İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə78/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
159
sitayişi möhkəmləndirdi və  səmaya sitayişi genişləndirdi. Səma allahı  təcəssüm edirdi. Allaha (di) inam 
tədricən səma ibadətinə çevrilmişdi. II-III əsrlərdə Çində Buddizm yayıldı. Qədim çinlilərin təsəvvürünə 
görə ilk Budda sutraları Çinə ağ at üstündə gətirilmişdi. 
Qədim Çin erkən yazı növləri "fal kitabələrində" əks olunmuşdur. İn dövründə inkişaf etmiş heroqlif 
yazı forması mövcud idi. İn dövrünün yazı növü müasir Çin heroqliflərindən o qədər də fərqlənmir. Xan 
dövründə yazı daha da təkmilləşir. 
Ən qədim Çin nəzm ədəbiyyatı e.ə. XI-VI əsrlərə aid tunc qablar üzərində əks olunmuşdur. "Şiszin" 
əsəri 305 poetik hissədən ibarətdir. Bu, qədim Çin poeziyasının qiymətli  əsəridir. Qədim Çində musiqi, 
memarlıq, təsviri incəsənət geniş inkişaf tapmışdı. Elmi biliklərin meydana gəlməsi praktiki tələbatdan 
doğurdu. Xüsusilə riyaziyyat inkişaf etmişdi. E.ə. II əsrdə "Doqquz kitablı riyaziyyat" adlı traktat tərtib 
olunmuşdu. Bu kitab torpaqölçənlər, astronomlar, məmurlar və b. üçün zəruri vəsait idi. Astronomiya və 
təqvim sahəsində irəliləyiş vardı. II əsr astronomu 
və riyaziyyatçısı Çjan Xenin əsərində 124 ulduz bürcü barədə məlumat verilmişdir. Planetlər üzərində 
müşahidələr aparılırdı. E.ə. 104-cü ildə ilin davamiyyəti hesablandı. İl 365.25 günə bərabərləşdirildi. Bu yeni 
təqvim 85-ci ilə qədər tətbiq olundu. Bu təqvimə görə il 12 aydan ibarət idi. Təbabət inkişaf edirdi. Hələ e.ə. 
IV-III əsrlərdən iynəbatırma ilə müalicə metodundan istifadə edirdilər. Təbabətə aid əlyazmaların birində 52 
xəstəliyin (məsələn, qıcolma, əsəb pozğunluğu, qızdırma, yırtıq, qadın və uşaq xəstəlikləri və s.) 280 müalicə 
üsulu göstərilirdi. Çin qədim tarixi, mədəniyyəti, fəlsəfəsi olan bir ölkədir. Hələ e.ə.  Şan-in dövlətində 
təsərrüfatda quldarlıq münasibətləri hökm sürürdü. Döyüşlərdə  əsir tutulan qul əməyindən  əsasən 
maldarlıqda, müəyyən qədər  əkinçilikdə, həmçinin ev təsərrüfatında və tikintidə istifadə olunurdu. Həmin 
dövrdə  əkinçilikdə qan qohumluğuna  əsaslanan icmalar (patronimiya) mühüm rol oynayırdı.  Şan-İn 
dövründə və onun yerinə gələn Çjou sülaləsi dövründə dini-mifoloji dünyagörüşü hökm sürürdü. Artıq qeyd 
etdiyimiz kimi, Çin miflərinin fərqləndirici cəhətlərindən biri oradakı allahların və ruhların zoomorf 
xarakteri idi. Ona görə  də  qədim Çin allahları heyvanlar, quşlar, balıqlar ilə çox oxşar idi və  əksəriyyəti 
yarım heyvan və yarım insan şəklində  təsvir olunurdu. Həmin panteonda əsas yeri Şan-Di tuturdu. Bütün 
allahlar və ruhlar ona tabe idi. Onun iradəsi qarşısında külək, yağış, bulud və  şimşək ruhları aciz hesab 
olunurdular. Lakin Şan-di təkcə baş allah olmayıb, qədim çinlilərin təsəvvürünə görə onların  əcdadları  və 
hamiləri idi. Miflərə görə İn tayfasının əcdadı Şan-di olmuşdur. 
Çox vaxt Şan-di obrazında səmanın şəxsləndirilmiş ilahi qüvvəsi təcəssüm tapırdı. Qədim çinlilər belə 
hesab edirdilər ki, dünyada hər  şey Səmanın iradəsindən asılıdır və eyni zamanda «səmanın iradəsi» fala 
baxmaq və digər  əlamətlərlə müəyyən edilir. Dini-mifoloji təsəvvürlər icma əyanlarının ağalığı sistemini 
təbliğ edirdi. Hakim öz təbəələri qarşısında səma oğlu kimi tanınırdı. Qədim çin dinlərində  əcdadlara, 
qəhrəmanlara etiqad mühüm yer tuturdu. İnsanların ruhlarla və  əcdadlarla «əlaqəsi» çox ciddi şəkildə 
nizamlanaraq nəzarət altında saxlanılırdı. İnsanlarla allahlar və ruhlar arasında birinci vasitəçi hökmdar özü 
idi. 
Miflərdə  əcdadlar kultunda və totemizmdə  cəmiyyətin qəbilə-tayfa təşkilinin  əlaqələri öz əksini 
tapmışdır. Mifologiyada dünyanın, təbiətin yaranmasının öz izahı,  şərhi mövcud olmuşdur.  Ən qədim 
dövrlərdə, nə səmanın, nə də yerin olmadığı dövrdə kainat formasız qaranlıq xaos kimi təsəvvür edilirdi. Bir 
mifə görə, həmin formasız qaranlıqda iki ruh (yaxud allah) - İn və Yan yarandı və onlar dünyanı qaydaya 
salmağa başladılar. Sonralar, bu ruhlar bir-birindən ayrıldılar. Yan ruhu səmanı, İn ruhu isə yeri idarə etməyə 
başladı. Belə hesab edilir ki, onlar qaranlığın kobud hissəciklərindən heyvanları, quşları, balıqları və digər 
canlıları, yüngül hissəciklərdən isə insanları yaratmışlar. Digər mifə görə isə insanlar allah Fu-si ilahə 
Nyuyva tərəfindən yaradılmışdır. Üçüncü bir mifə görə isə ilk mifik insan Panqu balta ilə qaranlığa zərbə 
endirir və nəticədə bütün yüngül və təmiz olanlar yuxarı qalxan səmanı yaradırlar, ağır və çirkli şeylər isə 
aşağı enərək yeri yaradır. 
Kainatın mənşəyi haqqımda miflərdə naturfəlsəfənin ilk, qaranlıq və  bəsit də olsa belə rüşeymləri 
görünür. Hakim mifoloji şüur (təfəkkür) e.ə. birinci minilliyə qədər hökm sürmüşdür. 
İbtidai icma cəmiyyətinin dağılıb öz yerini yeni bir cəmiyyətə verməsi nəticəsində belə miflər aradan 
çıxmadı. Bir sıra miflər qədim Çin kosmoqonik konsepsiyalarının tərkib hissəsinə çevrilmişdir. Bu, hər 
şeydən  əvvəl,  İn və Yan ruhlarına  dair yayılmış miflərə aiddir. Artıq  İn və Yan kainatın yaranması  və 
inkişafında mühüm rol oynayan qüvvələrə çevrilirlər. 
Bir sıra mifoloji obrazların sonrakı fəlsəfi traktatlarda mühüm yer tutması heç də təsadüfi deyildir. E.ə. 
V-III əsrlərdə yaşayan filosoflar tez-tez miflərə müraciət edirdilər. Onlar həqiqi idarəçilik və insanın düzgün 
davranış normaları haqqında öz konsepsiyalarmı yaratmaq üçün miflərdən istifadə edirdilər. 
Bununla yanaşı, konfusiçilər miflərin tarixiləşməsini həyata keçirirlər. Buraya qədim miflərin süjet və 
obrazlarım mifdən azad edib, tarixi don geydirmək də daxildir. «Qədim Çin mifləri» kitabının müəllifi Yuan 
Ke yazırdı ki, konfusiçilərin əsas məqsədi bütün mifoloji personajların hərəkətlərini insaniləşdirmək idi ki, 
bu da miflərin tarixiləşməsi kimi başa düşülməlidir. Mifoloji əfsanələri öz təlimlərinə uyğunlaşdırmağa cəhd 
edən konfusiçilər ruhların insanlara çevrilməsinə çox səylə girişmiş, miflərin və  əfsanələrin rasional izahı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə