İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə80/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
161
Həmin dövrdə Çinin iqtisadi və ictimai həyatında mühüm dəyişikliklər baş vermişdir. Torpaq üzərində 
xüsusi mülkiyyət bərqərar olur, yeni sənət sahələri yaranır, kənd təsərrüfatında yeni dəmir alət və əşyalardan 
istifadə olunur. Torpaqdan istifadə edilməsi üsulları təkmilləşdirilir. 
O dövrdə siyasi həyatda da mürəkkəb hadisələr baş vermişdir. Tsin, Çu, Tsi, Vey, Tszin, Çjao, Xan 
dövlətləri arasında müharibələrin ardı-arası  kəsilmir, dövlətlərin öz daxilində sosial partlayışlar baş verir. 
Vahid Çjou dövləti faktiki olaraq dağılır və bir sıra yerli hakimlər özlərini müstəqil elan etməyə çalışdılar. 
Onlar özlərini müstəqil elan edib, çox vaxt mərkəzi hakimiyyəti tanımırdılar. 
Dərin sosial gərginlik və ziddiyyətlər güclü ideoloji mübarizə ilə müşayiət olunurdu. Elə buna görə də 
sosial-siyasi çaxnaşmalar dövründə belə Çində mədəniyyət və fəlsəfənin inkişafı dayanmır, əksinə daha da 
tərəqqi edirdi. 
Zadəganlar və  məmurlar «Səma», «Tale» ideyasını daha da inkişaf etdirməyə  cəhd edirdilər. Bu da 
təsadüfi deyildir. Çünki həmin ideya onların hakimiyyətinin saxlanılması üçün zəmanət verirdi. 
Aristokratiyaya qarşı müxalifət kimi formalaşan yeni sosial qruplar öz baxışlarını irəli sürərək səmaya 
etiqad ideyasına qarşı  çıxırdılar. Onlar səma ideyasına tamamilə yeni bir məna və  məzmun verməyə 
çalışırdılar. Həmin təlimlərdə tarixi təcrübənin düzgün anlaşılmasına cəhd edilir, idarəçiliyin «ideal qanunu» 
axtarılır, müxtəlif sosial qruplar arasında qarşılıqlı münasibətlərin yeni qaydaları irəli sürülür, ayrı-ayrı 
adamların və ölkələrin dünyada yeri müəyyənləşdirilir, insanın təbiətlə, (səma ilə), dövlətlə  və digər 
adamlarla münasibətlərini aşkarlamağa səy göstərilirdi. 
«Şi Tszin», «Şu Tszin» kimi ədəbi-tarixi abidələrdə bilavasitə adamların  əmək və ictimai tarixi 
praktikasını ümumiləşdirən müəyyən fəlsəfi ideyalara rast gəlmək mümkündür. Lakin Çin fəlsəfəsi və 
mədəniyyətinin çiçəklənməsi e.ə. VI-III əsrlərə  təsadüf edir. Ona görə  də  həmin dövrün Çin fəlsəfəsinin 
«qızıl dövrü» adlanması tamamilə  həqiqətə uyğundur.  Əslində elə  həmin dövrdə  fəlsəfi və sosioloji fikir 
haqqında mühüm əsərlər o cümlədən, «Dao-de tszin», «Lun yuy», «Mo-tszı», «Men-tszı», «Çjuan-tszı», 
«Quan-tszı», «Li-Tszi» və s. əsərlər yaranmışdır. Elə həmin dövrdə öz konsepsiyası və ideyaları ilə Lao-tszı, 
Konfusi, Mo-tszı, Çjuan-tszı, Men-tszı, Syun-tszı,  Şan-Yan və Xan Feyt-tszı kimi mütəfəkkirlər yaşayıb 
yaratmışlar. Elə həmin dövrdə Çin fəlsəfə məktəbləri - daosizm, konfusiçilik, moizm, legizm, naturfilosoflar 
yaranıb inkişaf etmişlər. 
Qeyd etmək lazımdır ki, Şan və Çjou sülalələri dövründə siyasi sistem getdikcə daha da 
təkmilləşdirilmişdir. Quldarlıq quruluşu inkişaf etdikcə quldar-aristokratların tanınmış  nəsilləri daha da 
zənginləşirdi.  Şan sülaləsi dövründə Tszin nəsli həmin aristokrat-quldurların başında dururdusa, Çjou 
sülaləsi dövründə hakim Tszi nəsli başda dururdu. Şan və Çjou vanları ali hakimlər hesab olunurdular. «Şi-
tszin»də deyilir: «Bütün səma altında elə bir yer yoxdur vana məxsus olmasın, yerin sonuna qədər elə bir 
adam yoxdur ki, vanın qulu olmasın». Bütün bunlar bir daha sübut edir ki, Şan və Çjou sülalələri dövründə 
quldarlıq quruluşunun əsası torpaq və qullar üzərində dövlət mülkiyyəti, daha doğrusu hakimin mülkiyyəti 
təşkil edirdi. Şan və Çjou sülalələri dövründə ictimai həyat  şəraiti fəlsəfədə iki kəskin xüsusiyyəti bir-
birindən fərqlənirdi.  İlk növbədə ideologiya sahəsində başlıca yeri dini ideologiya tuturdu. Şan sülaləsi 
dövründə  hər  şeyi yaradan baş ilahi Şan li (ali imperator) hesab olunurdusa, Çjou sülaləsi dövründə isə 
«səma iradəsi» təsəvvürü hakim oldu. Bu dini təsəvvürlər quldarlar tərəfindən ağalıqlarını 
möhkəmləndirmək üçün mənəvi silah kimi istifadə olunurdu. Fəlsəfə din formasında işlənir və inkişaf 
etdirilirdi. Dini baxışlar cəmiyyətdə əsas yeri tutur. 
Fal sümüklərindəki yazılarda səma ancaq «di», yaxud da «şandi» (allah) kimi verilir. Burada «tyan» 
(səma, allah) termini göstərilmir. «Tyan» heroqlifi «da» (böyük) kimi göstərilir. O isə səmanı ifadə etmirdi. 
Ancaq «Şanşu» kitabının «Pan Gen» fəslində səma termini - yan «şandi» və həmçinin «tyan» mənasını verir. 
Lakin söhbət təkcə terminologiyada deyildir. Əsas məsələ dövrün mahiyyətini ifadə edən baxışların 
məzmunundadır. 
İkincisi, fəlsəfə  Şan və Çjou sülalələri dövründə siyasi və  əxlaqi təsəvvürlərlə  sıx  şəkildə bağlı idi. 
Quldarlıq cəmiyyətində hakim təbəqələr allahın adı ilə öz iradəsini aşağı  təbəqələrə yeritməyə çalışırdılar. 
Öz ağalığını möhkəmləndirməkdən ötrü quldarlar təkcə siyasi qüvvələrə deyil, həmçinin  əxlaqi 
kateqoriyalara da ehtiyac hiss edirdilər. Həmin kateqoriyalarda insanların cəmiyyətdə hüquq və  vəzifələri, 
pis və yaxşı əməlləri öz əksini tapmışdır. «Çjuan-tszı» əsərinin «Səma altı» fəslində göstərilirdi ki, fəlsəfə bu 
dövrdə səmanı başlıca - müsbət məziyyətli əsas hesab edirdi. Bu isə real tarixi şəraitə uyğun gəlir. Həmin 
fikir bir daha sübut edirdi ki, söhbət gedən dövrdə fəlsəfə din və əxlaq bir-biri ilə qırılmaz tellərlə bağlı idi. 
İn hakimi Pan-gen xalqı  xəbərdar edirdi ki, mənim üçün yaxım və uzaq fikri yoxdur. Kim cinayət 
törədirsə, ölümə məhkum olunacaq, kim xeyirxahlıq (yaxşılıq) edərsə, öz əməlinə görə şöhrətləndiriləcəkdir. 
Deməli, burada hakimlik, yüksək nəsildən olmaq, qohumluq və s. əsas yerdə durmur, əsas yerdə  əxlaqi 
normalar durur. Bütün bunlar bir daha göstərir ki, Şan sülaləsi xüsusilə Çjou sülaləsi dövründə artıq ibtidai, 
siyasi,  əxlaqi fəlsəfə yaranmağa başlamışdır ki, bu barədə  də Çin mifologiyasında material tapmaq 
mümkündür. Öz məzmununa görə quldarlıq sinfinin əxlaqi etik normaları sürətlə mürəkkəbləşməyə başladı. 
Nəticədə həmin normalarda hakim sülalənin mənafeyi ön plana çıxarıldı. Yəni Pan-Genin və sonrakı bir sıra 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə