İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə58/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
120
uzun daş  mənasında işlənir. Azərbaycanda çoban daşı adı ilə  məşhur olan belə abidələrə dağ  və dağətəyi 
zonalarında rast gəlmək olur. Onların hündürlüyü əksər hallarda bir metr və  bəzən də daha çox olur. 
Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər tunc dövründən 
sonra öz əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, 
yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək 
onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə 
səciyyəli abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın 
heykəllərinə rast gəlmişlər. 
Qədim Azərbaycanda uzun zaman istehsal alətlərinin sabitliyi, ictimai formasiyaların dəyişməməyi 
nəticəsində  əmələ  gəlmiş konservatizm, köhnəliyə, keçmişə  pərəstiş  əhval-ruhiyyəsi qüvvətli  şəkil alır və 
ibtidai insanların mənəvi aləminə,  şüuruna, ideologiyasına təsir edirdi. Bunun nəticəsində ortaya çıxmış 
atalar kutu ibtidai icma, qəbilə ağsaqqallarına, başçılarına qarşı daimi hörmət və pərəstişi qanuniləşdirmişdi. 
Ağsaqqallara sözsüz tabelik və pərəstiş onlar öləndən sonra da davam edirdi. Tez-tez onların qəbrinə yemək 
qoymaq, çətin günlərdə məsləhət almaq üçün onların qəbrinə müraciət etmək atalar kultunun, əcdad kultunun 
nəticəsi idi. Odur ki, qədim insanlar qəbiristanlıqdakı menhirlərin altında dəfn edilmiş babaların köməyinə 
inanır, torpağın münbitliyi, yağışın çoxluğu, məhsulun bolluğu işində onların iradəsinin həlledici roluna 
etiqad edirdilər. Bu etiqad ikinci bir əqidəni - ölülər kultunu yaratmış oldu. Ənənəvi olaraq davam etmiş bu 
ideologiyanın, konservatizmin təsirinin nəticəsidir ki, Azərbaycanın bir çox rayonlarında qədim menhirlər 
müqəddəsləşdirilmiş və indi də pir kimi tanınmaqdadır.  
Menhirlərin Azərbaycanda dəmir dövrünün sonunda (e. ə. I minilliyin sonu, eramızın ilk əsrləri) 
yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır. Bunu aydınlaşdırmaq üçün bir daha ulu 
babalarımızın yaratmış olduğu və Şamaxı rayonundan (Xınıslı, Dağkolanı və digər kəndlərdən) tapılmış daş 
heykəlləri nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstündə qoyularmış. Menhirlərdə olduğu 
kimi, bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin qoyulmasından məqsəd elən 
adamın ruhunun gəlib həmin daş fiqurda qərar tutması üçün şərait yaratmaq idi. Beləliklə, qədim dəfn 
ayininə əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi. 
Göründüyü kimi, menhirlər ilə  qədim türk heykəllərinin ideoloji əsası eynidir. Hər ikisi animistik 
təsəvvürə, insan öləndən sonra onun ruhunun əbədi yaşayacağı təsəvvürünə əsaslanır. Bu baxımdan güman 
etmək olar ki, haqqında danışdığımız oğuz heykəlləri daha qədim olan menhirlərin davamıdır. Menhirlər və 
daş heykəllər xalqımızın ən qədim memorial-xatirə abidələrindəndir. 
Azərbaycan  ərazisində menhirlərə  bənzər, lakin başqa kult ilə, fallos kultu ilə  əlaqədar olaraq 
yaradılmış daşlar da vardır. Fallekolit daşlara Ağdam rayonunda təsadüf edilir. Onlar su arxları, bərəkət və 
məhsuldarlıq əqidəsi ilə bağlı abidələrdir. 
Balıq kultu Azərbaycanda ən qədim kultlardandır. O, su təsərrüfatı və əkinçiliyin inkişafı ilə əlaqədar 
olaraq ortaya çıxmışdır. Balıq bolluq, bərəkət və var-dövlət simvolu kimi həmişə bahar və  məhsuldarlıq 
bayramında süfrəmizin bəzəyi olmuşdur. 
Qədim menhirlər və fallekolit daşlar sonralar yaranmış, hər dərdin əlacını «verən», hər arzunu yerinə 
«yetirən» pirlərin ideoloji əsası  və onların ilk ibtidai formaları olmuşdur. Belə «müqəddəs» abidələrin 
şərəfinə qurban kəsmək ənənəsinin də kökləri çox qədimdir.  
Dolmenlər daşların şaquli vəziyyətdə yerə basdırılması nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq 
qəbirlərdir. Onların üstü sal daşla örtülür. Dolmen termini tol (masa) və men (daş) fransız sözlərinin 
birləşməsindən alınmışdır. Onların qurulmasında 10 t ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir. Bu 
qəbirlər tək, ikimərtəbəli və  dəhlizlə birləşən qəbirlər sırası  şəklində olur. Belə abidələr tunc və ilk dəmir 
dövrünün maraqlı memarlıq tiplərindəndir. Dolmenlərdən ibtidai icma quruluşunun məbədləri kimi də 
istifadə edilmişdir. Dolmenlər icma ağsaqqallarının axirət evi kimi yaradılmışdır. Ona görə  də onların ön 
tərəfindəki daşda dairəvi və ya oval şəkilli çox kiçik bir pəncərə  nəzərə çarpır. Ölülərin ruhu guya bu 
pəncərədən həm içəri girib çıxırmış, həm də buradan onlara yemək və içmək verilirmiş. Güman edilir ki, 
qədim insanlar dolmenlərdən yaşayış mənzili kimi də istifadə edirmişlər. 
Belə abidələrə Avropa, İran, Hindistan, Koreya, Yaponiya, Krım, Qafqazın Qara dəniz sahilində  və 
Azərbaycanda rast gəlmək olur. Fransız alimi Jak de Morqan Lənkəran rayonunun Görükdi kəndi 
yaxınlığında ikimərtəbəli dolmenləri tapmış  və ilk dəfə onların elmi, tarixi və dini mahiyyəti haqqında 
məlumat vermişdir. 
Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyasına və ruhun ölməzliyinə inanmaq ideyası 
ənənəvi olaraq zəmanəmizə  qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı «Dədə-günəş» pirinə 
gəlmiş ziyarətçilərin gedərkən balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin 
öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş. 
Bu pirin adı  təsadüfi olaraq «Dədə-günəş» adlandırılmamışdır. Günəş kultu Azərbaycanın  ən qədim 
kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan 
sonra, dədələr də günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də onların adı çox zaman 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə