İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə49/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
105
(Anqro-maynyu) isə şər ruhu təmsil edirdilər. Bunlar əkiz qardaş hesab olunurdular. Anqro-manyu (sonrakı 
Əhriman,  Əhliman) div (dev) adlanan şər allahlarına başçılıq edirdi. Həqiqətin və xeyrin təcəssümü olan 
Ahuramazda ilə  şər qüvvələri təmsil edən Anqro-manyu arasında  əbədi mübarizə gedirdi. Onlar hər ikisi 
zaman allahı Zrvananın övladları idilər.  İnsanlar Anqro-manyu və onun köməkçiləri olan divlərə qarşı 
mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə,  şər ilə xeyir, yalan ilə  həqiqət arasında ölüm-dirim 
mübarizəsi gedirdi. Zərdüştlük dininin ehkamları Avestanın müxtəlif bölmələrində əks olunmuşdur. 
Avestanın ən qədim hissəsini qatlar təşkil edir. Qatlar Avestanın Yasna bölməsində təmsil olunmuşlar. 
Qatlar Zərdüştün təlimindən ibarətdir. Ehtimala görə, qatlar ilk əvvəl şifahi şəkildə ifa olunurdular. Onların 
yazıya alınmasını Haxamanişlərdən sonrakı dövrə aid edirlər. Zərdüştün təlimində  təkallahlıq tərənnüm 
edilir. O, Ahuramazdanı yeganə ali allah kimi təbliğ edirdi. Zərdüştün təsvirinə görə, xeyir və şər dünyanın 
əvvəlindən mövcud olmuş və onların arasında mübarizə gedir. İnsanlar həyatda xeyri, yaxud şəri seçməkdə 
sərbəstdirlər, lakin son məqamda xeyir və  həqiqət üçün imkan tapır. Avestada əks olunmuş dialekt 
leksikasına və ümumi mülahizələrə  əsaslanaraq Zərdüştün vətənini Orta Asiyada, yaxud Əfqanıstanda 
yerləşdirirlər. Bu mülahizə özü mübahisəli qalmaqdadır. Sonrakı  İran  ənənəsi Rey şəhərini, yaxud 
Azərbaycanı  Zərdüştün vətəni hesab etmişdilər. Qatların dili asanlıqla anlaşılmır. Onun bir çox parçaları 
müxtəlif cürə başa düşülür, çətinliklə izah olunur. 
Yasna maldarlıq təsərrüfat sahəsini təbliğ edir. Zərdüşt "peyğəmbər" kimi çıxış edir, Ahuramazdanı 
mal-qaranın yaradıcısı kimi qələmə verir. Qatda yazılır: "Biz Ahuramazdanı tərifləyirik, çünki o, mal-qaranı 
və Artanı, suyu və bitkiləri, işıq və torpağı, bütün nemətləri yaratdı... Mal-qaraya dinc otlaq və yem verməyə 
çağırırıq". Zərdüştün təliminə görə, mal-qaranın canıyanan sahibi olmalıdır, buna görə Ahuramazda çoban 
yaratdı. Lakin divlərə (qədim farsca "dayva") sitayiş edənlər çobana zorakılıq edirlər, evləri, kəndləri, 
vilayətləri və ölkələri talayırlar. Onlara qarşı silahla vuruşmaq, mal-qaranı zorakılıq və  qəddarlıqdan 
qorumaq lazımdır. Yalançılar ölkədə mal-qaranın çoxalmasını istəmirlər. Hakimiyyəti onların əlindən almaq 
lazımdır. 
Qatlar əhalinin maldarlıqla məşğul olduğu dövrü əks etmişlər. Ara müharibələrim nəticəsində əhalinin 
mal-qarası, davarı,  əmlakı talan edilirdi. Burada müharibə törədənlər yalançı, div, Anqromanyunun 
tərəfdarları kimi şər qüvvələrə şamil edilmişdir. Qatlar, şübhəsiz, sinfi cəmiyyət və müharibələr şəraitini əks 
etmişlər. Məlum olduğu kimi, İran ərazisi tez-tez İkiçayarası hökmdarlarının basqınlarına məruz qalırdı, ölkə 
talanırdı, mal-qara aparılırdı. Ölkədə yaranan narazılıq və ehtiyac yeni təlimlərin meydana gəlməsinə şərait 
yaradırdı, çoxallahlılıqdan tək allaha ibadət bərqərar olurdu. Zərdüşt təliminin  İran  ərazisində, xüsusilə 
maldarlıqla məşğul olan dağ əhalisi arasında meydana gəlməsi üçün tarixi şərait mövcud idi. Ola bilsin ki, 
Zərdüşt təlimi buradan şərqə doğru yayılmışdı. Bu təlimin mahiyyətini xeyir və şərin mübarizəsi təşkil edir: 
guya varlığın  əvvəlində xeyirxah və  bədxah ruhlar öz əməllərinə, sözlərinə  və  təfəkkürünə görə 
fərqlənirmişlər, biri həyat qururmuş, digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə təlim, nə arzu, nə 
əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi". Təlimə görə, son məqamda yalançılar, şər qüvvələr 
zülmət padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı padşahlığa düşəcəkdilər. Qatlarda sinfi 
cəmiyyətdə mülki bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və fəlsəfi mühakimələrlə 
öz əksini tapmışdır. 
Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O, özünü Ahuramazdanın pərəstişkarı elan edir, 
bu məsləkə sahib olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını  və aparılmasını pisləyir. Yasnada 
deyilir: "Mən bu torpaqda mal-qara saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin edirəm... 
Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, 
ziyankar, yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən və onların tərəfdarlarından, 
cadugərlərdən və onların tərəfdarlarından, canlı  məxluqa zorakılıq işlədənlərdən imtina edirəm". Nəhayət, 
Zərdüşt öz təliminə uyğun olaraq yeni əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına 
sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa, silahı yerə qoymağa, özününkülər ilə nikah 
bağlamağa çağırır". 
Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə 
meydana gəlmiş  və formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü saxlayan etnoslara qarşı 
yönəldilmişdi, onlar dinsiz qələmə verilirdi, bütün bəd  əməllər onların adına çıxılırdı. Zərdüştün təlimini 
qəbul etməyənlər, yalançı və şər qüvvə tərəfdarı elan edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında 
işıqlı  həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina edərək yeni siyasi şəraitə uyğun 
olaraq Ahuramazdaya inamı və ibadəti seçmişdi. 
Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı ilahələrə  həsr olunmuş himn və mahnılar 
toplanmışdı. Biri Mitra allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər. Lakin yaştlar 
Mitranın yaradılmasını Ahuramazdanın  əməli kimi qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi 
adlandırılır. Mitra insanları qələbəyə aparan, onları dinc və yaxşı həyatla təmin edən qüvvə kimi təsvir edilir. 
Ahuramazda peyğəmbər Zərdüştə Mitraya sitayiş etməyi tövsiyə edir: "Ey Spitama, Mitraya ibadət eylə. 
Şagirdlərinə (onun barəsində) danış. (Ey Mitra) sənə Mazda tərəfdarları xırda və iri heyvanları, qanad vuran 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə