İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
123
Qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə, Midiyanın paytaxtı Ekbatan (indiki 
Həmədan) şəhərində əzəmətli bir saray var imiş. Bu sarayda hündür taxta sütunlardan, memarlıq ünsürlərinin 
bəzəyində qızıl və gümüşdən istifadə edildiyindən bina olduqca cazibədar bir görkəmə malik idi. 
Mütəxəssislər güman edirlər ki, bu dövrdə ant tipli yaşayış binaları yaranmağa başlamışdır. Qarşısında 
eyvan olan evlərə ant tipli binalar deyilir. Bu tikintilərdə eyvanların əmələ gəlməsi üçün fasadda ön tərəfdən 
kənar divarlar irəliyə doğru uzadılmışdır. Sonrakı dövrlərdə ant tipli binalar Azərbaycanda çox geniş 
yayılaraq bir və ikimərtəbəli eyvanlı yaşayış evlərinin ortaya çıxmasına səbəb olmuşdur. Bundan başqa, 
qülləvarı yaşayış evləri də tikilirmiş. Məsələn Kişessu adlı Midiya şəhəri qülləli binalardan ibarət olmuşdur. 
Qədim Midiya ərazisində çox geniş yayılmış tikintilərə misal olaraq, qaya məqbərələrini və 
atəşpərəstlik məbədlərini də qeyd edə bilərik. 
Qayalarda qazılmış  məqbərələrin fasadı ant tipli yaşayış binalarını xatırladır. Onların divarları insan 
təsvirlərindən ibarət olan qabartmalarla bəzədilirdi. Məqbərənin qarşı  tərəfində yerləşən dəhlizdən sərdabə 
hissəsinə daxil olmaq üçün yol düzəldilirdi. Bəzi qaya məqbərələrinin dəhlizində sütunlar qoyulurdu. Onların 
yuxarısı, yunan memarlığında olduğu kimi, antablement hissə ilə bitirdi. 
Midiya atəşpərəstliyin mərkəzi hesab edilirdi. Bununla əlaqədar olaraq dini binalar-məbədlər, atəş 
ibadətgahları o vaxtın çox yayılmış memarlıq tikintilərindən hesab edilir. Belə ibadətgahlar kiçik kürsülük 
üzərində ucalırdı. İbadətgahın ön tərəfində bir taxça tikilir və taxçanın yuxarısı karniz şəklində olurdu. Dini 
mərasimlər, ayinlər belə atəşgahların qarşısında, açıq havada keçirilirdi. 
Midiya ərazisində çoxlu şəhər olması, orada şəhərsalma işlərinin geniş miqyasda aparıldığını nəzərə 
çarpdırır. Yunan tarixçilərinin əsərlərində Ekbatan (paytaxt), Zombis, Patiqran, Qazata (ərəb mənbələrində 
Ğənzə), Kiropolis, Evron, Arzakiya (yaxud Riqa) və Herakleya kimi Midiya şəhərlərinin adları çəkilir. 
Qaya təsvirləri. Qaya təsvirlərinə petroqlif deyilir. Bu termin yunan dilində petros-daş, qlif- oyma, 
cızma sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. Petroqliflərə Orta Asiyada, Sibirdə, Uralda, Krımda, 
Azərbaycanda, digər yerlərdə rast gəlmək olar. Petroqliflər bizi qədim  əcdadlarımızın yaşayış yerləri, 
təsərrüfat formaları, həyat tərzi, məişət xüsusiyyətləri, dini təsəvvürləri və bədii təfəkkür səviyyəsi ilə tanış 
edir. 
Qobustan qayalıqlarından və Abşeronun Şüvəlan qəsəbəsindən, Ordubad yaylaqlarından və Kəlbəcər 
dağlarından tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış  qədim insanların qoyub getmiş olduğu dəyərli 
mədəniyyət və incəsənət abidələridir. 
Qobustan-Baş Qafqaz sıra dağlarının cənub-şərq qurtaracağında yerləşmişdir. Buradakı qaya təsvirləri 
bir-birindən uzaq, ayrı-ayrı yerlərdə yerləşmiş qayalıqlar üzərində iti daşla cızılmışdır. Bu qayalıqlara yerli 
əhali «Böyükdaş», «Kiçikdaş», «Cingirdağ», «Şonqardağ», «Şıxqaya» və «Daşqışlaq» adı vermişdir. Həmin 
qayalıqlar Bakıdan 50-60 km cənubda, Xəzər dənizinin yaxınlığında yerləşir. 
Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri onların dini 
ayinlərin keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu təsvirləri ovda müvəffəqiyyət 
qazanmaq üçün icra edilən iş magiyası (sehrkarlığı) ilə əlaqələndirərək onların incəsənət mahiyyətini inkar 
edirlər. 
Petroqliflərin anlaşılması üçün onlara öz dövrlərinin tələbləri, ehtiyacları cəhətdən yanaşmaq lazımdır. 
Daş dövründə insanların başlıca məqsədi qida əldə etmək idi. İbtidai insanlar artıq qidalanmaq üçün 
mübarizənin, yaxşı atıb, sərrast vurmağın başlıca şərt olduğunu dərk edə bilmişdilər. Odur ki, ən ibtidai şüur 
səviyyəsində olanda belə  ağıllarından, hiylələrindən çox, qollarının gücünə  və gözlərinə arxayın olurdular. 
Buna görə  də  qədim  əcdadlarımız ovlayacaqları heyvanın gücünü, qaçmaq bacarığını yaxşı öyrəndikdən 
sonra onunla mübarizəyə hazırlaşırdılar. Bu hazırlıq dövründə ovu uzaqdan yaxşı müşahidə etmiş ovçular 
qaya üzərində onun konturlu şəklini çəkirdilər. Beləliklə də, onlar ovlanacaq heyvanı daha yaxşı öyrəndikcə, 
ovun müvəffəqiyyətli keçəcəyinə daha çox inanırdılar. Bu ideyadan ruhlanan ibtidai adamlar ovun şəklini 
nizə, yaxud oxla vuraraq qəbilə qarşısında ovda neçə iştirak edəcəyini nümayiş etdirirdilər. Bu proses əslində 
ova gedəcək adamların «döyüş» məşqi idi. Söz yox ki, bu məşqlərin böyük mənəvi-ruhi xeyrindən başqa, 
təcrübə  əhəmiyyəti də var idi. Ovçular bu hazırlıqda sərrast atmağı  və vurmağı da öyrənirdilər. Təsadüfi 
deyil ki, Qobustanın bu dövrə aid böyük öküz rəsmlərində nizə və ox izləri indi də görünür. 
Hər dəfə belə məşqlər keçəndən sonra ovda müvəffəqiyyət qazanan ibtidai insanlar getdikcə bu fikrə 
gəlmişlər ki, heyvanın rəsmi qayada cızılmasaydı, o ovlanmayacaqdı. Beləliklə, əvvəllər heyvan rəsmlərinin 
cızılmasına gələcək ov səbəb olmuşdusa, sonralar bu məsələ  tərsinə  dərk edilir, yəni heyvanın  şəkli 
çəkilməyincə, ovun baş tutacağına ümid olmurdu. Ancaq bu ikinci mərhələni iş, istehsal magiyası hesab 
etmək olar. Lakin belə magik, sehrli təsəvvürün əmələ gəlməsi üçün əcdadlarımızın nə qədər uzun bir dövr 
keçmiş olduğunu nəzərə almaq lazımdır. Bu sehrkarlıq mis-daş dövrünün məhsulu idi. 
Daş dövrünün rəsmlərində öküzlər kontur cizgiləri vasitəsi ilə  çəkilirdi. Siluet rəsm üsulu insan 
təsvirlərində görünür, kişilər  əlində ox, kürəyində kaman olduğu halda, əzəmətli surətlər  şəklində  rəsm 
edilirdi. Petroqliflərdə kişilər kobud, lakin hündür və döyüşkən bir vəziyyətdə əks edilmişdir. 
Bu rəsmlərdən bilinir ki, insanların qiyməti onların ibtidai icma quruluşuna verdikləri əməli fayda ilə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə