İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə50/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   46   47   48   49   50   51   52   53   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
106
lələkli quşları ilə birlikdə ehtiram göstərəcəklər". 
Yaştlar eyni zamanda, Qayamarta (Qaya-Martan) sitayiş etməyi tövsiyə edir. Qayamart 
Ahuramazdanın yaratdığı ilk insan olmuşdur. Qaynaq qeyd edir ki, Qayamart "Ahuramazdanın fikrini və 
təlimini birinci eşitmişdi". Qayamart Əhriman (Anqru-manyu) ilə döyüşdə yaralanır, can verəndə "toxumu" 
tökülür, torpağa çökür. Qırx ildən sonra torpaqdan Martiya və Martyanaq göyərmiş  və insan görkəmi 
almışlar. Onlardan da Ahuramazda, guya ari torpaqlarını və etnoslarını törətmişdi. 
Yaştlarda Zərdüştün şərəfinə mədh söylənilmişdi. Zərdüşt ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü 
və maldar, divlərdən (köhnə dinlərdən) birinci üz döndərən, Ahuramazdaya birinci sitayiş edən kimi qələmə 
verilmişdir. Zərdüşt köhnə dinlər mövcud olan şəraitdə yeni dinin yaradıcısı kimi çıxış edir. İlk zamanlar 
onun təliminin əsasını maldarlığı inkişaf etdirmək və bununla əlaqədar şər qüvvələrə qarşı mübarizə aparmaq 
müddəası təşkil edirdi. 
Avestanın üçüncü bölməsi Videvdat (Vendidad) adlanır. Bu hissə nisbətən sonrakı dövrlərdə meydana 
gəlmişdir. Burada zərdüştlük dininin ehkamları, ayin və  mərasimləri  əks olunmuşdur. Eyni zamanda, bu 
hissədə  qədim  əsatirlər, rəvayətlər, hüquq qaydaları özünə yer tapmışdır. Zərdüşt dindarlarının gündəlik 
mərasimlərdə istifadəsi üçün "Xırda Avesta" tərtib edilmişdi. Qeyd etmək lazımdır ki, Videvdat artıq oturaq 
həyatı,  əkinçilik təsərrüfat sahəsini, bolluq yaratmağı  təbliğ edirdi. Mətn Zərdüştün suallarına 
Ahuramazdanın cavabı şəklində tərtib olunmuşdur. Sualların birinə ki, harada yaxşıdır, Ahuramazda cavab 
verir: "Həqiqətən orada ki, ey Spitama Zaratuştra, nə zaman ki, dindar ər əlində odun, ağac budaqları, süd, 
həvəng, dinə inam barədə müqəddəs söz deyə-deyə, geniş otlaqlı Mitraya və xoş otarma bəxş edən Ramana 
müraciət edə-edə hərəkət edir... Orada yaxşıdır ki, mömin ər ev tikmişdir, onu odla, südlə, arvad-uşaqla, (ev 
heyvanları) sürüsü ilə  təmin etmişdir. Orada yaxşıdır ki, nə zaman ki, xeyli əkirlər, taxıl, ot, barlı bitkilər 
becərirlər, susuz yerə su çəkirlər, bataqlığı qurudurlar... çoxlu buynuzlu xırda və iri heyvan saxlayırlar... 
xırda və iri buynuzlu heyvanlar çoxlu peyin verirlər". Zərdüşt təlimi dinə sitayiş etməyə, əkinçiliklə məşğul 
olmağa, ailə qurmağa, bir sözlə, zəhmət çəkməyə dəvət edir, torpağa qulluq eləməyə çağırır. Qaynaq yazır: 
"Uzun müddət  əkilməyən və  əkinçidən becərilməni gözləyən, bunun üçün kəndlidən yaxşılıq arzulayan 
torpaq qane deyildir, necə ki, uzun müddət övladsız qalmış qəddi-qamətli cavan qadın bunun üçün ərindən 
yaxşılıq arzulayır... Kim bu torpağı becərmirsə, o, yaşamaq üçün çarə axtaranlar arasında başqasının qapısına 
söykənir, lakin ağız suyu axıdan (yəni dadlı) hər bir xörəyi onun yanından aparıb, onsuz da hər şeyi kifayət 
qədər olana verəcəklər... Kim əkir, taxıl becərirsə, o, həqiqət əkir (yaradır), Mazda inamını aşılayır, Mazda 
inamına çörək verir... Qoy evdə həmişə un xörəyi olsun ki, divləri lərzəyə salsın". 
Sonra Zərdüşt hansı ölkələrin yaşayış üçün yaxşı olduğunu Ahuramazdadan soruşur. Ahuramazda belə 
ölkələr cərgəsində Ariyanam vayca (Orta Asiyada), Qava-soqdalar diyarı, Margiana, Baktriya, Nisaya 
(Baktriya və Margiana arasında), Areya, Araxoziya, Raqa, Varna, Yeddi hind vilayəti, Ranhi ölkəsi və 
başqalarının adını  çəkmişdir. Bu siyahıda  əsasən irandilli tayfaların, qismən də türk etnoslarının yayıldığı, 
yaxud məskunlaşdığı  ərazilər və ölkələr təmsil olunmuşdur. Midiya (Raqa şəhərindən başqa), Azərbaycan 
burada öz əksini tapmamışdır. Deməli, bu zaman Zərdüşt təlimi nə Midiyada, nə  də Azərbaycanda geniş 
yayılmamışdı. Lakin İranın başqa ölkələrində olduğu kimi, burada da, dini ayin və  mərasimləri kahinlər 
yerinə yetirirdilər. Haxamanişlərin hakimiyyəti illərində kahinlər maq adını daşıyırdılar. 
Çox güman ki, maqlar dini mərasimləri keçirən, ayinləri qoruyan kahinlər idilər. Qaynaqların 
məlumatına görə, Midiya tayfalarının birini maqlar təşkil edirdi. Lakin maqlar din xadimləri kimi müəyyən 
ictimai təbəqəyə daxil idilər.  İlk maqlar nə Midiyada, nə  də  İranın cənubunda zərdüştlük dininə xidmət 
etmirdilər. Ehtimal edirlər ki, məhz e.ə. VI əsrin sonunda maqlar zərdüştlük dininə  də xidmət etməyə 
başladılar. Avestada Zərdüşt kahinləri atravan adlanırdılar. Atravan "od saxlayan" mənasını daşıyır. Lakin 
erkən zərdüştlük oda sitayişi əsas müddəa kimi qəbul etməmişdi. Güman etmək olar ki, zərdüştlüyə qədərki 
kahinlər oda sitayiş edirmişlər, yəni atəşpərəst idilər. Kahinlər atəşpərəstlik ehkamını zərdüştlüyə təxminən 
e.ə. V-IV əsrlərdə gətirmişdilər. Atəşpərəstlik, qədim dini ayin kimi, İranda təmsil olunmuşdu. E.ə. VIII əsr 
mixi yazılarında od ilə  əlaqədar toponimlər adı  çəkilmişdir. Persepol elam mətnlərində "od saxlayan" 
kahinlər yad edilirdi. İlk atəşpərəstlər müxtəlif etnik mənsubiyyətə malik imişlər. Bəzi tədqiqatçılar Midiya 
maqlarını  İran mənşəli yox, turan (türk) tayfalarına mənsub edirdilər. Zərdüştlüyün yayılması ilə  əlaqədar 
onun təlimini qəbul etmiş maqlar İran dillərini də bilməli idilər, çünki Avesta dili İran dilləri qrupuna aid idi. 
Maqlar Haxamaniş  şahlarının rəsmi kahinləri imişlər. Buna baxmayaraq belə hesab edirlər ki, 
Haxamanişlər zərdüştlüyü qəbul etməmişdilər. Başqa bir mülahizəyə görə, onlar Zərdüşt dininə sitayiş 
edirdilər, çünki I Daradan başlayaraq Haxamanişlər Ahuramazdanı yeganə böyük allah hesab edirdilər. 
Güman edirlər ki, əhali arasında zərdüştlük kök salmamışdı. Herodotun məlumatına görə, farslar məbəd 
tikməzmişlər, ibadəti açıq havada keçirərmişlər. Haxamanişlər, o cümlədən farslar ölünü dəfn edirdilər, lakin 
maqlar meyiti basdırmırdılar. Onun qurd-quşa yem kimi qoyurdular, sonra sümükləri torpağa quylayırdılar. 
Bu ayin zərdüştlüyün ilk mərhələsinə xas deyildi. Farslar köhnə allahlara da sitayiş edirdilər. Erkən 
zərdüştlük dini ayinləri məbəddə yox, açıq səma altında keçirilirdi. Lakin yerli İran  əhalisi arasında 
məbədlərdə oda sitayiş etmək dini ayini mövcud idi. Yəqin ki, yerli dinlərin Zərdüşt dini ayinlərinə  və 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə