İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə47/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
103
zamanda xəzinədar (elam dilində kabnişkir) idi. Haxamaniş dövləti dağıldıqdan sonra Elimaida da (keçmiş 
Elam) Kabnişkirlər (xəzinədarlar) sülaləsi hakimiyyətə  gəlmişdi. Kabnişkiri sülaləsi hökmdarları pul 
kəsirdilər və hətta parflara tabe deyildilər. Eramızın II əsrində bu son Elam sülaləsinin də hakimiyyətinə son 
qoyuldu. 
Elam mədəniyyətinin izləri e.ə. VI minilliyə aid arxeoloji laylardan üzə  çıxarılmışdı. Sonrakı 
minilliklərdə Elam mədəniyyətinin təsiri geniş yayılmışdı. Bu təsiri nəinki İran yaylasında və İkiçayarasında, 
həm də Cənubi Qafqazda və hətta Hindistanda müşahidə etmək mümkündür. Sinfi cəmiyyətə keçid zamanı 
Elamda piktorafik (şəkli) yazı sistemi icad edilmişdi. Buna oxşar işarələr Hindistanda da tapılmışdı. Bu 
işarələrin sayı  təxminən 500-ə çatırdı. Piktoqrafik yazı sisteminin inkişafı Elam xətti yazı formasının 
meydana gəlməsinə səbəb olmuşdu. Xətti yazı piktoqrafik işarələrin sxematik (cizgi) görkəmini əks etdirir. 
Xətti yazı 80 və ola bilsin ki, daha çox işarəyə malik imiş. E.ə. III minilliyin ikinci yarısında elamlar Şumer-
Akkad mixi yazı sistemini mənimsəmişdilər. Mixi yazı  işarələri elam dilinin xüsusiyyətinə tam da olmasa 
uyğunlaşdırılmışdı. Mixi yazı elam dilinin fonetikasını, səs xüsusiyyətlərini aydın verə bilmirdi. Mixi 
işarələri ilə tərtib olunmuş ilk elamdilli yazı "Naram-Suen ilə müqavilənin" mətnindən ibarətdir. Elam mixi 
işarələrinin sayı 200-ə çatırdı. Bunlardan 174-ü hecalı  işarələrdən, 25-i isə söz bildirən işarələrindən 
(loqoram) ibarət olmuşdu. Son Elam dövründə mixi işarələrin sayı azaldılmış, yazı sadələşdirilmiş  və 123 
mixi işarə saxlanılmışdı. Elamlılar öz kitabə  və  təsərrüfat sənədlərini nəinki elam dilində, həm də akkad 
dilində  tərtib edirdilər. Mixi yazının işlədilməsi baxımından Elam İkiçayarası  mədəniyyəti dairəsinə daxil 
idi. 
Elam mədəniyyətini yaradan əhalinin etnik tərkibi tam məlum deyil. Əhalinin əsas hissəsini elamlılar 
təşkil edirdi. Lakin bu ərazi təmiz elamdilli əhalidən ibarət olmamışdı. Erkən dövrdə buraya sami tayfaları 
yol açmışdı. Ola bilsin ki, Elamın cənub-qərbində şumerlər də məskən salmışdılar. Şimaldan Elam ərazisinə 
turukkilər (prototürklər), kassilər və bəlkə də subir və hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri 
əhalinin elam mənşəli tərkibində dəyişiklik edə bilmədi. Son dövrlərdə Elam ərazisinə irandilli tayfalar yol 
açdılar. Onlar əvvəlcə Anşan vilayətində, sonra da Elamın başqa vilayətlərində məskən salmışdılar. Müxtəlif 
tayfaların Elamda məskunlaşmasına baxmayaraq Elam mədəniyyəti özünəməxsus  əlamətləri saxlayırdı. 
Minilliklər ərzində elamların mənəvi aləmi, qədim ayinləri və dini görüşləri öz varlığını saxladı. 
Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm yer tuturdu. Elamlılara məxsus allahlar 
panteonu yaradılmışdı. "Narm-Suenlə müqavilə"  şahid kimi 37 allah adını sadalamışdı. Burada Elam 
allahları ilə yanaşı Akkad allahlarının da adları  çəkilmişdi. Elam panteonunda Akkad və  bəlkə  də başqa 
mənşəli allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim  Şərqin digər ölkələrinə  də xas idi. E.ə. III 
minillikdə Elam panteonuna ana ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli 
qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam vilayətlərinin hərəsinin özünəməxsus ana 
ilahəsi vardı. Pinenkir Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi məlum idi. 
İkiçayarası  əhalisi Pinenkiri özlərinin  İştar (məhəbbət və  məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər. 
Pinenkir böyük ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti əhalisi Kiririşa ("Böyük 
ilahə") ilahəsinə sitayiş edirdi. Anşan vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı. Kiririşaya ibadət ümum 
Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II 
minilliyin ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində baş vermiş və dərinləşmiş sosial-
iqtisadi və ictimai dəyişikliklər dini təsəvvürlərə də təsir göstərmişdi. Elamlıların mənəvi aləmində ata nəsli 
hüququ üstünlük qazanmışdı. Humpan da "Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və Kiririşanın 
əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın nikahından allah Humpan yaranmışdı. 
Minillik ərzində ictimai-iqtisadi amillərin təsiri altında Elam panteonu dəyişilirdi. E.ə. III minillikdə 
allah  İnşuşinak panteonda altıncı yer tuturdu. İnşuşinak adı Suz şəhərinin  şumer adından  əmələ  gəlmişdir. 
Şumercə Nin-şuşin-ak  əslində "Suzun (Şuşinin) sahibəsi" mənasını daşıyırdı.  İlk  əvvəllər  İnşuşinak qadın 
ilahəsi kimi tanınmışdı. Min il sonra onun adı Humpan və Kirjrişa ilə yanaşı, bəzən də ikinci yerdə çəkilirdi. 
İnşuşinaka "zəiflərin atası", "allahların yerdə və göydə havadan", "Sirli allah" kimi rütbələr verilirdi. İctimai-
iqtisadi münasibətləri əks etdirən sənədlərdə İnşuşinak andiçmə allahı mövqeyini tuturdu. Onun adı ilə and 
içirdilər, axirət dünyasında isə o, məhkəmə qururdu. İnşuşinak Elam axirət dünyasının hakiminə çevrilmişdi. 
And mərasimində onunla yanaşı ilahə İşmekarabın adı da çəkilirdi. İşmekaraba (akkadca "O, duanı eşitdi") 
ibadət ola bilsin ki, Akkad təsiri altında yaranmışdı. Bu ilahənin Elam müqabili Laqamal (yaxud Laqamar) 
olmuşdu. İşmekarab və Laqamal axirət dünyasının ilahələri hesab edilirdilər. İşıq dünyasının allahı Nahhunti 
(elamca "Günəş") idi. O, sənədlərdə  şahidlərin havadarı kimi qələmə verilirdi. Nahhunti qanun-qaydanı 
qoruyur, hüquq və  məhkəmə allahı  vəzifəsini görürdü. Elamlılar ay allahı Napirə  də sitayiş edirdilər. O, 
"yetimlərin atası" adını qazanmışdı. Narundi qələbə ilahəsi idi, lakin qonşu assurilər onu "yeddi şər ruhun" 
bacısı adlandırmışdılar. Elamlar bir çox yerli allahlar ilə yanaşı İkiçayarası allahlarına (Adad, Nerqal, Enki 
və s.) da sitayiş edirdilər. Elam cəmiyyətində çoxallahlılıq (politeizm) mövcud olmuşdur. 
Şifahi xalq ədəbiyyatı  və  əfsanələr Elam cəmiyyətində müəyyən yer tuturdu. Bunu qədim dövrün 
möhürləri və qabları üzərində  əks olunmuş  təsvirlərdən görmək mümkündür. Təsvirlər müxtəlif mövzuları 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə