İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
98
ox ucları, dəbilqə, bəzək  əşyaları  və s. hazırlayırdılar. Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət 
əsəridir.  
E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin sənətkarlıq nümunələri tapılmışdır. 
Azərbaycanın cənubunda Sakkız  şəhəri yaxınlığında yerləşən bu abidədə  qızıl və gümüşdən hazırlanmış 
döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər, 
dəmir qılınclar və s. aşkar edilmişdir. 
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə  sənətinin yüksək inkişaf etdiyini göstərir. 
Toxuculuq mühüm sənət sahəsi olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları 
toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də 
olmuşdur. Mannalıların geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. Döyüşçülər uzun və 
dizə çatan libas da geymişlər. 
Mannalılar qonşu ölkələrlə ticarət  əlaqələri yaratmışlar. Mannadan müxtəlif məhsullar və xammal 
ixrac edilirdi. 
Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya hücumların qarşısını almaq üçün qalalar və qala-
şəhərlər tikilmişdi. Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli qala divarları ilə əhatə olunmuşdu. 
Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdi. 
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Manna təsviri sənətinin gözəl 
nümunələridir. Həsənli qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur. 
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Müxtəlif 
əşyaların üzərində  şiri yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı  ətrafında keçi və 
qanadlı öküz təsvir edilmişdir. 
Mannalılar allahlara sitayiş etmişlər.  İbadət üçün tikilən xüsusi binalarda-məbədlərdə allahların 
heykəli qoyulurdu. Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr təsvir olunmuşdur. Manna 
əsatirlərində müxtəlif əfsanəvi varlıqlar (qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, 
qanadlı sfinks və s.) mühüm yer tuturdu. 
Həsənlidən tapılmış  qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı idi. Camın 
yuxarı hissəsində döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini təsəvvürlərinə uyğun 
olaraq allahları qanadlı çəkmişlər. Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək mümkün olur. 
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də 
olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı 
növünə aiddir. İşarələrin çoxluğu və müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur. 
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk 
tayfalarının yaşadığına dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir. 
Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. Aza adı türk mənşəli aca - “böyük qardaş” 
sözünü bildirir. Ullusunu adı türk dillərində  işlənən ul-lu-ulu- “böyük, ulu, əzəmətli” sözü və “sun” sifət 
şəkilçisinin birləşməsindən  əmələ  gəlmişdir, “ən böyük”, “ən ulu”, yaxud “ulu adam” mənası daşımışdır. 
Mannada  əhalinin  əsas dili ən qədim türk dili olmuşdur. E.ə. II minillikdə Azərbaycanın  ərazisində yerli 
türkdilli etnoslar yaşamışlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
99
 
QƏDİM İRAN MƏDƏNİYYƏTİ 
 
Mesopotamiyadan  şərqdəki vadilərdə  və dağlardakı yaylalarda iranlı (fars) tayfaları köçəri həyat 
sürürdülər. Bu ərazidə yaranmış İran dövlətinin əsasını Əhəmənilər sülaləsi qoymuşdur. Farsların başçısı I 
Kambiz Midiyaya tabe idi. O, Midiya çarı Astiaqın (584-550) qızı Mandanaya evlənmişdi. Mandanadan olan 
Kir (e.ə. 558-530) inzibati və pul islahatı keçirdi. Vahid pul sistemi yaratdı. Ölkə 20 satraplığa bölündü. 
Satraplığa satrap başçılıq edirdi. Persepolla yanaşı, Babil, Suz, Ekbatan şəhərləri də İranın paytaxtı idi. İran-
yunan müharibələrində (e.ə. 490-449) İran məğlub oldu.  
Əhəmənilər dövründə mixi yazı  əsasında qədim fars yazı növü icad edildi. Farslar şəmsi-qəməri 
(günəş-ay) təqvimi tərtib etmişlər. E.ə. zərdüştlük  Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası 
üzərində  ən məşhur kitabə  həkk etdirmişdir. Pasarqad şəhərinin  ətrafında böyük qülləli bina və onun 
ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol 
xarabalıqlarına orta əsrlərdə Təxti-Cəmşid deyirdilər. 
Əhəmənilər imperiyası e.ə. IV əsrin sonunda zəiflədi, İsgəndər Persepol şəhərini tutdu, İranın sonuncu 
padşahı III Dara öldürüldü. İran Əhəmənilər imperiyasına son qoyuldu.  
Bir neçə əsrdir ki, elmi və bədii ədəbiyyatda İran və fars dövləti anlayışları yanlış olaraq sinonim kimi 
işlədilir. Bunun yanlış olmasının başlıca səbəbi İranda tarixən məskunlaşan xalqların unudulması, nəzərdən 
qaçırılmasıdır. Nəticədə təqribən 3 min ildən çox bir müddət ərzində İran ərazisində yaraşan mədəniyyət və 
digər mənəvi sərvətlər yanlış olaraq farsların adına çıxarılır. Avropa və rus tarixçi və ədəbiyyatçılarının bir 
qismi hətta ifrata vararaq bütövlükdə İranı Persida adlandırmışlar. 
Bəzi tarixçilərin fikrincə, «İran» adı əslində coğrafi anlayış olmaqla geniş bir əraziyə (yaylaya) şamil 
edilir. Bu coğrafi anlayış bəzən İran dilləri qrupunu bildirən məfhum kimi də işlədilir. İran dilləri qrupuna 
fars, puştu, tat, Mazandaran, tacik, Gilan, kürd və başqaları daxildir. 
İran mətnləri qədim fars mətnlərində, eləcə də hələ də mübahisəli olan «Avesta» mətnlərində təmsil 
olunmuşdur. Bir sıra Azərbaycan alimləri Avesta dilinin fars dili ilə əlaqəsini qəbul etmirlər. Sonralar Urartu 
mədəniyyətində  məzdəkilik  şəklində özünü göstərən zərdüştiliyin  əsl sahibi etnik cəhətdən türk 
qəbilələrindən təşkil olunmuş midiyalılardır və Urartu mədəniyyətinə indi sahib durmuş ermənilərə  nəinki 
məzdəkizmin və  zərdüştiliyin, hətta etnik kökü etibarilə «onoqurlarla»-»utiqurlarla», yəni türk tayfalarına 
bağlanan Urartu dövlətinin və  mədəniyyətinin də  qətiyyən aidiyyəti yoxdur. Burada eyni zamanda udin-
kutilərin də tarixi adlarının təhrifindən danışılır, sözlərin  əslən yəhudi mənbələrində «Uqin» («Uquz») 
olduğu təsdiq edilir ki, bu etnosların da qədim türklərə məxsusluğu aydındır. Beləliklə, Avestanın bizə gəlib 
çıxmış kitabları qədim Azərbaycan ədəbiyyatının əsərləridir. 
Coğrafi anlayış kimi İranın əhatə etdiyi ərazi və orada yaşayan müxtəlif xalqların nümayəndələri bu 
ölkəni özlərinin doğma vətəni hesab etmişlər. Deməli, «İran» adı altında yalnız bir xalqın - yəni farsların 
vətəni deyil, əksinə, bir sıra xalqların vətəni başa düşülməlidir. Bunu «İran» mədəniyyəti anlayışı haqqında 
da demək olar. Lakin «İran» mədəniyyətinin müxtəlif tarixi dövrlərin məhsulu olduğu da unudulmamalıdır. 
Qədim İran mədəniyyəti İran yaylasının və onunla həmsərhəd Orta Asiya vilayətləri əhalisinin, çoxsaylı İran 
tayfa və xalqlarının yaratdığı  mədəniyyətdir. Həmin mədəniyyətin yaradılmasında Azərbaycan xalqının 
inkaredilməz rolu olmuşdur.  
Tarixçilərin fikrincə, e.ə. III-II minilliklərdə Urmiyyə gölü hövzəsində kuti, lullubi, su (suv), turukki tayfaları 
yaşayırdılar. Həmin tayfalar adları bizə  məlum olmayan, lakin başqa (o cümlədən Hurri, Qafqaz, Elam) 
dillərində danışan əhali ilə ünsiyyətdə olmuşlar. 
Eramızdan  əvvəl I minillikdə  İran  ərazisində kuti və lullubi etnosları ilə yanaşı, bir sıra başqa ad 
daşıyan tayfalar da yaşamışlar. Urmiyyə gölü hövzəsində Manna dövləti yarandıqdan sonra, onun ərazisi 
Assur mixi yazılarında «Mannaya ölkəsi», yəni «mannalıların ölkəsi» adlanırdı. Yəqin ki, «mannalı» anlayışı 
bir sıra etnosların, o cümlədən etnik cəhətdən qohum olan etnosların ümumi adı olmuşdur. Lakin Manna 
xüsusi antroponim və yer-toponim adlarının təhlili mövcud olan dillər barədə mühakimə yürütməyə imkan 
verir. Manna yer adlarının bir qismi türk dillərində izah olunur. Bəzi Manna hökmdar adları türk mənşəli 
hesab oluna bilər. Çox güman ki, bu etnos hələ Aratta dövründə burada yaşayırmış və ölkədə onun dilində 
işlənən söz ilə Aratta (Alateye, yəni «dağ», «dağlıq ölkə») adlanmışdır. Bu toponimlər prototürk, yaxud 
protoazərbaycan dilinə  mənsub idi. Lullubi, turukki və sular Arattanın sakinləri olmuşlar və prototürk 
(protoazərbaycan) dilində danışırmışlar. Bununla əlaqədar «turukki» etnonimini «türk» adının erkən forması 
kimi qəbul etmək olar. 
İranın,  İraqın, Türkiyənin, Zaqafqaziyanın, Orta Asiyanın bir çox ərazilərində  hələ  ən qədim 
dövrlərdən türklərin məskunlaşması məsələsini müdafiə edən alimlərimizin sırası getdikcə artmaqdadır. 
Coğrafi anlayış kimi İran yaylasının sərhədləri Qərbdə Zaqros dağlarından,  Şərqdə Hindistan (İndi 
Əfqanıstan, Pa-kistan) ərazisindən, Şimalda Araz çayından başlayır, Cənubda fars körfəzinə çatır. Bu ölkə 
son zamanlaradək «Persiya» (Farsistan) adlanırdı. XX əsrdə dövlət tərəfindən rəsmi olaraq «İran» adı qəbul 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə