və orada yaşayan müxtəlif xalqların nümayəndələri bu
ölkəni özlərinin doğma vətəni hesab etmişlər. Deməli, «İran» adı altında yalnız bir xalqın - yəni farsların
vətəni deyil, əksinə, bir sıra xalqların vətəni başa düşülməlidir. Bunu «İran» mədəniyyəti anlayışı haqqında
da demək olar. Lakin «İran» mədəniyyətinin müxtəlif tarixi dövrlərin məhsulu olduğu da unudulmamalıdır.
Qədim İran mədəniyyəti İran yaylasının və onunla həmsərhəd Orta Asiya
vilayətləri əhalisinin, çoxsaylı İran
tayfa və xalqlarının yaratdığı mədəniyyətdir. Həmin mədəniyyətin yaradılmasında Azərbaycan xalqının
inkaredilməz rolu olmuşdur.
Tarixçilərin fikrincə, e.ə. III-II minilliklərdə Urmiyyə gölü hövzəsində kuti, lullubi, su (suv), turukki tayfaları
yaşayırdılar. Həmin tayfalar adları bizə məlum olmayan, lakin başqa (o cümlədən Hurri, Qafqaz, Elam)
dillərində danışan əhali ilə ünsiyyətdə olmuşlar.
Eramızdan əvvəl I minillikdə İran ərazisində kuti və lullubi etnosları ilə yanaşı, bir sıra başqa ad
daşıyan tayfalar da yaşamışlar. Urmiyyə gölü hövzəsində Manna dövləti yarandıqdan sonra, onun ərazisi
Assur mixi yazılarında «Mannaya ölkəsi», yəni «mannalıların ölkəsi» adlanırdı.
Yəqin ki, «mannalı» anlayışı
bir sıra etnosların, o cümlədən etnik cəhətdən qohum olan etnosların ümumi adı olmuşdur. Lakin Manna
xüsusi antroponim və yer-toponim adlarının təhlili mövcud olan dillər barədə mühakimə yürütməyə imkan
verir. Manna yer adlarının bir qismi türk dillərində izah olunur. Bəzi Manna hökmdar adları türk mənşəli
hesab oluna bilər. Çox güman ki, bu etnos hələ Aratta dövründə burada yaşayırmış və ölkədə onun dilində
işlənən söz ilə Aratta (Alateye, yəni «dağ», «dağlıq ölkə») adlanmışdır. Bu toponimlər prototürk, yaxud
protoazərbaycan dilinə mənsub idi. Lullubi, turukki və sular Arattanın sakinləri olmuşlar və prototürk
(protoazərbaycan) dilində danışırmışlar. Bununla əlaqədar «turukki» etnonimini «türk» adının erkən forması
kimi qəbul etmək olar.
İranın, İraqın, Türkiyənin, Zaqafqaziyanın, Orta Asiyanın bir çox ərazilərində hələ ən qədim
dövrlərdən türklərin məskunlaşması məsələsini müdafiə edən alimlərimizin sırası getdikcə artmaqdadır.
Coğrafi anlayış kimi İran yaylasının sərhədləri Qərbdə Zaqros dağlarından, Şərqdə Hindistan (İndi
Əfqanıstan, Pa-kistan) ərazisindən, Şimalda Araz çayından başlayır, Cənubda fars körfəzinə çatır.
Bu ölkə
son zamanlaradək «Persiya» (Farsistan) adlanırdı. XX əsrdə dövlət tərəfindən rəsmi olaraq «İran» adı qəbul