İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
114
arası  əlaqələr isə daha sabit oldu. Naxçıvanda II Gültəpə, Ağdam rayonunda Üzərlik təpə, Göytəpə  və 
Çinartəpə məskənləri, Naxçıvanda Oğlan qala və Çalağan təpə qalaları, Borsunlu, Gəncəçay və digər məzar 
təpəlikləri həmin dövrün tətbiq edilmiş abidələridir. Artıq 3500 il bundan əvvəl ( e. ə. II minilliyin ortası) 
Naxçıvan şəhəri meydana gəlmişdir. O, qədim Şərqin şəhər-dövlətlərini xatırladır. Hazırda o, Naxçıvançay 
və Ceyrançay arasındakı ərazidə yerləşən II Kültəpə kimi məlumdur. O, 10 ha ərazini tutur. Azərbaycanın ilk 
şəhər-dövlətlərindən birinin mərkəzi olub. Üzərliktəpə, Oğlanqala və Qarakəpəktəpə kimi məskənlərdə güclü 
müdafiə istehkamları aşkar edilmişdir. Onlar nəhəng daş bloklarından tikilib. Bu məskənlərdəki bəzi binalar 
bir neçə otaqdan ibarətdir. Ehtimal ki, bu evlər kübar ailələrə  məxsus olub. Orta tunc dövründə bağçılıq, 
bostançılıq, üzümçülük və  şərabçılıq meydana gəldi. Süni suvarma qurğuları yaradıldı,  əmək alətləri 
təkmilləşdirildi, xırman lövhələri icad olundu, onlara heyvan qoşurdular. Həmin dövrün məskənlərində iri gil 
küplərində arpa, buğda və darı qalıqları tapılmışdır. Maldarlıqda xırda buynuzlu heyvan üstünlük təşkil 
edirdi. Atdan qoşqu və minik məqsədilə geniş istifadə olunurdu. Yun parçaların istehsalı artırdı. Orta tunc 
dövründə  sənət ayrıca fəaliyyət növünə çevrildi. Sənətin kənd təsərrüfatından ayrılması ilə ictimai-icma 
dövründə ikinci ictimai əmək bölgüsü baş verdi. II Kültəpə  məskəninin qazıntılarında da bütöv sənətkar 
məhəllələri və dulusçu sobaları  aşkar edilmişdir. Dulusçuluqda həm oyma, həmdə mineral boyalar çəkmə 
üsulu ilə müxtəlif naxışlar bəzədilmiş yüksək bədii üslublu məmulatlar yaradıldı. Metaləritmədə mislə 
qalayın xəlitəsi olan klassik bürünc meydana gəldi. Dəmirçilər tökmə, döymə, qaynaq, basmaqəlib və s. 
üsullara yiyələndilər. Qızıl və gümüş məmulatlar meydana gəldi. Metaldan silah, alət, məişət əşyaları istehsal 
edirdilər. Böyük məharətlə işlənmiş külli miqdarda tayı olmayan bürünc məmulatlar tapılmışdır. Qazıntılar 
zamanı iplikbənd, iynə, cida kimi toxuculuğa aid çoxlu əmək alətləri aşkar edilib. Gürz, dən üyüdən, həvəng 
və bu kimi daşdan düzəldilmiş  bəzi  əşyalar da qorunub saxlanırdı. Ovçuluq və balıqçılıq təsərrüfat 
fəaliyyətinin yardımçı sahəsi kimi qalırdı. Qəbilə başçıları  və  nəsil ağsaqqallarının hökmranlığı sürətlə 
güclənirdi. Qəbilə ittifaqları meydana gəldi. Məzarlar güclü təbəqələşmənin mövcudluğuna dəlalət edir. 
Başçıların məzar təpəliklərindəki dəfn əşyaları zəngin və çeşidlidir. Mərhumların üzərinə çox vaxt qırmızı 
oxra boyası  səpələyirdilər, yandırma mərasimi də geniş vüsət almışdı. Dində  şamançılıq və ovsun geniş 
yayılmışdı. Qobustan, Gəmiqaya və  İstisu abidələrinin bir çox rəsmləri buna dəlalət edir. İbtidai incəsənət 
əhəmiyyətli dərəcədə inkişaf etmişdi. Məmulat zəngin surətdə heyvan, insan təsvirləri ilə, bitkivari və 
həndəsi naxışla bəzədilirdi. 
II minilliyin II yarısından başlayaraq Azərbaycanda ibtidai icma quruluşunun inkişafında son mərhələ 
başlandı. Onu iki hissəyə - e. ə. XIV-XII əsrlər üst tunc və e. ə. XI –VIII əsrlər alt dəmir dövrlərinə ayırırlar. 
Dəmirin tətbiqi cəmiyyətdə  kənd təsərrüfatının sürətli inkişafı, mübadilənin genişlənməsi, qonşu ölkələrlə 
əlaqələrin möhkəmlənməsi, qəbilə icmasının süqutu, sinfi cəmiyyətə keçid kimi bir çox dəyişikliklərə gətirib 
çıxardı. Artıq eneolit dövründə Şərqin bir çox ölkələrində (Misir, Çayarası ərazi) sinfi cəmiyyətin yarandığı 
məlumdur. Qarabağ, Naxçıvan, Gəncə-Qazax və  Şəki-Zaqatala bölgələrində üst bürünc və alt dəmir 
dövrlərinə aid olan külli miqdarda təpəlik və digər (daş yeşiklər, torpaq qəbirlər) tipli məzarlar aşkar edilib. 
Burada çoxlu silah, kənd təsərrüfatı alətləri, sənətkar alətləri, zinət  əşyaları  və s. tapılıb. Həmin dövrün 
məskənləri də geniş  ərazilərdə yerləşirdi. Təsərrüfatda yarımköçəri maldarlıq ön plana çıxır. Maldarlar 
dağlara qalxır, burada məskən salır və  nəhəng qurğular tikirdilər. Atın minik və yük daşıma vasitəsi kimi 
əhəmiyyəti sürətlə artırdı. Ata sitayiş  mərasimləri meydana gəlir, dəfn edilənlərin məzarlarında atları da 
basdırırdılar. Məzarlarda dəvə skeletləri də tapılıb, bu isə  dəvəçiliyin də mövcudluğuna dəlalət edir. 
Əkinçilik də inkişaf edirdi, suvarma arxları qurulur, şumlama və  məhsul yığımı alətləri təkmilləşdirilirdi. 
Buğda, yarma, darının bir neçə növü becərilirdi. Ehtiyatları nəhəng küplərdə saxlayırdılar. Qazax rayonunun 
Sarıtəpə  kəndində içində taxıl və un qalıqları olan qablar aşkar edilib. Qazıntılar vaxtı üzüm, nar, gilas, 
şaftalı tumları tapılıb, bu da bağçılığın inkişafına dəlalət edir. Saxsı istehsalatında dulusçuluq kürəsi meydana 
gəldi, metallurgiyada naxış basma, naxış açma, qaynaq üsulları  mənimsənildi. Qızıl və gümüş zinət 
əşyalarının istehsalı artırdı. Toxuculuq sürətlə inkişaf edirdi. Dəmirin rolu tədricən artır və e. ə. VII əsrdən 
başlayaraq onun geniş tətbiqi yer alır. Sənətkarlar arasında yalnız alverlə məşğul olan şəxslər meydana gəlir. 
Beləliklə tacir-alverçilər meydana gəldi. Əvvəllər olduğu kimi evlər çaylaq daşından olan özül üzərində çiy 
kərpicdən tikilirdi. Ağdamda Qaratəpə  kəndi kimi bir çox yaşayış  məskənləri qala divarları ilə  əhatə 
olunmuşdu. Kiçik Qafqaz bölgəsində  və Naxçıvanda isə  nəhəng qala qalıqları qalmışdır. Bütövlükdə 
memarlığın səviyyəsi həmin dövr üçün çox yüksək idi. 
Qəbilə başçılarının hakimiyyətinin güclənməsi onların ilahiləşdirilməsi ilə nəticələnir. Onların məzarı 
üzərində hündür təpəliklər yüksəldir, ölümündən sonra da onlara sitayiş edirdilər. Bu məzarlar məişət 
əşyaları, bürünc, qızıl, gümüş  əşyalar, külli miqdarda xarici məmulat, bahalı silahlar, zinət  əşyaları ilə 
olduqca zəngin idi. Çox vaxt başçılarla yanaşı onların nökər, kəniz və arvadlarını, habelə sevimli atlarını, 
bahalı  yəhər-yüyənləri ilə birgə basdırırdılar.  İnsanlar bütün bunların o dünyada başçıya gərək olacağına 
inanırdılar. Üst bürünc və alt dəmir dövrünün dini təsəvvürlərində oda, suya, dağlara, meşələrə, bəzi ağac 
növlərinə, günəşə, aya, ulduzlara sitayiş mövcud idi. Həmin dövrdə Azərbaycan qəbilələrinin qonşu xalqlar 
və  qəbilələrlə  əlaqələri genişləndi. Cins mal-qara, sənət məmulatı,  ərzaq mübadilə vasitəsinə çevrilir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə