İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
119
Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. 
Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır. 
Qədim Azərbaycan incəsənətinin inkişafı üç böyük dövrü əhatə edir: 1. Alban dövründən əvvəlki incəsənət 
(e. ə. IV əsrə qədər); 2. Alban dövrü incəsənətinin ilk, klassik mərhələsi (e.ə. IV-e. I əsri); 3. Alban dövrü 
incəsənətinin ikinci mərhələsi (I-VII əsrlər). 
Alban dövrünün incəsənəti daha qədim dövrlərin incəsənətindən doğduğuna baxmayaraq, yeni tarixi 
şəraitlə  əlaqədar olaraq, mədəniyyətimizi yeni keyfiyyətlərlə  zənginləşdirmişdir. Bu dövrün incəsənəti 
tarixdə ilk dəfə dini təsəvvürlərin zəncirini qırmış, sənətə yeni, dünyəvi və nikbin xüsusiyyətlər gətirmişdir. 
Alban dövrünün mühüm xüsusiyyətlərindən biri də  sənətkarların müxtəlif növ yeni materiallara 
cəsarətlə müraciət etməsidir. Daha qədim mərhələlərin dini səciyyəli təsvir motivləri bu dövrdə dekorativ-
ornamental motivlərə çevrilməyə başlamışdır. Alban dövrü incəsənəti özünün bir sıra mütərəqqi sənət 
ənənələri və yaradıcılıq prinsipləri ilə orta əsr incəsənətimizin inkişafı üçün möhkəm bünövrə yaratmışdır. 
Bütün bunlara görədir ki, bu dövr qədim Azərbaycan incəsənəti tarixində əsas və başlıca mərhələ kimi qəbul 
edilir və incəsənətimizin daha qədim inkişaf mərhələləri hələlik,  şərti olaraq, «Alban dövründən  əvvəlki 
incəsənət» kimi öyrənilir.  
Alban dövründən  əvvəlki incəsənət XII minillikdən başlayaraq, e. ə. IV əsrə  qədər olan uzun bir 
mərhələni əhatə edir. Həmin dövrün başlanğıcında (Mezolit dövründə) yaşamış qədim insanlar ibtidai icma 
quruluşunun ilk pilləsində baş vermiş tarixi hadisələrin şahidi olmuşlar. Onlar madərşah-ana nəsli dövrünün 
daş alətləri ilə vidalaşmamış mis-daş dövründə (eneolit) yeni kəşflərə nail olmuşlar. Sonrakı tunc dövründə 
(e. d. III minilliyin ikinci yarısı  və II minillik) isə  qədim  əcdadlarımız pədərşahi-ata nəsli dövrünün 
qanunlarına tabe olmuş, metaldan qüdrətli istehsal alətləri yarada bilmişlər. Dəmir dövründə (e. ə. I minillik) 
bu alətlər daha da təkmilləşmiş, tuncdan, əsasən, dini əşyaların yaradılması  və  bəzək məqsədləri üçün 
istifadə edilmişdir. Bu dövrdə Azərbaycanın qədim sakinləri məhsuldar qüvvələrin inkişafı, əmək alətlərinin 
təkmilləşməsi nəticəsində ibtidai icma quruluşu ilə  tədricən vidalaşmışlar. Nəzərdən keçirdiyimiz bu uzun 
dövr ərzində qədim qəbilələr yaşayış məskənləri və müdafiə tikintiləri yaratmışlar ki, bu da əcdadlarımızın 
memarlıq sahəsindəki ilk təcrübələri olmuşdur. Onlar eyni zamanda rəssamlıq sahəsində  də bacarıqlarını 
sına-yaraq, qayalar üzərində heyvan və insan təsvirləri cızmışlar. Yurdumuzun ibtidai insanları  əşyaların 
davamlılığına və gözəlliyinə diqqət yetirərək ürəyəyatan, gözəgəlimli dulusçuluq məmulatı, bəzəkli metal 
alətləri və s. hazırlamışlar. Qədim həmyerlilərimiz özlərini bəzəməyi də yaddan çıxarmamışlar. Onların 
yaratdığı tunc kəmərlər və  nəfis zərgərlik  şeyləri qiymətli sənət  əsərləridir.  Əcdadlarımızın minilliklər 
ərzində  tərtib etdikləri piktoqrafik, təsvirli yazılar ölkəmizdə ibtidai insan cəmiyyətinin mədəni inkişafını 
əyani surətdə göstərən ən yaxşı nümunələrdir. həmin piktoqrafik yazılar yazı mədəniyyətimizin tarixini mis 
dövründən (e. ə. IV minillikdən) başlamağa imkan verdiyi üçün dünyəvi əhəmiyyətə malik tarixi abidələrdir. 
Azərbaycanın coğrafi mövqeyi və  təbii zənginlikləri memarlığın təşəkkülünə  və inkişafına müsbət 
təsir göstərmiş amillərdəndir. Ölkədə müxtəlif növ inşaat materiallarının, cürbəcür daşların və ağacların, gil, 
əhəng və gəcin bolluğu tikinti işləri üçün şərait yaratmışdır. 
Mağaralar. Azərbaycan  ərazisində tapılmış mağaralar  ən ibtidai və  ən qədim insan məskənləri kimi 
qiymətlidir. Belə abidələrə misal olaraq, Qazax rayonunda Aveydağda tapılmış iki mağaranı  və Fizuli 
şəhərinin yaxınlığındakı Azıx mağarasını göstərmək olar. 215-220 m uzunluğunda olan Azıx mağarası 
Azərbaycan ərazisində ən böyük mağaradır. Onun böyük otaqlarında çoxlu qaya rəfləri vardır ki, bunlardan 
bəzilərinin altında 100-150 adam yerləşər. Bu əzəmətli mağaranın divarlarını çoxlu təbii stalaktit formalar 
bəzəyir ki, bunlardan sonralar orta əsr memarlığımızda da geniş surətdə istifadə edilmişdir. 
Qobustanın «Böyükdaş» deyilən hissəsində  də mağaralar vardır. Burada təbii mağaralarla yanaşı, 
qayaların irəliyə doğru uzanmış  çıxıntılarının  əmələ  gətirdiyi süni mağaralar da tapılmışdır. Bu tipli 
mağaraların qara dam yaşayış evlərinin ən ibtidai forması olduğu güman edilir. 
Daş dövrü üçün xarakterik olan təbii və süni mağaralar Gəncəçay  ətrafında, Qubadlı, Zəngilan, 
Qonaqkənd, Zuvand, Mərəzə və başqa yerlərdə aşkar edilmişdir.  
Meqalitik abidələr. Yunanca meqa - böyük, litos - daş deməkdir. Ona görə  də böyük qaya 
parçalarından qurulmuş  qədim abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox növləri 
vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş qutuları, daş xiyabanları, qalereyaları göstərmək 
olar. Bəzən siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər. 
Meqalitik abidələr Avropanın bir çox ölkələrində  və Krımda aşkar edilmişdir. Qafqaz ərazisində  də 
meqalitik abidələrin müxtəlif tipləri tapılmışdır. Belə abidələr Azərbaycan  ərazisində  də çox yayılmışdır. 
Əksər hallarda onlar dəfn kultu ilə əlaqədar olaraq yaradılmışdır. Belə nəhəng abidələrin daşlarının ağırlığı 
40, 100, 300 ton olduğunu nəzərə alsaq, onların yaradılmasında külli miqdarda insan qüvvəsinin sərf edildiyi 
aydın olar. Ona görə də onların icma abidələri olduğu və ictimai xüsusiyyət daşıdığı güman edilir. Meqalitik 
abidələr daş dövrünün sonunda meydana çıxmış, tunc dövründə isə daha çox yayılmış memarlıq 
nümunələridir. 
Menhirlər şaquli olaraq yerə basdırılmış daşlara deyilir. Menhir fransız sözü olub, (men-daş, hir-uzun) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə