İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə84/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
177
demosun bir hissəsi varlanmışdı. Onlar yenə də aristokratların hakimiyyəti altında idilər. Beləliklə, e.ə. VIII-
VII əsrlərdə Afinada quldarlıq quruluşu və dövlət təşəkkül tapırdı. 
Sparta quldarlıq dövləti. Yunanıstanın cənubunda Peloponnes yarımadasının cənub-şərqində 
Lakonika, cənub-qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II 
minillikdə dorilər hücum edib Lakonikanı tutdular, Sparta şəhərinin  əsasını qoydular. Doriləri spartalılar 
adlandırırdılar. Spartalılar messeniyalıları tabe etmək uzun müddət müharibələr aparmışdılar. E.ə. VII əsrdə 
spartalılar messeniyalılara qalib gəldilər. Messeniyalılar dağlara çəkildilər. Üç gün danam edən vuruşmadan 
sonra spartalılar müharibəni dayandırdılar və onlara ölkədən çıxıb getməyə icazə verdilər Spartalılar yerli 
əhalinin  əksəriyyətini qula çevirdilər. Qulları ilotlar adlandırırdılar. Azad adamlar kimi qalmış perieklər 
spartalılara vergi verirdilər. Spartalılar xalq yığıncaqlarında ahıl adamlardan ağsaqqallar  şurası seçirdilər. 
Dövləti 60 yaşına çatmış 28 ağsaqqal və 30 yaşı tamam olmuş 2 çarın daxil olduğu gerusiya idarə edirdi. 
Spartalılar ancaq hərbi işlə məşğul idilər Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş 
vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyirdilər. Sanki divar hərəkət edirdi. Belə 
düzülüş falanqa adlanırdı. 
Spartalılar uşaq yaşlarından sərt tərbiyə alırdılar. Yeni doğulmuş körpənin taleyini gerusiya müəyyən 
edirdi. Zəif və xəstə görünən uşaqlar məhv edilirdi, sağlam uşaq 7 yaşına qədər ailəsində tərbiyə alır, sonra 
hərbi məktəbdə  təlim keçirdi. E. IV əsrdə Sparta Peloponnes ittifaqına daxil oldu. 30 il davam edən 
Peloponnes müharibəsində (e.ə. 431-404) qalib gəlmiş, bütün Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə 
Romadan asılı vəziyyətə düşdü. 
Yunan koloniyalari. Yunan şəhərlərində  sənətkarlıq və ticarət inkişaf edirdi Tacirlər sənətkarlıq 
məmulatlarını Aralıq dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik Asiyadakı Milet 
şəhərində yun parça, Korinf şəhərində  ən yaxşı silah, Afinada əla dulusçuluq məhsulu istehsal olunurdu. 
Yunanlar keyfiyyətli şərab və zeytun hazırlayır və xaricə göndərirdilər. 
Yunanıstanda demosun artması ilə aristokratlarla demos arasında mübarizə gücləndi. Aristokratlar 
qalib gəldikdə demos, demos qalib gəldikdə aristokratlar ölkədən qovulurdu. Qovulmuş aristokrat demişdi: 
“Mən öz dəbdəbəli evimi qaçqın gəmisinə dəyişdim”. Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara 
dəniz sahillərində daimi koloniyalarını yaratdılar. Hər bir şəhər öz koloniyalarına hərbi və ticarət 
gəmilərindən ibarət donanma göndərirdi. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən idilər, onlar 
kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, sənətkarlar, doğma yerlərini tərk edən, adamlar gəlirdilər. Qara 
dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Feodosiya, Fasis, Sinop və başqa yunan şəhər-dövlətləri 
yarandı. Onlar yerli əhali ilə alver edir, bəzən onları qula çevirir, qulların bir hissəsini Yunanıstana 
göndərirdilər. Beləliklə, e.ə. VIII-VI əsrlərdə Qafqazdan tutmuş  İspaniyaya qədər dəniz sahillərində çoxlu 
yunan koloniyaları əmələ cəldi. Bu koloniyalar yunan şəhərləri ilə əlaqə yaradır və əlaqə saxladıqları həmin 
şəhərləri ana şəhər adlandırırdılar. 
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə 
Yunanıstanın bütün şəhərlərində  və koloniyalarında  şəhər quldarlıq dövlətləri yarandı, Hər bir şəhər-
dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi. Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə 
edirdilər. 
Qədim yunanlar yad ölkələrdə  məskunlaşsalar da, özlərini vahid xalq hesab edirdilər. Onlar özlərini 
ellinlər, vətənlərini Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq, ellinləri ümumi dil, adət-
ənənələr, qədim əfsanələr, din və vahid yazı birləşdirirdi. 
Qədim yunanlar özlərinə  qədər  şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr 
aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet 
şəhəri nə Egey dənizinin  şərqində yerləşən  İoniya vilayətinin  şəhərləri elmin mərkəzi idi. İoniya alimləri 
təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə 
çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin 
başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər. 
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina oldu. Burada İoniya alimlərinin işini Demokrit (e.ə. 460-
370) davam etdirdi. O, belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən-atomlardan 
ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar edirdi. Dinin yaranmasını insanların təbiətin qorxunc 
hadisələri qarşısında aciz qalmaları  və qorxusu ilə izah edirdi. Demokrit materialist olduğuna görə onu 
cəzalandırmaq istəyirdilər. 
Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) olmuşdur. Onun fikrincə  həkim xəstənin bədənindən 
xəstəliyi qovmamalı, bədənin xəstəliyə qarşı müqavimətini artırmalıdır. Onun tibb elminin inkişafında böyük 
xidməti olmuşdur. Həkimin mənəvi davranışı normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır. 
Aristotel (e.ə. 384-322) qeyri adi biliyə malik alim idi. İsgəndərin müəllimi olmuşdur.  Şərqdə 
Aristotelə Ərəstun deyirdilər. O, bütün bilikləri ayrı-ayrı sahələrə böldü, elmlərə ad verdi. Botanika yunanca 
“bitki”, fizika - təbiət, politika - dovlət sözlərindən götürülmüşdür. E.ə. IV əsrdə Aristotel qabaqcıl alimlərlə 
birlikdə belə hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə