İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə46/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
102
tapmışdır. 
Haxamanişlərin dövründə  İranın cənubunda Pasarqad və Persepol şəhərləri salınmışdı. Pasarqad 
şəhərinin tikilməsini II Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs şəhəri hesab edilirdi. 
Burada  şahlara tacqoyma mərasimi keçirilirdi. Şəhərdə gözəl  şah sarayları tikilmişdi. Onu qala divarları 
əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər 
vardı. Bu sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman adlandırırlar. Saray divarlarında 
dörd qanadlı heyvan təsvir olunmuşdu, üstündə isə "Mən Kuruşam, Haxamaniş  şahıyam" yazılmışdı. 
Saraylardan aralı bir yerdə Kuruşun məqbərəsi tikilmişdi. Saraylar qara və  ağ daşdan bəzədilir, divarlara 
müxtəlif mövzulu naxışlar vurulurdu. 
Persepol  Şirazdan 50 km aralı,  şimalda yerləşirdi.  Şəhərin salınması I Daranın adı ilə bağlıdır. 
Persepolun xarabalığı orta əsrlərdə Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti yaradılmışdı. Saraylar 
yaşayış binalarından və ziyafət otaqlarından  (apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və 
gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və  qədim fars) yazı  həkk olunmuşdu. 
Divarlarda müxtəlif səhnələr (saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri) təsvir 
olunmuşdu. Persepolda yeni il bayram şənlikləri keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də 
başlarmış. 
Haxamaniş şahları Suz şəhərində geniş tikinti işləri aparırdılar. Suz şəhərində saray tikintisi barədə I 
Daranın kitabəsi məlumat verir: "Bu sarayı mən Suzda tikdirdim. Onun bəzəkləri uzaqlardan gətirilmişdir. 
Torpaq çox dərin, ta ki qayanın özülünə çatınca qazıldı. Sidr Livan dağlarından gətirildi. Assur xalqı onu 
Babilə  gətirdi. Karilər və  İoniyalılar onu Suza çatdırdılar. (Hind) palıd ağacı  Qəndəhər və Kirmandan 
gətirildi. Burada işlədilən qızıl Sard və Baktriyadan gətirildi.  Əlvan daşlar, lacivərd və  əqiq ki, burada 
istifadə olunurdu, Soqddan gətirilmişdi. Burada işlədilən tünd göy əlvan daş (firuzə) Xarəzmdən gətirilmişdi. 
Burada istifadə olunan gümüş  və tunc (yaxud qara ağac) Misirdən gətirilirdi. Divar bəzəkləri  İoniyadan 
gətirilmişdi. Burada işlədilmiş fil sümüyü Efiopiya (Kuş), Hindistan və Araxoziyadan gətirilirdi. Burada 
işlədilən daş sütunlar Elamın Abiraduş kəndindən gətirilmişdi. Daşyonanlar ioniyalı və lidiyalılardı. Qızılla 
işləyən zərgərlər midiyalı və misirlilərdi. Ağaca naxış vuran adamlar midiyalı və misirlilərdi. Kərpic tökən 
adamlar babillilərdi". I Dara böyük bir təmtəraqla Suz şəhərində saray dəsti inşa etdirdi. Burada 100-dən çox 
otaq tikilmişdi, 12 ölkədən material gətirilmişdi. Saraya ağ, qırmızı, qara və Sarı mərmər döşənmişdi. Ziyafət 
otağının tavanı 20 m-lik sütunlara dirənirdi, sütunların yuxarı hissəsi öküz başı  rəsmi ilə  bəzənmişdi. 
Ruradan tapılmış kitabədə deyilirdi: "Bax, bu ölkələrdən saray üçün bəzək gətirmişdilər. - Pars, Elam, 
Midiya, Babil, Assuriya, Ərəbistan, Misir, dənizarxası ölkələr, Lidiya, İoniya, Urartu, Kappadokiya, Parfiya, 
Drangiana, Areya, Xarəzm, Baktriya, Soqdiana, Qandhara, Skitiya, Sattagidiya, Araxosiya...". Nəqşi-
Rüstəmdə (Persepol yaxınlığında) Haxamaniş dini abidələr dəsti yaradılmışdı. Burada I Daradan başlayaraq 
dörd Haxamaniş şahının qaya oyuqlarında məqbərələri inşa edilmişdi. Haxamanişlər dövründə mixi işarələr 
əsasında qədim fars yazı növü icad edilmişdi. Bu yazı "hecalı əlifbadan" ibarət idi. Qədim fars mixi yazısının 
yaradılmasını I Daranın adına çıxırlar. Bəzi mülahizələrə görə, bu yazı növü əvvəllər də işlədilirdi, guya onu 
midiyalılar Urartu mixi işarələrinin təsiri altında icad etmişdilər, sonra haxamanişlər bu yazı növünü 
midiyalılardan mənimsəmişdilər. Lakin bu mülahizəni təsdiq edə biləcək Midiya mixi yazısı nümunəsi 
tapılmayıb. Ehtimal edirlər ki, midiyalılar akkad, yaxud arami yazı növündən istifadə edirdilər. 
Herodotun məlumatına görə, midiyalı Harpaq II Kuruşa məktub yazmışdı, Kuruş özü Astiaqın adından 
məktub tərtib etmişdi. Bəziləri bu məktubların Midiya mixi yazısı ilə tərtib olunduğunu söyləyirlər. Lakin bu 
məktubların Elam mixi yazı növü ilə tərtib olunması fikri həqiqətə daha uyğundur. 
Hələ qədim fars yazı növü icad olunmazdan əvvəl I Daranın göstərişləri Elam, akkad və arami işarələri 
ilə yazılırdı. Bisütun yazısında I Dara deyir: "Mən əvvəl işlədilməyən kitabə növü yaratdım. (Bu) ari dilində 
gil və gön üzərindədir". Beləliklə, o, ilk dəfə ari dili mətnlərini yazıya köçürtdürdü. Belə hesab edirlər ki, ari 
dili anlayışı qədim fars və Midiya dillərini nəzərdə tuturmuş. Lakin bu belə deyil. Bəzi mülahizələrə görə, 
fars dili Midiyada da işlənirdi. Qədim fars mətnlərindəki bəzi fonetik fərqlər Midiya dilinə aid edilir, halbuki 
onlar əslində fars dilinin dialekt formalarıdır. Əksinə, belə də fərz edirdilər ki, Bisütun yazısının qədim fars 
nüsxəsi əslində, guya Midiya dilində tərtib olunmuşdu. Demək olar ki, Bisütun kitabəsinin Elam və Akkad 
nüsxələri qayaya əvvəlcə  həkk olunmuş, sonra isə  qədim fars yazı növü ilə  tərtib edilmiş  mətnlər Bisütun 
qayasına köçürülmüşdü. 
Haxamaniş kitabələri qədim fars, Elam və akkad dillərində müxtəlif mixi yazı növü ilə  tərtib 
olunmuşdu. Eyni zamanda, arami dili və əlifbasından istifadə edirdilər. 
Qədim İran əhalisi təqvim sistemi yaratmışdı. Ən qədim təqvim elamlılara mənsub idi. Onlar ilk əvvəl 
Akkad təqvim sistemindən istifadə edirdilər. Ayların Elam dilindəki əvəzi qaynaqlarda əks olunmayıb. E.ə. I 
minilliyə aid qaynaqlarda Elam aylarının adı  çəkilmişdir, lakin burada qədim fars dilinin təsiri özünü 
göstərirdi. Elam təqvimi qəməri təqvim əsasında yaranmışdı. Elam dili və mədəniyyəti Haxamaniş dövlətinin 
tərkibində müəyyən  əhəmiyyətli mövqeyə malik idi. Sənədlər elam dilində  tərtib olunurdu. Suz mərkəz 
şəhərlərindən birinə çevrilmişdi. Burada Haxamaniş  şahlarının xəzinəsi saxlanılırdı. Suz canişini eyni 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə