İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə48/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
104
əhatə edirdi. Möhür üzərində yırtıcı quş başı, dırnaqlı və qanadlı Aslan təsvir olunmuşdu. Antik ədəbiyyatda 
belə qarışıq əlamətlərə malik olan vəhşi heyvan qrif adlanırdı. Qrif surəti Elam əfsanəsinin məhsuludur. Qrif 
mövzusu möhür təsvirlərinə Elam şifahi xalq yaradıcılığından keçə bilərdi. Möhürlərdən biri üzərində 
ikicərgəli əfsanəvi təsvirlər həkk olunmuşdu. Şəkildə aypara və ulduz, insan başlı öküz, qrif, əllərində dirilik 
ağacları, heyvan üstündə allahlar və s. təsvir edilmişdi. Bu, Elam sənətkarlığının gözəl nümunəsi hesab 
olunur, lakin onun əfsanə məzmunu qaranlıq qalır. Digər möhürlər üzərində əks olunmuş əfsanəvi səhnələrin 
mövzusunu da açmaq tam mümkün deyildir. Bir sıra möhürlərin təsvirləri elamlıların gündəlik həyatına həsr 
olunmuşdur. Burada ov səhnəsi, torpağın kotanla şumlanması, üçdişli toxa ilə sahənin becərilməsi, qadınların 
xurma məhsulunu toplaması, keçilərin çöllərdən qayıtması  və  pəyəyə salınması  səhnələri verilmişdir. 
Möhürlərin birində emalatxana təsvir edilmişdir: kişilər saxsı qab hazırlayır, qadınlar isə yun təmizləyir
bayırda anbarlara taxıl tökürlər, anbar yanında diz üstə oturan mirzə qəbul olunmuş taxılın hesabını aparır. 
Bunlar elamlıların gündəlik məşğul olduqları əmək prosesini gerçək əks edən təsvirlərdir. 
Elam sənətkarlığının gözəl nümunələrindən biri uzunsov qədəh hesab edilir. Onun üzərində dağ 
keçisinin  əndamı ümumi şəkildə  cızılmışdır. Dağ keçisinin yay kimi burulmuş buynuzlan belinə kimi 
çatdırılmışdır. Keçi təsvir olunan hissə çərçivəyə alınmış, onun üstündən isə sanki sıçrayışa hazırlaşan tazı 
təsvirləri verilmişdir. Yuxarı hissədə boğazı nazik və uzunsov quşlar təsvir olunmuşdur. Təsvirlərin hamısı 
ümumi incəlik və gözəl uyğunluq yaradır. Təsvir öz gerçəkliyi ilə  fərqlənir. Nazik səthi olan güldana isə 
qıvrılıb qalxan ilan təsviri vurulmuşdur.  İlan müxtəlif rənglərdə  işlənmişdi.  İlan Elam mədəniyyətinin ana 
xəttini təşkil edirdi. Elamlıların təsəvvürünə görə, ilan məhsuldarlığı  təmsil edirmiş. Bitişik qoşa ilan 
təsvirlərinə rast gəlinir. Qoşa ilanlar məhsuldarlıq rəmzini bildirirmiş. Qoşa ilan mövzusu Misirə də sirayət 
etmişdi. Elamlılar ilanı ilahiləşdirmişdilər. Eyni zamanda ilana insan sifəti verilirdi. İnsan başlı ilan Elam 
mədəniyyətinə xas olan cəhətdir. Belə təsvirlər İkiçayarasında da məlum deyildi. 
Metaləritmə  və metalişləmə  sənəti Elamda yüksək inkişaf səviyyəsinə qalxmışdı. Hökmdar qadın 
Napirasunun heykəli buna bir nümunədir. Heykəl çox böyük əzəmətə malikdir. Heykəldə hökmdar dadının 
uzun barmaqları, qəddi-qaməti böyük bir incəliklə  işlənmişdi. Abidənin ağırlığı 1800 q çatırdı. Hökmdar 
Untaş-Napirişaya məxsus tunc balta tapılmışdır. Baltanın tiyəsi aslanın geniş açılmış ağzına yapışdırılmış, əl 
tutacağının sonu isə  vəhşi qaban fiquru formasında qızıldan tökülmüşdü. Bununla əlaqədar Luristan tunc 
əşyalarının kökünü Elam metallurgiya sənətində axtarırlar. 
Memarlıq sahəsində  də Elam sənətkarları öz üslubları ilə  fərqlənirdilər. Dur-Untaş  məbədi özünün 
əzəməti ilə, inşaat texnikası ilə  İkiçayarası  məbədlərinə oxşamırdı. Bu qülləli məbəd (zikkurat) beş 
mərtəbədən ibarət idi. Tikintidə çiy və bişmiş kərpicdən  istifadə olunmuşdu.   Minlərlə işçi qüvvəsi,  bənna 
və memar tikintidə çalışırdı. Məbəd  ətrafına qala divarı hörülmüşdü. Divarın yeddi darvazası vardı. Bəzi 
darvazaların önündə müxtəlif Elam allahlarına mənsub kiçik məbədlər tikilmişdi. Elam qonşu xalqlar 
mədəniyyətinə xeyli təsir göstərmişdi. 
 Qədim fars təqvimi isə Babil qəməri-şəmsi (günəş-ay) təqvim sisteminə uyğun tərtib olunmuşdur. 
Təqvim 12 və bir əlavə aydan ibarət idi. İranda Zərdüşt təqvimi də  işlədilirdi. Bu təqvim, adətən, ayları 
allahların adı ilə bildirirdi. İl 365 gündən ibarət idi. Babilistanda olduğu kimi, il 12 aya, hər ay 30 günə 
bölünürdü. İlə 5 gün əlavə edirdilər. 
Haxamaniş dövlətinin yaranması  və yüksəlişi dövründə  İran mədəniyyəti imperiyaya daxil olan 
xalqlara güclü təsir göstərmişdi və eyni zamanda, əks təsirə də məruz qalmışdı. 
İranın  ən qədim  əhalisi müxtəlif allahlara sitayiş edirdi. Elamda artıq müəyyən panteon sistemi 
yaradılmışdı. Qaynaqlar Urmiyyə gölü hövzəsi sakinlərinin dini dünyagörüşü barədə çox cüzi təsəvvür 
yaradırlar. Burada çoxallahlılıq, bütlərə sitayiş mövcud olmuşdur. Assurilər dəfələrlə Manna allahlarını 
(təsvirlərini) qənimət kimi aparmışdılar. 
İranın cənubunda farslar arasında zərdüştlük təlimi yayılmışdı. Herodotun verdiyi məlumata görə
farslar məbəd tikməzdilər, ibadəti açıq havada keçirirdilər. Onlar müxtəlif təbiət qüvvələrinə sitayiş edirdilər. 
Günəş, su, ay, külək və s. sitayiş obyektinə çevrilmişdi. 
Ehtimala görə, zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. Zərdüştlüyün müqəddəs kitabı Avesta 
hesab edilir. Avestanın mətnlərindən göründüyü kimi, bu dinin banisi Zərdüşt (Avestada Zaratuştra) 
olmuşdu. Zərdüştün yaşadığı dövr və dini təlimə başladığı yer mübahisəlidir. Zərdüştün e.ə. VII əsrdə 
yaşaması ehtimalına üstünlük verilir. Belə hesab edirlər ki, Zərdüşt dini Orta Asiyada, yaxud Şərqi  İranda 
meydana gəlmiş  və  İranın digər yerlərinə yayılmışdı. Lakin bu müddəa daha çox ümumi mülahizələrdən 
ibarətdir. İran ərazisində qədim dövrlərdən Anuramazdaya sitayiş əks olunmuşdu. Fərz edirlər ki, Astiaqın 
dövründə zərdüştlük Midiyada rəsmi dinə çevrilmişdi. Zərdüşt tarixi şəxsiyyət hesab edilir. 
İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su ilahəsi Anahit daxil idilər. Bu allahlara 
irandilli tayfalar sitayiş edirdilər. Avestada və Haxamanişlər dövründə Ahuramazda (Hörmüzd) qabaqcıl 
mövqeyə malik idi və baş allah hesab edilirdi. Avestada kainatın və  həyatın yaradılması Ahuramazdanın 
əməli kimi qiymətləndirilir. Haxamaniş kitabələrində isə deyilir: "Böyük allah Ahuramazda bu torpağı 
yaratdı, bu səmanı yaratdı, insanı yaratdı". Ahuramazda müqəddəs ruhu (Spanta-manyu), Anqro-manyu 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə