İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə52/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
113
düzəldilib. Çaxmaq daşından kənd təsərrüfatı alətləri və obsidiandan səpin və biçin alətləri külli miqdarda 
Gəncə yaxınlığındakı məskəndə tapılıb. 
Eneolit dövründə istehsal edən təsərrüfat daha çox inkişaf edir. İnsanlar ilk dəfə metalla - mislə tanış 
olur. Lakin daş alətlər hələ də üstünlük təşkil edirdi. Eneolit dövründə əhali surətlə artır. Əsas məşğuliyyət 
toxa  əkinçiliyidir. Gəncə-Qazax, Mil-Qarabağ, Muğan və Naxçıvan bölgələrində, habelə  Cənubi 
Azərbaycanda Urmiya gölü yaxınlığında və Təbriz ətrafında külli miqdarda neolit dövrü yaşayış məskənləri 
qeydə alınıb. Eneolit dövründə insan çay sahillərində kiçik məskənlərdə yaşayırdı. Çiy kərpicdən tikilmiş 
evlər dəyirmi formada idi. Evlərdə ocaq və  həsir var idi. Kiçik evlər icma torpağında öz sahəsi olan 
təknikahlı ailə,  ər-arvad üçün nəzərdə tutulmuşdu.  Əkinçilik və maldarlıqla yanaşı ovçuluq və balıqçılıqla 
məşğul olmağa davam edirdilər. Sənətlərdən dulusçuluq, toxuculuq, daş  və sümük emalı yaxşı inkişaf 
etmişdi. Toxa əkinçiliyi hökm sürürdü, taxılı qurma oraqlarla biçir, qablarda və ya xüsusi çalalarda 
saxlayırdılar. Maldarlıq inkişaf edirdi. Həm xırda, həm də iri buynuzlu heyvan, e. ə. V əsrdən başlayaraq at 
saxlayırdılar. Cəlilabadda  Əlikəmək təpəliyində  əhliləşdirilmiş at sümükləri tapılıb. Həmin dövrdə misdən 
yalnız bəzi alətlər düzəldirdilər. Ondan əsasən zinət əşyaları hazırlayırdılar. Qadın əvvəlki kimi cəmiyyətdə 
aparıcı rol oynayır. Eneolit matriarxatın çiçəklənmə dövrüdür. Külli miqdarda gildən düzəldilmiş qadın 
fiqurları tapılıb. Eyni zamanda icmanın həyatında ağsaqqallar  şurası  əhəmiyyətli rol oynamağa başlayır. 
Dəfn mərasiminə böyük diqqət yetirilirdi. İnsanları evlər arası ərazilərdə, uşaqları isə evin içində döşəmənin 
altında dəfn edirdilər. Dini mərasimlərdə ovsun böyük yer tuturdu. Qobustandakı  bəzi rəsmlər də  həmin 
mərasimləri təsvir edir. 
E. ə. IV minillikdə eneolit dövrünü tədricən patriarxata təkan vermiş tunc dövrü əvəz edir. Bu dövr e. 
ə. II minilliyə qədər davam edir. Azərbaycanda külli miqdarda mis filizi yataqları var ( Naxçıvan, Daşkəsən, 
Qarabağ, Gədəbəy və b.). Lakin misdən düzəldilən alətlər davamsız olurdu. Misə arsen, sürmə, nikel, 
sonralar isə qalay kimi müxtəlif aşqarlar əlavə edən insanlar bürünc kimi möhkəm qatışıq əldə etdilər. Ondan 
başlıca əmək alətləri, silah və zinət əşyaları istehsal etməyə başladılar. Cəmiyyətdə əhəmiyyətli dəyişikliklər 
baş verdi. Yeni təsərrüfat sahələri yaranır, ictimai və mülki bərabərsizlik artırdı. Azərbaycanda qəbilələr və 
qəbilə ittifaqları kimi iri etnos-mədəni birliklər yarandı. Azərbaycanda tunc dövrü üç mərhələyə bölünür. 
Birinci mərhələ (e. ə. IV minilliyin II yarısı - III minillik) Kür-Araz mədəni dövrü kimi məlumdur. Bu 
dövrün başlıca abidələri məhz burada, Kür və Araz çaylararası  ərazidə  aşkar edilib. Qarabağ, Naxçıvan, 
Qazax, Xaçmaz, Şəmkir və Qobustanda həmin dövrün abidələri tədqiq edilib. 
Əhali həmin  ərazidə sürətlə artırdı.  Əgər neolit və eneolit dövrlərində  əhali yalnız düzənliklərdə 
yaşayırdısa, alt tunc dövründə insanlar dağətəyi və dağlıq bölgələrdə məskən saldılar. Sahəsi 3-5 ha olan iri 
məskənlərdə yaşayırdılar. Adətən çay sahillərində, düşməndən müdafiə üçün əlverişli yerlərdə  məskən 
salırdılar. Bəzi məskənlərdə hətta güclü müdafiə istehkamları mövcud idi. Belə məskənlər Fizulidə, Təbriz 
yaxınlığında və Urmiya gölü tərəfdə aşkar edilib. 
Neolit və eneolit dövrlərində olduğu kimi Kür-Araz mədəni dövründə də evləri çiy kərpicdən, lakin 
artıq çaylaq daşlarından bünövrə üzərində tikirdilər. Naxçıvandakı II Gültəpəni belə məskən nümunəsi kimi 
göstərmək olar. Divarlarına ustalıqla mala çəkilmiş, mehrablı, xüsusi böyük ibadət binaları meydana gəldi. 
Belə ibadətgahlar Naxçıvanda Gültəpə, Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş  məskənlərində  aşkar 
edilib. Əkinçilik surətlə inkişaf edirdi. Toxanı xış əvəzlədi. Əkin əraziləri genişləndi, süni suvarma meydana 
gəldi. Şumlamada heyvanlardan istifadə etməyə başladılar. Biçin, üyütmə alətləri təkmilləşir. Yığılma lövhə 
oraqlar ilə yanaşı bütöv bürünc oraqlar da meydana gəlir. Taxılı  nəhəng küplərdə  və xüsusi çalarlarda 
saxlayırdılar. Daş həvəng və dən üyüdənlər meydana gəldi. Maldarlıq da surətlə inkişaf edirdi. Mal-qaranın 
sayı, cinslərinin çeşidi artır, atdan geniş istifadə olunur, yaylaq və  qışlaqlardan istifadə ilə  əlaqədar mal-
qaranın otlaqlara köçürülməsi yer alır. Birinci ictimai əmək bölgüsü, əkinçiliyin maldarlıqdan ayrılması baş 
verir.  Əmək məhsuldarlığı artımı artıq məhsul ehtiyatlarının  əmələ  gəlməsinə  səbəb oldu, bu da məhsul 
mübadiləsinə təkan verdi. Maldarlar arasında təbəqələşmə sürətlənir. Mil düzənliyinin Üçtəpə yüksəkliyində 
aşkar edilmiş qəbilə başçısının məzarı buna sübutdur. Məzar yüksəkliyinin yaşı III minilliyin II yarısı kimi 
müəyyən edilib. Alt tunc dövründə  sənətlər arasında dulusçuluq, metal emalı  və toxuculuq daha surətlə 
inkişaf edirdi. Dulusçuluqda parıltılı  və naxışlı qab növləri meydana gəldi. Babadərviş  məskəni 
qazıntılarında dulusçu sobaları, tökmə qəlibləri aşkar edilib. Üstünlük təşkil edən bürünc alətlərlə yanaşı daş 
və sümükdən düzəldilmiş alətlər də işlənirdi. Qoyunçuluğun inkişafı toxuculuğun da inkişafını sürətləndirdi. 
Eneolit dövründən fərqli olaraq Kür-Araz alt bürünc mədəni dövründə  mərhumları  məskənlərdən kənarda 
dəfn edirdilər. Qəbirlər üzərində  təpəliklər yüksəldirdilər. Meyitləri yandırma və kollektiv dəfn etmə 
mərasimləri meydana gəldi. Əkinçilik, maldarlıq və sənətlərin inkişafı ictimai münasibətləri dəyişdirdi. 
İstehsalat daha çox qüvvə  və dözüm tələb etməyə başladı. Xış arxasına kişi keçdi, o sürü otarır, 
dəmirçilik, dulusçuluq edirdi. İqtisadiyyatda aparıcı rola kişi sahib oldu. Beləliklə patriarxat dövrü başladı, 
kişi ailənin, nəslin başçısı oldu.  
E. ə. III minilliyin əvvəlində Azərbaycanda orta tunc dövrü başladı. Bu dövrdə burada ayrı-ayrı etnos-
mədəni birliklər meydana gəldi.  İctimai və mülki bərabərsizlik gücləndi. Məskənlər daha böyük, qəbilələr 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə