İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
103
zamanda xəzinədar (elam dilində kabnişkir) idi. Haxamaniş dövləti dağıldıqdan sonra Elimaida da (keçmiş
Elam) Kabnişkirlər (xəzinədarlar) sülaləsi hakimiyyətə gəlmişdi. Kabnişkiri sülaləsi hökmdarları pul
kəsirdilər və hətta parflara tabe deyildilər. Eramızın II əsrində bu son Elam sülaləsinin də hakimiyyətinə son
qoyuldu.
Elam mədəniyyətinin izləri e.ə. VI minilliyə aid arxeoloji laylardan üzə çıxarılmışdı. Sonrakı
minilliklərdə Elam mədəniyyətinin təsiri geniş yayılmışdı. Bu təsiri nəinki İran yaylasında və İkiçayarasında,
həm də Cənubi Qafqazda və hətta Hindistanda müşahidə etmək mümkündür. Sinfi cəmiyyətə keçid zamanı
Elamda piktorafik (şəkli) yazı sistemi icad edilmişdi. Buna oxşar işarələr Hindistanda da tapılmışdı. Bu
işarələrin sayı təxminən 500-ə çatırdı. Piktoqrafik yazı sisteminin inkişafı Elam xətti yazı formasının
meydana gəlməsinə səbəb olmuşdu. Xətti yazı piktoqrafik işarələrin sxematik (cizgi) görkəmini əks etdirir.
Xətti yazı 80 və ola
bilsin ki, daha çox işarəyə malik imiş. E.ə. III minilliyin ikinci yarısında
elamlar Şumer-
Akkad mixi yazı sistemini mənimsəmişdilər. Mixi yazı işarələri elam dilinin xüsusiyyətinə tam da olmasa
uyğunlaşdırılmışdı. Mixi yazı elam dilinin fonetikasını, səs xüsusiyyətlərini aydın verə bilmirdi. Mixi
işarələri ilə tərtib olunmuş ilk elamdilli yazı "Naram-Suen ilə müqavilənin" mətnindən ibarətdir. Elam mixi
işarələrinin sayı 200-ə çatırdı. Bunlardan 174-ü hecalı işarələrdən, 25-i isə söz
bildirən işarələrindən
(loqoram) ibarət olmuşdu. Son Elam dövründə mixi işarələrin sayı azaldılmış, yazı sadələşdirilmiş və 123
mixi işarə saxlanılmışdı. Elamlılar öz kitabə və təsərrüfat sənədlərini nəinki elam dilində, həm də akkad
dilində tərtib edirdilər. Mixi yazının işlədilməsi baxımından Elam İkiçayarası mədəniyyəti dairəsinə daxil
idi.
Elam mədəniyyətini yaradan əhalinin etnik tərkibi tam məlum deyil. Əhalinin əsas hissəsini elamlılar
təşkil edirdi. Lakin bu ərazi təmiz elamdilli əhalidən ibarət olmamışdı. Erkən dövrdə buraya sami tayfaları
yol açmışdı. Ola bilsin ki, Elamın cənub-qərbində şumerlər də məskən salmışdılar. Şimaldan Elam ərazisinə
turukkilər (prototürklər), kassilər və bəlkə də subir və hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri
əhalinin elam mənşəli tərkibində dəyişiklik edə bilmədi. Son dövrlərdə Elam ərazisinə irandilli
tayfalar yol
açdılar. Onlar əvvəlcə Anşan vilayətində, sonra da Elamın başqa vilayətlərində məskən salmışdılar. Müxtəlif
tayfaların Elamda məskunlaşmasına baxmayaraq Elam mədəniyyəti özünəməxsus əlamətləri saxlayırdı.
Minilliklər ərzində elamların
mənəvi aləmi, qədim ayinləri və dini görüşləri öz varlığını saxladı.
Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm yer tuturdu. Elamlılara məxsus allahlar
panteonu yaradılmışdı. "Narm-Suenlə müqavilə" şahid kimi 37 allah adını sadalamışdı. Burada Elam
allahları ilə yanaşı Akkad allahlarının da adları çəkilmişdi. Elam panteonunda
Akkad və bəlkə də başqa
mənşəli allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim Şərqin digər ölkələrinə də xas idi. E.ə. III
minillikdə Elam panteonuna ana ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli
qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam vilayətlərinin hərəsinin özünəməxsus ana
ilahəsi vardı. Pinenkir Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi məlum idi.
İkiçayarası əhalisi Pinenkiri özlərinin İştar (məhəbbət və məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər.
Pinenkir böyük ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti əhalisi Kiririşa ("Böyük
ilahə") ilahəsinə sitayiş edirdi. Anşan vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı.
Kiririşaya ibadət ümum
Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II
minilliyin ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində baş vermiş və dərinləşmiş sosial-
iqtisadi və ictimai dəyişikliklər dini təsəvvürlərə də təsir göstərmişdi. Elamlıların mənəvi aləmində ata nəsli
hüququ üstünlük qazanmışdı. Humpan da "Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və Kiririşanın
əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın nikahından allah Humpan yaranmışdı.
Minillik ərzində ictimai-iqtisadi amillərin təsiri altında Elam panteonu dəyişilirdi. E.ə.
III minillikdə
allah İnşuşinak panteonda altıncı yer tuturdu. İnşuşinak adı Suz şəhərinin şumer adından əmələ gəlmişdir.
Şumercə Nin-şuşin-ak əslində "Suzun (Şuşinin) sahibəsi" mənasını daşıyırdı. İlk əvvəllər İnşuşinak qadın
ilahəsi kimi tanınmışdı. Min il sonra onun adı Humpan və Kirjrişa ilə yanaşı, bəzən də ikinci yerdə çəkilirdi.
İnşuşinaka "zəiflərin atası", "allahların yerdə və göydə havadan", "Sirli allah" kimi rütbələr verilirdi. İctimai-
iqtisadi münasibətləri əks etdirən sənədlərdə İnşuşinak andiçmə allahı mövqeyini tuturdu. Onun adı ilə and
içirdilər, axirət dünyasında isə o, məhkəmə qururdu. İnşuşinak Elam axirət dünyasının hakiminə çevrilmişdi.
And mərasimində onunla yanaşı ilahə İşmekarabın adı da çəkilirdi. İşmekaraba (akkadca "O, duanı eşitdi")
ibadət ola bilsin ki, Akkad təsiri altında yaranmışdı. Bu ilahənin Elam müqabili Laqamal (yaxud Laqamar)
olmuşdu. İşmekarab və Laqamal axirət dünyasının ilahələri hesab edilirdilər. İşıq dünyasının allahı Nahhunti
(elamca "Günəş") idi. O, sənədlərdə şahidlərin havadarı kimi qələmə verilirdi. Nahhunti qanun-qaydanı
qoruyur, hüquq və məhkəmə allahı vəzifəsini görürdü. Elamlılar ay allahı Napirə də sitayiş edirdilər. O,
"yetimlərin atası" adını qazanmışdı. Narundi qələbə ilahəsi idi, lakin qonşu assurilər onu "yeddi şər ruhun"
bacısı adlandırmışdılar. Elamlar bir çox yerli allahlar ilə yanaşı İkiçayarası allahlarına (Adad, Nerqal, Enki
və s.) da sitayiş edirdilər. Elam cəmiyyətində çoxallahlılıq (politeizm) mövcud olmuşdur.
Şifahi xalq ədəbiyyatı və əfsanələr Elam cəmiyyətində müəyyən yer tuturdu. Bunu
qədim dövrün
möhürləri və qabları üzərində əks olunmuş təsvirlərdən görmək mümkündür. Təsvirlər müxtəlif mövzuları