İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə85/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
178
ətrafında fırlanır. 
E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur. həmin dövrdə yunan tarixçisi Herodot 
(e.ə. təqribən 490-425) “Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında məlumat verir O, 
bir çox ölkələri gəzmiş,  əsərində müxtəlif xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s. 
haqqında məlumat toplamışdı. “Tarix” əsərində  İran-yunan müharibəsində  iştirak edən bütün xalqlar 
haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya 
köçürmüşdü. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin 
atası” adlandırmışdı. 
Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar Homer dövrünün 
sonlarında finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Onlar 
papirus, gil lövhə, üstünə mum çəkilmiş taxta parçası üzərində metaldan düzəldilmiş ucu şiş çubuqla 
yazırdılar. 
Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və kəndli uşaqları ibtidai məktəbdə, dövlətli 
uşaqları 18 yaşınadək gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa yazıçıların  əsərlərini 
əzbər bilirdilər. Şagirdlər məktəbdə şəkil çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər. Qızlar 
və qullar oxumurdular. 
E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü 
olan “teatr” “tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”, aktyorların oynadığı yerə “skena” 
deyirdilər. Qədim Yunanıstanda şərab allahı Dionisin şərəfinə təşkil edilmiş bayramlar, bu haqda əfsanələrin 
nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının əsası qoyuldu. 
Yunanıstanda  əfsanələr  əsasında tragediyalar adlanan pyeslər yarandı. Tragediya “keçi mahnısı” 
deməkdir. Tragediyada qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə  qəhrəmanlar öz ideyaları 
uğrunda həlak olurlar. Afinada tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının müəllifi Esxil 
olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” faciəsinin müəllifidir. 
Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən 
sakinlər mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə  məcbur edirdi. Aristofan (e.ə. 445-385) 
məşhur komediyalar müəllifi idi. O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq yığıncağında” 
komediyalarının müəllifidir “Atlılar” komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar” 
komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası” adlandırırdılar. 
E.ə. VI əsrdə təmsil ustadı Ezop yaşayıb yaratmışdır. Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir 
edilir. Guya böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən məlum olan təmsillərin az 
qala hamısını Ezopun adına çıxırlar. Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun 
mövzularından istifadə etmişlər.  
E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq, və rəssamlıq inkişaf edib özünün yüksək 
səviyyəsinə çatmışdı. Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və bir neçə  cərgə 
sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə 
Yunanıstanda iki növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla 
tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli məbəd tikintisində sütunların yuxarısında  əyri qoç buynuzuna 
bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol idi. Akropol mərmər sütunlardan ibarət 
portiklərlə  əhatə olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini qoymuşdu. Burada Afinanın 
şərəfinə Parfenon məbədi tikilmişdi. Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə  bəzədilən 
məbədlərdə xəzinə saxlanılırdı. 
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar 
insan bədəninin hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə “Diskatan” heykəlini 
belə yaratmışdı. Allahların, qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi yunan 
heykəltəraşı idi. 
Qədim Yunanıstanda vaza rəssamlığı  və gil heykəllər geniş yayılmışdı. Rəssamlar vazalar üzərinlə 
yunanların həyatını, qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə. V əsrdə ellin 
incəsənəti özünün yüksək mərhələsinə çatmışdı.  İncəsənətin  əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada 
Akropolu inşa etmişdi. 
Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 
ildən bir keçirilən Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə 
dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş çələnglə 
mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa 
hazırlaşmaq imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar yarışlarda iştirak etmirdilər. 
Olimpiya oyunlarına on minlərlə adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və  iştirakçılar 
gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda müharibələr dayandırılırdı. 
Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin 
nəhəng heykəli yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk Olimpiya oyunları e.ə. 776-


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
179
cı ildə keçirilmişdi. Yunanların il hesabı həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai xadimi baron 
Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd 
ildən bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən asılı olmayaraq onun məşəli 
Olimpiyada günəşdən yandırılmış alovla yandırılır. 
Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar 
üçün  əsas olmuş, onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların  əsərləri müasir dövrdə  əksər 
xalqların dillərinə  tərcümə edilmiş, onların yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə 
olmuşdur. 
Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə məşğul olmasına şərait yaratdı və bu da 
dünyada elmin və incəsənətin tərəqqisinə  təkan verdi. Yunanlar ellin mədəniyyətini yaratmaqla başqa 
xalqların da elm və mədəniyyətini mənimsəyirdilər.  
Qədim Yunanıstan  ərazisində  ən qədim sivilizasiya Krit-Miken adı ilə tanınır. Onun mərkəzi Krit 
adası və yunan materikindəki Miken şəhəri olmuşdur. Krit mədəniyyətinin (yaxud da Minos mədəniyyətinin) 
yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. Yüksəliş 
və  tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə. 1200-cü ilə  qədər davam etmişdir. Kritdə bütün 
həyat saraylar adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar nəticəsində Knosda (adanın 
mərkəzi hissəsində) Krit saraylarından birincisi, Minos sarayı tapılmışdır. Bu saraydan Minotavr - insan 
bədənli və öküz başlı canlı haqqında yunan mifində  təsvir olunan labirint başlanır.  Əslində Krit sarayları 
doğrudan da labirintə bənzəyir. Bütün bunlara baxmayaraq saraylar vahid arxitektura ansamblı kimi qəbul 
olunur. Diqqəti çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir. Freskalarda heyvanlar, güllər, 
saray sakinlərinin həyatından səhnələr,  əsas Minoy kultlarından biri olan allah-öküz kultuna aid olan 
«öküzlərlə oyunlar» rəsmi diqqəti daha çox çəkir. Allah-öküz kultları öküz obrazında təbiətin dağıdıcı 
qüvvələri öz təcəssümünü tapmışdır. Təbiətin  əbədi təzələnməsi, analıq, qadınlıq simvolu - Böyük ilahə 
Minoy allahlar panteonunda mərkəzi fiqurdur. Kritin həyatında din böyük rol oynamışdır. Kritdə 
hakimiyyətinin xüsusi forması-teokratiya yaranmışdı. Bu idarə formasında dini və dünyəvi rəhbərlik bir 
nəfərin əlində olmuşdur. Çar sarayı universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini, həm siyasi-
inzibati, həm də təsərrüfat mərkəzi rolu kimi fəaliyyət göstərmişdir. 
Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. XV əsrin 
ortalarında bu mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan, eləcə  də döyüşkən axey 
yunanların adaya soxulması  nəticəsində tamamilə dağıdılmışdır. Bundan sonra Krit mədəniyyəti  əvvəlki 
şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik Yunanıstana keçmişdir. Hələ e.ə. 1700-cü 
ildə burada Miken (yaxud Axey) mədəniyyəti formalaşmağa başlamışdı.  Əvvəllər bu mədəniyyət Krit 
sivilizasiyasının güclü təsiri altında olmuşdur. Onlardan bir sıra allahların adları, su kəməri, kanalizasiya, 
geyim fasonları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün bunlara baxmayaraq, Miken 
sivilizasiyasında da spesifik, yalnız onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirləri» bu 
mədəniyyətin  ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin sümükləri ilə yanaşı  bəzək  şeyləri, qablar, 
paltarlar, silahlar, qızıl maskalar və s. də tapılmışdır. Burada da mədəniyyət mərkəzləri saraylarda 
cəmlənmişdi. Onlar Miken, Korinf, Pilos, Afina və s. şəhərlərdə olmuşdur. Krit saraylarından fərqli olaraq 
Miken-Axey sarayları möhkəmləndirilmiş saraylar idi. Onların möhtəşəm divarlarını sonrakı dövrlərdə görən 
yunanlar onları təkgöz nəhəng sikloplarla əlaqələndirərək siklopik adlandırmışlar. Burada saray divarlarında 
külli sayda döyüş  səhnələri təsvir olunmuşdu. Axeylər e.ə. XV əsrdə Kriti tutaraq onlardan yazını 
mənimsədilər. E.ə. XIII əsrdə şimali Balkan barbarları (onların içərisində dori yunan qəbilələri mühüm yer 
tuturdu) Yunanıstanı başdan-başa işğal etdi. Axeylərdən dəmir silahlarına görə üstünlüyə malik olan dorilər 
Krit-Miken mədəniyyətinə son qoydular, e.ə. XII-XI əsrlərdə Yunanıstanda dəmir əsrinin başlanğıcına təkan 
verdilər. 
Yunan tarixinin sonrakı dövrünü adətən Homer dövrü adlandırırlar. Homerin e.ə. VIII əsrdə yaratdığı 
«İlliada» və «Odisseya» kimi gözəl poemaları həmin dövr haqqında mühüm informasiya mənbəyidir. Lakin 
bu əsərlərdə daha qədim dövrlərin haqqında da məlumat əldə etmək mümkündür. Homerin qəhrəmanları - 
çarlar, əyanlar çox vaxt Krit-Miken saraylarına bənzəməyən ağac evlərdə yaşayırdılar. 
Homer dövründən bizə az abidə gəlib çatmışdır. Əsas tikinti materialları - ağac və bişməmiş kərpicdir. 
Monumental heykəltəraşlıqda da ağacdan istifadə edilmişdir. Həndəsi ornamentlə yazılmış vazalar, bişmiş 
gildən və bürüncdən hazırlanmış heykəlciklər parlaq incəsənət abidələridir. 
Homer dövrü mədəniyyəti yunan cəmiyyətinin arxaik və klassik dövrünün ilkin şərtlərini yaratmışdır. 
Yunan mədəniyyətinin və tarixinin arxaik dövrü e.ə. VIII-VI əsrləri  əhatə edir. Bu dövr böyük 
müstəmləkəçilik dövrüdür. Yunanlar Qara dəniz, Aralıq dənizi və  Mərmərə  dənizi sahillərini öz təsir 
dairəsinə alırlar. Bu dövrdə yunanlar başqa xalqlardan çox şey öyrənmişlər. Lidiyalılardan pul kəsməyi 
öyrənmiş, finikiyalılardan  əlifbanı götürmüş, sonralar onu təkmilləşdirmişlər. Yunanlarda elmin, xüsusilə 
astronomiya və həndəsənin inkişafı Misir və Babilistanın təsiri altında olmuşdur. Yunan incəsənətinə Misir 
və Yaxın Şərq memarlıq və heykəltəraşlığı böyük təsir göstərmişdir. Arxaik dövrdə ibtidai icma cəmiyyəti 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə