İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə83/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
176
olurdular. Onlar e.ə. IX əsrlə dəmir emal etməyə başladılar. Bu da əmək məhsuldarlığının artmasına səbəb 
oldu. Yunanıstanda torpaq bütün tayfaya məxsus idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı 
adamlar torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı özləri becərirdilər, sonradan 
günəmuzdçuları  işlətdilər, daha sonra qullardan istifadə etdilər. Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai icma 
quruluşundan quldarlıq quruluşuna tədricən keçid başlandı. 
Dünyanın başqa xalqları kimi yunanlar da təbiət hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. 
Onlara görə  təbiəti allahlar nə ilahələr idarə edirdilər. Rəvayətə görə baş allah Zevs, Poseydon və Aid 
dünyanı öz aralarında bölüşdürmüşdülər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın 
allahı olmuşdu. Zevsin iradəsi ilə şimşək çaxıb yağış yağırdı. Dəniz allahı Poseydon üçbaşlı əsası ilə dənizdə 
fırtına qoparır, gəmiləri batırırdı. Yeraltı padşahlığın allahı Aidin ayağı altında üçbaşlı köpək oturub, yerin 
altına gedənləri geriyə  işıqlı dünyaya buraxmırdı. Nur və incəsənət allahı Apollon qızıl arabası ilə  səfərə 
çıxandı gün başlanırdı. Aid münbitlik ilahəsi Demetranın qızı Pesefonanı  oğurlayır və anasının yanına 
buraxmır. Demetra kədərlənir, hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir 
neçə aylığa anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası 
kədərləndiyinə görə qış gəlir. “Demetra və Persefona” əfsanəsi də buradan yaranmışdı. 
Yunanlar meşə allahlarını satirlər adlandırırdılar. Onlar keçi ayaqlı  və qulaqlı adamlar kimi təsvir 
olunurdular. Bulaq ilahələri olan nimfalar gənc qız kimi təsvir olunurdular. Yunanlarda əkinçilik, maldarlıq, 
ovçuluq, sənətkarlıq və b. sahələr yarandıqca onları himayə edən allahlar da yaradılırdı.  Şərabçılıq allahı 
Dionis idi. Onun şərəfinə yazda üzümlüklərdə  iş başlayanda, payızda  şərab hazır olanda bayramlar təşkil 
edilirdi. Hefest dəmirçilik allahı idi. Yunanlar belə hesab edirdilər ki, vulkanlar onun dəmirçixanasının çıxış 
yollarıdır. Ticarət meydana gələndən sonra onu himayə edən Hesrmes meydana çıxdı. 
Yunanlar belə güman edirdilər ki, allahlar yüksək dağ olan Olimpdə yaşayırdılar. Onları Olimp 
allahları adlandırırdılar. Allahların həyatı adlı-sanlı adamların həyatına bənzəyirdi. Allahlar alovun sirrini 
insanlardan gizlədirdilər. Lakin cəsur titan Prometey odu oğurlayıb insanlara verir. Zevsin əmri ilə Hefest 
onu Qafqaz dağına zəncirləyir. Zevsin göndərdiyi qartal hər gün onun ciyərlərinin bir hissəsini qoparır. Hər 
səhər ciyər bərpa olunur. Prometey bu işgəncəyə dözür, lakin Zevsə boyun əymir. “Prometey” əfsanəsi də 
buradan yaranmışdı. 
Afinada quldarlıq quruluşu. Orta Yunanıstanın cənub-şərqində Attika adlı böyük yarımada yerləşir. 
Burada geniş düzənliyin ortasında sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdır. Təpənin 
zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. Afinalılar əsasən zeytun nə üzüm becərir, 
şərab və zeytun yağı  və  şərab saxlamaq və daşımaq üçün amfora adlanan küp qayırırdılar. Akropolun 
yaxınlığında bazar meydanı - aqora yerləşirdi. Burada dulusçuluq, toxuculuq və kənd təsərrüfatı məhsulları 
satılırdı. Attika yarımadasının cənubunda gümüş mədənləri var idi. Afinada gümüş sikkə kəsilməyə başladı. 
Afinada  əvvəllər varlılar torpaqlarını özləri becərirdilər. Sonra onlar günəmuzdçulardan, daha sonra 
isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir 
götürmək, borca görə adamları qul etmək, qul qadınlardan doğulan uşaqları qul etmək idi. Qullar bazarda 
satılır, onları əsasən mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı işlərində, ev işlərində xidmətçi 
kimi işlədirdilər. 
Afinada adlı-sanlı adamlar torpağın yaxşısını  ələ keçirdilər. E.ə. VIII əsrdə onlar Afinanın bütün 
əhalisini özlərinə tabe etdilər. Adlı-sanlı yunanlar mövcud üsul idarəni aristokratiya, yəni “yaxşıların 
hakimiyyəti” adlandırırdılar. 
E.ə. VII əsrdə Afinada sənət və ticarət gur inkişaf etməyə başlayır. Evpatritlər (aristokratlar) düzən 
yerlərdə  məhsuldar torpaqları  ələ keçirib geomorları (icmanın sıravi üzvlərini) dağətəyi daşlıq torpaqlara 
sıxışdırırdılar. Evpatritlərin bir hissəsi artıq emalatxanalar açıb istehsalla məşğul olurdu, bir hissəsi ticarətə 
girişmişdi. Aristokratların bu təbəqəsinin maraqları demosun varlı təbəqəsinin maraqları ilə üst-üstə düşürdü. 
E.ə. 640-cı ildə Afinada olduqca məşhur olan, Olimpiya oyunlarının qalibi Kilon demosla aristokratlar 
arasında ziddiyətlərin gərginləşməsindən istifadə etdi. O, Zevsin şərəfinə keçirilən bayramda özünə tərəfdar 
toplayıb Akpopolu tutdu. Lakin demos hələ aktiv fəaliyyətə hazır deyildi. Arxont Meqaklın qoşunu 
Akpopolu mühasirəyə alıb üsyançıları  təslim olmağa məcbur etdi. Kilon qaçmağa müvəffəq oldu, onun 
tərəfdarları isə öldürüldülər. 
 Bir  müddətdən sonra aristokratlar demosun varlı  təbəqəsinin təzyiqi altında güzəştə gedib külliyyat 
şəklində yazılı qeydiyyatına razılıq verdilər. Həm aristokratlar, həm də demos üçün ümumi olan qanunların 
qəbulu mütərəqqi hadisə idi. e.ə. 621-ci ildə arxont-fesmofet Drakont tərəfindən sərt qanunlar toplusu tərtib 
edilmişdi. Buna “Drakont qanunları” deyirdilər. Bu qanuna görə hətta bir salxım üzüm dərənə ölüm cəzası 
verilirdi. 
Afinada kənlilər aristokratlardan borc və ya faizlə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin 
tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, faizi, verildiyi və qaytarıldığı müddət 
qeyd edilirdi. E.ə. VII əsrdə demək olar, bütün kəndlilər borca düşdülər. 
Afinada kəndlilər, sənətkarlar, günəmuzdçular, dənizçilər demos, yəni xalq adlanırdılar. E.ə. VII əsrdə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə