İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
115
Beləliklə, üst bürünc və alt dəmir dövrü ibtidai icmanın süqutu və sinfi cəmiyyətə keçid dövrüdür. Şimalı 
Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda bu proses daha sürətlə gedirdi, burada dövlətlər də daha 
əvvəl meydana gəldi. Cəmiyyətin alt bürünc dövründə başlamış mülki və ictimai təbəqələşməsi üst bürünc və 
alt dəmir dövründə güclənir. Azərbaycanın  şimalında iri qəbilə birlikləri yaranır. Güclü qəbilələr geniş 
məhsuldar torpaqları  və örüşləri zəbt edirdi. Qəbilə daxilində  də  təbəqələşmə gedir, zəngin ailələr 
başqalarından seçilirdi. Dəmir və bürünc alətlərin tətbiqi daha bol ərzaq məhsulları  əldə etməyə imkan 
yaratmışdı. Belə alətlərə malik ailə əvvəllər bütün qəbilənin gördüyü işi yerinə yetirməyə qadir idi. Sürətlə 
qonşu icması formalaşmağa başladı. Zəngin ailələrin çox otaqlı evləri, çoxlu mal-qarası var idi, onların 
məzarlarında müxtəlif ləvazimat aşkar olunub. Əksinə, icma üzvlərinin əksəriyyəti müflisləşmişdi. Onların 
məzarlarında, demək olar ki, heç bir əşya yoxdur. Varlı ailələr məzlumları  əlavə  işçi qüvvəsi kimi 
muzdurluğa götürürdü. Qəbilə arası toqquşmalarda əsir alınmış insanlardan da bu məqsədlə istifadə edirdilər. 
Beləliklə, qullar meydana gəldi. Çox vaxt onları amansızcasına qətlə yetirir və sahibləri ilə yanaşı 
basdırırdılar. Cəmiyyətin həyatında müharibə böyük yer tuturdu. Odur ki, məzarlarda külli miqdarda qılınc, 
nizə  və ox ucluqları, döyüş baltaları, toppuzlar kimi silahların tapılması  təsadüfi deyil. Üst bürünc və alt 
dəmir dövrünün, demək olar ki, bütün məskənləri güclü qala istehkamlarına malik idi. Qüdrətli qəbilələr 
zəiflərə zəfər çalaraq onları özlərinə tabe edirdilər. Bu, hərbi demokratiya dövrü idi. E.ə. II minillikdə hökm 
sürmüş Assuriya çarı Adadnirarinin adı həkk edilmiş muncuğun Xocalıda aşkar edilməsi Şimali Azərbaycan 
qəbilələrinin başqa ölkələrlə, o cümlədən Ön Asiya ölkələri ilə  əlaqələrindən xəbər verir. Daha əlverişli 
təbiət-iqlim şəraiti, Ön Asiya mədəni mərkəzlərinin yaxınlığı və təsiri, bu mərkəzlərlə daimi əlaqələr Cənubi 
Azərbaycanda nəsil icmasının süqutunu Azərbaycanın şimal bölgələrindən xeyli əvvəl sürətləndirdi, artıq e. 
ə. III minilliyin əvvəli, II minilliyin sonunda burada ilk, hələ ibtidai sinfi cəmiyyətlər yarandı. Azərbaycanın 
şimalında isə bu zaman hələ  də  qəbilə  və  qəbilə ittifaqları qalmaqda davam edirdi. Cənubi Azərbaycanın 
cənub qərb hissəsində sinfi münasibətlər daha sürətlə  təşəkkül tapırdı. Burada artıq e. ə. III minillikdə 
Mesopotamiyanın şəhər-dövlətləri ilə sıx əlaqələri olan ilk dövlət qurumları yaranır. 
Beləliklə, Birinci ictimai əmək bölgüsü, şumluq əkinçilik, mal-qara artımı, şumluq torpaqlar və örüşlər 
uğrunda mübarizə güclü qəbilə birliklərin yaranması prosesini sürətləndirdi. Şumer dastanları və mixi yazı 
nümunələrində Azərbaycan qəbilələri haqqında ilk yazılı  məlumatlarda Mil-Qarabağ bölgəsində yaşayan 
qarqarlar qəbilələrindən, Urmiya gölündən Cənubda yaşayan lullubi, su, turukki, ondan qərbdə  məskən 
salmış kuti qəbilələrindən bəhs edilir. 
Lullubilər döyüşkən qəbilə idi. Bu qəbilə birliyinə su, turukki və başqaları daxil idi. Maldarlıqla 
məşğul olduqlarından mal-qaranı taxıla dəyişirdilər. Onlar günəşə, aya, məhəbbət və məhsuldarlıq ilahəsinə 
sitayiş edirdilər. 
Aratta. Aratta dağlıq ölkə idi. Türk xalqlarının işlətdikləri Alataa, Alatuu, Alatau, Aladağ və s. sözlər 
dağ, dağ silsiləsi mənasındadır. Aratta bu sözlərin erkən forması olmuşdur. 
Aratta Azərbaycan ərazisində yaranmış ilk qədim dövlət qurumu idi. Onun torpaqları Urmiya gölünün 
cənub-şərqində yerləşirdi. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında mövcud olmuşdur. 
Mesopotamiyanın  Şumer  şəhər-dövlətləri ilə iqtisadi, siyasi və  mədəni  əlaqələri olmuşdur. Aratta ölkəsini 
“en”, yaxud “ensi” rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə en, yaxud ensi ali kahini-hökmdarı 
bildirirdi. Aratta hökmdarı türk mənşəli sülaləyə  mənsub idi. Ölkənin  əsas  şəhəri Aratta adlanırdı. Dini 
idarələrə maşmaş adlanan kahin başçılıq edirdi. Aratta hökmdarı yanında hərb məsələləri üzrə şura fəaliyyət 
göstərirdi, lakin son qərarı hökmdar özü verirdi. 
Şumerdə olduğu kimi, Arattada da çoxallahlılıq mövcud idi. Məbədlər tikilirdi. Arattada ilahə 
İnannaya sitayiş edirdilər. İnanna Şumerdə məhəbbət və bərəkət ilahəsi sayılırdı. 
Lullubi dövlət qurumu. E.ə. III minilliyin ikinci yarısında Azərbaycanın cənubunda, Urmiya gölündən 
cənubda Lullubi tayfa birliyi yaranmışdır. Artıq e.ə. XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna 
çevrilmişdi və ona hökmdar başçılıq edirdi. 
Lullubilər Assuriyanın Nuzi şəhərində  də  məskunlaşmış  və yerli hürri tayfası ilə yaxın  əlaqədə 
olmuşlar. Bu şəhərdə həm lullubi, həm də hürri qullarının əməyindən istifadə olunurdu. 
Azad lullubilər muzdlu döyüşçü kimi orduda xidmət edirdilər. 
Hürrilər onları nullu (nullahhi), yəni yadelli adlandırırdılar. Lullubilərin döyüş  məharəti qonşularda 
vahimə yaradırdı. Bəzən urartulular lullubi etnik adını “düşmən” mənasında işlədirdilər. 
Kuti (yaxud Quti) dövlət qurumu. Urmiya gölündən qərbdə  və  cənub-qərbdə Kuti tayfa birliyi 
yaşamışdır. E.ə. III minilliyin ikinci yarısında Kuti (yaxud Kutium) dövlət qurumu yaranmışdır. 
E.ə. XXII əsrin  əvvəlində kutilər Akkad dövlətini süquta uğratmışlar. Bu zaman Kuti dövlətinin 
sərhədləri  şimalda Urmiya gölünün qərbindən cənubda  İran körfəzinə  qədər uzanmışdır. Kutilər  Şumer və 
Akkadda mövcud olan idarə sistemini saxlamışlar. Ölkə canişinlər vasitəsi ilə idarə edilirdi. Kutilərə tabe 
olan Şumer şəhər hakimləri ensi rütbəsini saxlamışdılar. 
Kuti hökmdarlarının  şərəfinə yazılmış  qısa mətnli kitabələr akkad dilində  tərtib olunurdu. Kutilərin 
hakimiyyəti illərində Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuşdur. Yuxarı  dənizdən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə