İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə45/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
100
edilmişdir. Bəzi alimlərin fikrincə, «İran» adı  qədim dövrdə «Ariana» («ari» ölkəsi)  şəklində  işlədilirmiş, 
lakin Ariana qədim yunan qaynaqlarında bütün İran yaylasına yox, ancaq onun Şərq hissəsinə (indi: 
Seistana) şamil edilirdi. Avestada həmçinin «Arianam veyca» («ari ölkəsi») adı çəkilmişdir. Bəzən bu ölkəni 
Orta Asiyada qədim Xarəzm  ərazisində yerləşdirirdilər. Mərv və Herat şəhərini onun mərkəzi hesab 
edirdilər.  Əhəmənilər dövründə Arey («Ariya») Xarəzm və Soqdiana ilə bir canişinliyə daxil idi və 
Xarəzmdə axan çay Ak adlanırdı (ola bilsin ki, Ak çay adı türk sözü ak (aq) «ağ, ağımtıl (çay)» mənasını 
daşıyırmış). Beləliklə, Arianam (Ariana)  
Arey  İran yaylasının  Şərq və  şimal-şərqində müəyyən  əraziyə verilən ad olmuşdur. «Ariana» adının 
İran formasına çevrilməsi inandırıcı deyildir, «İran» adının  əmələ  gəlməsində başqa komponentlər iştirak 
etmişdir. Ariana xoronimi «ari» tayfa adından  əmələ  gəlmişdir. Türk dillərində ari - arı «təmiz, alicənab, 
kübar «müqəddəs» mənalarını saxlamışdır. «Ari» tayfa adını da eyni cürə mənalandırırlar. «İran» adında isə 
«ir» etnonimi və an cəm  şəkilçisi iştirak edir. Etnonim «ir» qədim türk dillərində  ər, er sözlərinin digər 
fonetik forması olmaqla, «kişi, cəsur, qoçaq» mənalarını daşıyırdı. «Arı» və «ir» sözləri ancaq türk dillərində 
qalmışdır. 
Hind-İran tayfaları birliyi e.ə. II minilliyin sonu-I minilliyin əvvəlində parçalanmışdı. İrandilli tayfalar 
cənub-şərqi Avropadan hərəkətə başlamış, bir qismi Orta Asiyaya getmiş, digər qismi isə Qafqaz dağlarını 
aşaraq  İran yaylasına gəlmişdir.  İkinci ehtimala görə, onlar Orta Asiyadan hərəkət edərək  İran yaylasında 
tədricən məskunlaşmışlar.  
Tarixi-filoloji dəlillərə  əsaslanan başqa ehtimala görə, Hind-Avropa dil birliyi Ön Asiyada Hind və 
İran qollarına parçalanmış, Hind dilini daşıyan etnoslar Hindistana yönəlmiş, İran dillərində danışanlar isə 
İran yaylasında məskən salmışdır. Eyni zamanda müxtəlif dövrlərdə İrandilli tayfaların bir qismi Qafqaza və 
Orta Asiyaya hərəkət etmişdir. 
Hələ e.ə. III-II minilliklərdə  İran  ərazisində müxtəlif dövlətlər meydana gəlmişdi.  Əsrlər keçdikcə 
həmin dövlətlər bir-birini əvəz etmişdir. Aratta, Lullubi, Kuti, Elam, Midiya, Urartu, Manna, Əhəmənilər, 
Atropatena, Sasanilər və s. dövlətlər tarix səhnəsinə çıxmış, bəzisi isə uzun müddət ömür sürmüşlər. Həmin 
dövlətlərin  ərazisində yaşayan xalqların mədəniyyətində eyni cəhətlər çox olmuşdur. E.ə. I minillikdə 
zərdüştilik qəbul edildikdən sonra bu özünü mədəniyyətdə  də göstərmişdir. Həmin dinin müxtəlif xalqlar 
tərəfindən qəbul edilməsi onların mədəniyyətinin formalaşması  işində müxtəlif xalqların iştirak etməsinə 
böyük təsir göstərmişdir. 
Məlum olduğu kimi, İranın ən qədim əhalisi müxtəlif allahlara sitayiş edirdi. Qədim Elamda allahlar 
panteonu mövcud idi. Qaynaqlar Urmiyyə gölü sakinlərinin dini dünyagörüşü barədə çox cüzi təsəvvür 
yaradır. Burada çoxallahlılıq-politeizm, bütlərə sitayiş mövcud olmuşdur. Tarixi faktlar sübut edir ki, 
assurilər dəfələrlə Manna allahlarının təsvirlərini qənimət kimi aparmışdılar. 
İranın cənubunda olan xalqlar, o cümlədən farslar arasında zərdüştilik təlimi yayılmışdı. Herodotun 
verdiyi məlumata görə, onlar məbəd tikməzdilər, ibadəti açıq havada keçirərdilər. Həmin xalqlar müxtəlif 
təbiət qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. dini ibadətə çevrilmişdi. Bütün bunlar Avestada 
təsvir olunan miflərdə öz əksini tapmışdı. 
İran mədəniyyəti haqqında əsas məlumatlar qədim abidələrdə qorunub saxlanılmışdır. Həmin abidələr 
içərisində Avesta özünəməxsus yer tutur. Avestada ən qədim  əsatirlər öz əksini tapmışdır. Bunlar eyni 
zamanda «Şahnamə», «Bəhmənnamə», «Camasbnamə», «Geştasbnamə», pəhləvi kitabları, 
«Artaviraknamak» və s. əsərlərdə geniş şəkildə təsvir olunmuşdur. 
Div, pəri,  əjdaha, Simurq quşu kimi mifoloji obrazlar, o cümlədən tarixi şəxsiyyətlər hesab edilən 
Cəmşid (Avestada ilk insan, ilk padşah Yima adlanır), Huşəng, Təhmuras, Kəyumərs, Zöhhak, Fərudin, 
Mənuçöhr, Nuzər, Gərşasb və b. adlar təkcə farsdilli ədəbiyyatda deyil, həmçinin türk xalqlarının dastan, 
əsatir yaradıcılığında geniş  əksini tapmışdır. Həmin eposlardakı  təsvirlər təbiət qüvvələrinin 
canlılaşdırılmasından başlanır. Tarixin əvvəllərində bu inikasın obyektləri, hər  şeydən  əvvəl, təbiət 
qüvvələrindən ibarətdir və bunlar sonrakı təkamül zamanı müxtəlif xalqlarda ən müxtəlif və cürbəcür şəkildə 
canlandırılır. Bu ilkin proses müqayisəli mədəniyyət vasitəsi ilə  hər halda Hind-Avropa xalqları arasında 
izlənərək, Hind vedalarındakı ilk təzahürünə  qədər araşdırılmış, onun sonrakı inkişafı isə hindular, farslar, 
yunanlar, romalılar, germanlar, keltlər, litvalılar və slavyanlar arasında ətraflı tədqiq edilmişdir. 
Dünyagörüşü  əsasında doğulmuş fantastik obrazlar öz müstəqilliyini uzun müddət saxlaya bilir. 
Burada onun reallığına zəif də olsa, inamın olması mühüm rol oynayır. Lakin fantastik obrazlar doğulduğu 
dünyagörüşü atmosferini yaşayaraq bədii şüura çevrilir, obrazlar və motivlər dairəsini yaradır. 
Qədim  Şərq mədəniyyətində, onun mifologiyasında allah obrazları üstünlük təşkil etmişdir. Qədim 
İran mədəniyyət nümunələrində isə mifoloji şahların təsvirinə daha çox yer verilmişdir. Həmin şahları təsvir 
edən eposlar içərisində Firdovsinin «Şahnamə»si mühüm yer tutur. Qədim yazılı abidələrdə, o cümlədən 
«Şahnamə»də mifoloji şahlar həmçinin mədəni qəhrəmanlar rolunda çıxış edir. «Şahnamə»də ilk mifoloji 
şah kimi Kəyumərs təsvir olunur. 
Kəyumərs paltarı  kəşf edir, çiy ət yeməkdən bişmiş  ət yeməyə keçməkdən ötrü odu kəşf edir. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
101
Kəyumərs  Əhrimənin yaratdığı divlərlə mübarizə edir, bu yolda onun oğlu Siyamək qurban gedir. Yalnız 
Siyaməkin oğlu, Kəyumərsin nəvəsi Huşəng atasının intiqamını alır. Huşəng surəti bir mifoloji şah surəti 
kimi mürəkkəb obrazdır. Qədim İran mifologiyasının mədəni qəhrəmanları içərisində Huşəng özünəməxsus 
yer tutur. «Pardaxta» titulunun Huşəngə aid olması ehtimalı mövcuddur. «Avesta»da bu titul Huşəngin adı 
ilə yanaşı çəkilir. Sülalə anlayışı verən «Pardaxta» əvvəllər Huşəngin adı olmuş, sonradan isə onun tituluna 
çevrilmişdir, daha sonralar isə  İranın bütün mifoloji və  əfsanəvi hakimlərinə, o cümlədən  İranın  əbədi 
düşmənləri olan Əfrasiyaba, hətta Zöhhaka da aid edilmişdir. 
Xaoşyanqa (Huşəng «Avesta»da belə adlanır) Pardaxta Ahura Məzdanın göstərişi ilə 7 ölkəni idarə 
edən ilk insan olmuşdur. (7 ölkə anlayışı iranlıların və  qərbi türklərin xalq yaradıcılığında «bütün dünya» 
kimi başa düşülür). Huşəng təkcə adamlar üzərində deyil, həmçinin divlər və cadugərlər üzərində  ağalıq 
edirmiş. Huşəng divlərin qoşununu elə darmadağın etdi ki, onlar birdəfəlik zülmətdə gizlənməli oldular. O, 
iki dəfə Mazandaran divlərinə qalib gəlir, sonra Ahura Məzdaya böyük qurban verir. Huşəng odu kəşf edir, 
balta, mişar icad edir, adamlara torpağı əkib becərməyi öyrədir, oda sitayişin əsasım qoyur. O, əlindəki daşı 
dağdakı vəhşi ilana atır, ilan daşdan yayınır, lakin daş qayaya dəydikdən sonra oradan od çıxır. 
Ağır zərbə aldı, qaya partladı, 
Toxunduqda daşa od parladı, 
İlan ölmədi, oldu bu sirr faş 
Ki, od mənbəyidir təbiətdə daş. 
Çöküb diz, göyə açdı əl hökmdar, 
Dedi, afərin, şükür, pərvərdigar. 
Hədiyyə mənə vermisən böylə nur 
Bu gündən belə xalqa qiblə odur. 
Dedi: - Xalqın nurudur od, yəqin, 
Cahanda pərəstiş oda eyləyin. 
Hesab edirlər ki, adamları ovçuluğa da o, öyrətmişdir. Yaşayış məskəni tikən, su üçün quyu qazdıran 
da odur. Huşəng astronomiya elmi ilə tanış olmuşdur. Həmin sülalədən olan Təhmurəz onun oğlu olmuşdur. 
O, qoyun yunundan libas, xalça, palaz düzəltdirir, atı, eşşəyi, quşu, toyuğu, xoruzu əhliləşdirir. Ot, arpa, 
saman topladır. 
Dedi: - Qırxın, hər yerdə vardır qoyun, 
Qoyunlar ki, qırxıldı, ayrıldı yun, 
O yundan hazırlatdı xalça, libas, 
Döşətdi yerə çoxlu xalça, palaz.  
Atı, eşşəyi tutdu, ram eylədi 
Ot, arpa, saman topladı, yemlədi. 
Seçib vəhşi heyvanları birbəbir, 
Tazıdan, tuladan götürdü xeyir. 
Tutub onları dağda tədbir ilə, 
Gətirdi o, ram etdi zəncir ilə, 
Uçuşda baxıb yoxladı hər quşu,  
Edib qırğını, şahini əl quşu.  
Tutub verdi təlim, ova başladı,  
Bu tədbirini aləm alqışladı. 
Toyuqla, xoruzdan tutunca xəbər  
Ki, xoş banlayırlar açılacaq səhər 
Gətirdi, dedi: - Saxlayın bunları, 
Toyuq saxlayan xalqın artar varı. 
Əfsanəyə görə, Huşəng təkcə xalqına çox şey verən mifik şah, mədəni qəhrəman deyil, həmçinin 
Zöhhakla birlikdə iranlıların əcdadıdır. 
İran imperiyası dünyanın  ən iri, çoxsaylı etnoslarının imperiyası olmuşdur. E.ə. 559-cu ildən 
başlayaraq 30 il ərzində Əhəmənilər tərəfindən nəhəng imperiya maşını yaradıldı. Yunanıstandan başlayaraq 
Həbəşistana, Liviyadan başlayaraq Hindistana qədər uzanan bu imperiya bir dildə, aramey dilində danışırdı. 
Əhəmənilər sülaləsinin nümayəndələri Kir, Kambiz, I Dara və başqaları müdrik dövlət müşavirləri vasitəsilə 
dövlət idarəçiliyində böyük uğurlar qazanmışdılar. Midiyanı, Babilistanı  və Misiri işğal edərək həmin 
ölkələri öz hakimiyyəti altına salmışdılar. Bu ölkədə Zərdüştlü kimi dualist dini hakim din idi. Həmin dində 
xeyir allahı Ahuraməzda,  şər allahı  Əhrimən arasında  əbədi mübarizə gedir. Bu isə  həm mədəniyyət və 
incəsənətdə, habelə müqəddəs dini kitab olan «Avesta»da öz əksini tapmışdır. Persepol şəhərinin 
saraylarındakı təsvirlər, Bisütundakı yazılar diqqəti cəlb edir. 
Məlum olduğu kimi, Qədim  İran çoxallahlığın hökm sürdüyü bir ölkə olmuşdur. Lakin Zərdüştlük 
təkallahlığa doğru böyük addım hesab oluna bilər. Bu isə mifologiyada, şifahi və yazılı ədəbiyyatda öz əksini 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə