İlqar hüseynov nigar əFƏNDİyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə51/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
107
mərasimlərinə təsiri olmuşdu. Maqların oda sitayiş etməsi və sönməz odu məbədlərdə qoruması ayini qədim 
olmuş, sonralar məbədlərdə oda ibadət zərdüştlüyə də keçmişdir. Ehtimala görə, I Daranın hakimiyyətindən 
başlayaraq Haxamanişlər erkən zərdüştlüyü qəbul etmişdilər, çünki e.ə. Vl-V əsrlərdə zərdüştlük ehkamları 
hələ tam formalaşmamışdı. 
Maddi istehsal və ixtisaslaşdırma ticarətin genişlənməsinə  şərait yaradırdı. Hər vilayət özünəməxsus 
məhsul ilə tanınırdı. Maqadha metal və düyü ilə məşhur idi. Ölkənin şimal-qərb hissəsi at və arpa, cənubu 
qiymətli daş, mirvari və şirniyyat ilə, qərbi pambıq və pambıq parçalar ilə fərqlənirdi. Dövlət ticarət işindən 
böyük gəlir götürürdü. Buna görə dövlət yolların çəkilməsi, bazarda qayda-qanun yaradılması, çəki 
daşlarının dəqiqləşdirilməsi və ticarət müqavilələrinin bağlanmasına qayğı göstərirdi. Ticarətin inkişafı pul 
dövriyyəsini genişləndirdi. 
Ən geniş yayılmış pul vahidi pana idi. Ölkənin şimal-qərbində Haxamaniş və yunan pul vahidləri də 
işlədilirdi. Sələmçilik ölkədə vüsət almışdı. Borcun illik faizi müxtəlif idi. Borc faizi 15-60 %-ə çatırdı. 
Sənətkarlıq kənd və şəhərlərdə təmsil olunmuşdu. Əsl sənətkarlıq mərkəzləri şəhərlərdə cəmləşmişdi. 
Burada qara və  əlvan metallurgiya inkişaf tapmışdı.  Şəhərlərdə  dəmirçilik, silah hazırlama, zərgərlik işi, 
ağac, daş və sümükişləmə, dulusçuluq sənətkarlığı, ətriyyat hazırlama və s. peşə sahələri geniş yayılmışdı. 
Müxtəlif peşə sahələrinin ittifaqı  (şreni) yaranmışdı. Hökmdara, ayrı-ayrı varlılara məxsus sənətkarlıq 
emalatxanaları vardı. 
Qədim  İran mədəniyyəti qonşu xalqların mədəniyyətində, bütövlükdə  bəşər mədəniyyətinin 
inkişafında əvəzolunmaz iz buraxmış, onun inkişafına güclü təsir göstərmişdir. 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
108
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
109
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
110
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
111
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
112
 
QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
 
Müəyyən edilib ki, Azərbaycanda ibtidai icma quruluşu artıq 1.5 mln il qabaq yaranıb, yəni 
Azərbaycan dünyada ən qədim mədəniyyət ocaqlarından biridir. Bütövlükdə ibtidai icma dövrü 3 dövrə - 
daş, tunc və  dəmir dövrlərinə ayrılır.  İbtidai insanların  ən qədim məskənləri Qarabağ, Qazax, Naxçıvan, 
Kəlbəcər, Lerik və Yardımlıda aşkar edilib. 
Qarabağda bunlar Azıx, Tağlar, Kəlbəcərdə - Zər mağara məskənləri, Qazaxda - Daşsalahlı  və 
Damcılı, Naxçıvanda - Qazma, Lerikdə Buzeyr mağaralarıdır. 
Fizuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasında alt paleolit (2.5-2.0 mln il-100 min 
il) yaxşı öyrənilmişdir. Burada ən dərin laylarda Olduvay çınqıl alətlərinə oxşar çaylaqdan düzəldilmiş 
alətlər tapılmışdır. Bunlar universal alətlər idi. Onlarla kəsir, çapır və digər işlər görürdülər. Bu mağara 
məskənini M. Hüseynov kəşf edib və uzun illər boyu tədqiq edib. Azıx tapıntıları  əsasında Azərbaycanda 
yaşı 1.5 mln il olan qədim Quruçay arxeoloji mədəniyyətinin mövcudluğu əsaslandırılmışdır. 
Min illər ötdü, kobud əl çapacaqları, sonralar isə nacaq, bıçaq, ərsin, biz kimi forma və təyinatına görə 
müxtəlif alətlər meydana çıxdı. Onları nukleusdan - iri daş özəyindən qopardırdılar. 
Daş alətlərlə yanaşı ov obyekti olan çoxdan nəsli kəsilmiş heyvanların sümükləri tapılmışdır.  Əsas 
məşğuliyyət növü yığıcılıq və ovçuluq idi. Həyat insanları kollektivlərdə birləşməyə məcbur edirdi. Bunlar 
ibtidai insan sürüsü və ya ilk icma adlanan qeyri-sabit birliklər idi. Azıxda yaşı 700 min il olan ocağın izləri 
aşkar edilib. 1968-ci ildə Azıxda yaşı 350-400 min il olan ibtidai insanın (azıxantrop) alt çənəsinin fraqmenti 
tapılıb. Bu, dünyada qədimliyinə görə dördüncü olan ibtidai insan fraqmentidir. Beləliklə, Azərbaycan 
ərazisi ibtidai insanın formalaşdığı qurşağa daxildir. 
Azıxantrop tədricən tikinti vərdişləri qazandı, onda dini təsəvvürlər  əmələ  gəldi (üzərində xüsusi 
nişanlar olan ayı  kəllələri tapılıb), ibtidai incəsənət yarandı. Alt paleolitin sonunda çaxmaq daşından və 
bazalt daşdan düzəldilən alətlərlə yanaşı obsidiandan (vulkanik-şüşə) düzəldilən alətlər peyda oldu. 
Obsidiandan dişli ərsin tiyə düzəldirdilər. Alt paleolitin sonunda insan sürüsünü və ilk icmanı daha sabit olan 
nəsil icması əvəz edir. 
Təxminən 100 min il bundan qabaq orta paleolit (mustye) dövrü başlanır və b. e. əvvəl 40-cı minilliyə 
qədər davam edir. İnsanlar Kiçik Qafqaz, Naxçıvan, Qarabağ  və Qazaxın daha geniş  ərazilərində  məskən 
salır. Qarabağın Tağlar, Qazaxın Damcılı, Naxçıvanın Qazma mağaralarında külli miqdarda daş alət 
nümunələri tapılmışdır. Orta paleolit dövründə neandertal adam tipi formalaşır. Orta paleolit dövründə  də 
ovçuluq və  yığıcılıq başlıca məşğuliyyət növü olaraq qalırdı. Qafqaz maralı, mağara ayısı  və boz ayı, dağ 
keçisi və  vəhşi at-kulan ovlayırdılar. Həmin dövrdə dini təsəvvürlərdə  dəyişikliklər baş verir, o dünyaya 
inam, totemizm, ovsun və bir çox başqa ibtidai din formaları yaranır. Orta paleolitdə insan sürüsünü tədricən 
nəsil icması başqa cür desək, qəbilə icması əvəz edirdi. 
Üst paleolit dövrü e. ə. 40-cı minillikdən XII minilliyə  qədər davam edir. Mülayim rütubətli iqlim 
hökm sürür, fauna və flora dəyişir. Bu dövrün izlərinə Qarabağ  və Qazax mağara məskənlərində  təsadüf 
olunur. Təkmilləşdirilmiş  ərsin, biz, kənarları diş-diş edilmiş alətlər, uzunsov, dəyirmi və üçbucaq şəkilli 
alətlər üzə sıxdı. Bu zaman “homo sapiyensin” (ağıllı insan) formalaşması sona yetdi. Nəsil icmasını qəbilə 
icması əvəz etdi və ana xətti üzrə nəsil-qəbilə icması qəti surətdə yer aldı. Bu, matriarxat dövrü idi. E. ə. 12 
minillikdən 8-ci minilliyə qədər mezolit dövrü davam etdi. Bu zaman kaman və oxun kəşf edilməsi ilə ov 
birinci yerə çıxdı, heyvanları əhliləşdirməyə başladılar, bu da gələcəkdə maldarlığa keçidin əsasını qoydu. 
Mezolit dövrünün sonunda ibtidai əkinçiliyin ünsürləri  əmələ  gəldi, istehsal edən təsərrüfatın  əsası 
qoyuldu, neolit dövründə isə onun formalaşması başa çatdı. Azərbaycanda mezolit dövrü başlıca olaraq 
Qobustan abidələrində  Cəfərqulu Rüstəmov, Firuzə Muradova tərəfindən tədqiq edilmişdir. Qobustanlılar 
burada 12 min il əvvəl məskən salıb. Ovçuluq, balıqçılıq, yığıcılıqla məşğul olub. Burada, “Öküzlər”, “Ana 
zağa”, “Firuz” və digər mağaralarda külli miqdarda çaxmaq daşı, sümük, və obsidiandan düzəldilmiş bıçaq, 
ərsin, biz, qırmaq, nizə və ox ucluqları və mikrolit alətlər tapılıb. Qobustanda külli miqdarda mezolit dövrünə 
aid qaya rəsmləri mövcuddur. Onlar totemizm təsəvvürləri, ov səhnələrini və s. təsvir edir. Qobustanın ən 
qədim qaya rəsmləri mezolit dövrünə aiddir. Mezolit dövründə mərhumun qəbrinə o dünyada istifadə etmək 
üçün müxtəlif əşyalar qoymağa başladılar. Belə qəbirlər “Firuz” məskənində aşkar edilib. Qobustanda qaya 
rəsmlərini  İ. Cəfərzadə  aşkar edib. Mezolit dövrünə aid əmək alətləri və mikrolit alətlər Qazaxda Damcılı 
mağarasında tapılıb. E.ə. 7-ci minillikdə Azərbaycanda neolit dövrü başlanır. Onun əsas cəhəti istehsal edən 
təsərrüfatın təşəkkülü və inkişafıdır. Bunu neolit inqilabı adlandırırlar. Azərbaycanda bu proses eneolit 
dövründə, yəni e. ə. V-IV minillikdə tamamilə başa çatır. İnsan təbiətdən daha az asılı olur. Azərbaycanda 
əkinçilik və heyvandarlığın inkişafı üçün zəruri  şərait mövcuddur. Neolit dövründə Azərbaycanda 
dulusçuluq və toxuculuq meydana gəlir. Neolit dövründə alətlər  əsasən çaxmaq daşından idi. Neolit 
dövrünün başlıca abidələri Gəncə tərəfdə, Təbriz yaxınlığında və Bakı yaxınlığında Qobustanda aşkar edilib. 
Qazax rayonunda daş toxa, oraq içlikləri, balta və gürzlər tapılıb. Alətlər əsasən çaxmaq daşı və obsidiandan 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə