İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə87/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
181
gedən Pelopennes müharibələri (431-404) dövründə meydana çıxmışdır. Yunan polisinin böhranı 
qanunauyğun bir hal idi. Əmtəə-pul münasibətlərinin inkişafı torpaq üzərində xüsusi mülkiyyətin 
yaranmasına, antik mülkiyyət forması  şəhərlərin iqtisadi bazasının ləğvinə  gətirib çıxardı. Bu dövrdə 
Makedoniya II Filippin və onun oğlu  İsgəndərin dövründə güclənməyə başladı. Kinik fəlsəfi məktəbi - 
Antisfen (e.ə. 450-360) Sinodlu Biogen (e. 414-323) inkişaf edirdi. Kinliklərə görə insan cəhdinin son 
məqsədi xeyirxahlıqdır. Böhran dövründə iki dahi filosof Platon (e.ə. 427-348) və Aristotel (e.ə. 384-322) 
yaşayıb yaratmışlar. Platon Sokratın  şagirdi idi və onun ölümündən sonra Afinada xüsusi məktəbini-
Akademiyanı yaratmışdı. Dünyanı idealist mövqedən izah edən Platon cəmiyyəti üç təbəqəyə bölürdü: 
1. hakimlər-filosoflar
2. hərbçilər; 
3. kəndlilər, sənətkarlar, tacirlər. 
Platonun  şagirdi Aristotel müəllimi öldükdən sonra öz məktəbini - Likeyi yaratmışdır. O, siyasət, 
biologiya, fizika, mexanika, botanika, riyaziyyat və s. dair əsərlər yazmışdır. Aristotelin təlimində forma və 
materiyanın qarşılıqlı münasibəti  əsas məsələsidir. Forma başlanğıcıdır. O, formasız, ölü materiyaya 
müəyyənlik verir. Bu dövrdə natiqlik sənəti inkişaf etmişdir. Onların başında Demosfen (e.ə. 384-322) 
dururdu. IV əsrin ən görkəmli tarixçilərindən biri Ksenofont (e.ə. 430-354) olmuşdur. «Anabasis», «Yunan 
tarixi» əsərləri ilə hələ sağlığında böyük şöhrət qazanmışdı. Bu dövrdə teatr, heykəltəraşlıq da yüksək inkişaf 
etmişdir. 
Makedoniyalı  İsgəndərin (356-323) Şərqə yürüşü ellinizm mədəniyyətinin inkişafına imkan 
yaratmışdır. Bu dövrdə Arximed (e.ə. 287-212), Evklid (e.ə. III əsr), Eratosfen (e.ə. 276-194), Samoslu 
Aristarx (e.ə. IV-III əsr, Yerin öz oxu ətrafında fırlandığını göstərmişdir), İsgəndəriyyəli Hipparx (e.ə. 180-
125) və Heron (e.ə. I əsr) böyük elmi kəşflər etmişlər. Bu dövrdə bir sıra  şəhərlərdə  məşhur kitabxanalar 
yaranırdı. Onlardan ən məşhuru İsgəndəriyyə və Perqam kitabxanaları idi. Realist məişət komediyası ustası 
Menandr (e.ə. 343-291), eposu diriltməyə  cəhd edən Rodoslu Apolloni (e.ə. 295-215), poema, himn, lirik 
şeirlər müəllifi Kallimax (e.ə. 310-240), idilliyanın banisi Feokrit (e.ə. IV-III əsrlər), tarixçi Polibi (e.ə. 200-
120), filosof Epikur (e.ə. 341-270), Zenon (e.ə. 336-264) və b. böyük şöhrət qazanmışdır. Eklektizm, bir sıra 
cərəyanların birləşdirilməsi, etik istiqamət, sinkretizm, stoisizm və s. geniş yayılmışdır. Həmin dövr 
mədəniyyətin sintezi kimi tarixdə əvəzsiz rol oynamışdır. 
Ellin mədəniyyətinin  şərq mədəniyyəti ilə yaxinlaşmasi.  İsgəndər öləndən sonra onun imperiyası 
parçalandı Makedoniyada Antiqonlar padşahlığı, Misir Ptolemeyləri çarlığı, Suriya Selevkilər çarlığı yarandı 
Yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin köhnə şəhərləri böyüdü. Nil çay deltasında 
e.ə. III əsrdə salınmış  İsgəndəriyyə Misirin paytaxtı, dünyanın  ən zəngin  şəhəri oldu. Nil çayını  Qırmızı 
dənizlə birləşdirən kanal çəkilmişdi Buradan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana 
gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan 
müxtəlif mallar gətirilirdi Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə mayak tikilmişdi. Bu 
dünyanın yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah sarayları, gimnaziyalar, rəsədxana, 
kitabxana və s. var idi. Burada Musey, yəni muzaların ibadətgahı yerləşirdi. E.ə. III əsrin  əvvəllərində 
yaradılmış musey antik dünyanın  əsas elm mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed, 
Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışdılar. Burada olan kitabxananın fondunda 700 min kitab var 
idi. Alimlər demək olar ki, elmin bütün sahələrində çalışırdılar. E.ə. 47-ci ildə  İsgəndəriyyə kitabxanası 
yanmış, sonra bərpa edilmişdi. Eramızın 391-ci ilində fanatik xristianlar kitabxananı dağıtmış, VII-VIII 
əsrlərdə ərəblər kitabxananı tamamilə məhv etmişdilər. 
Elmi əsərlər əsasən dana və quzu dərisindən düzəldilmiş perqament üzərində yazılırdı. Bu dəri Kiçik 
Asiyadakı Perqam şəhərində hazırlanırdı və şəhərin adı ilə adlanırdı. 
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. 
III  əsrdə  İsgəndəriyyədə  məşhur alim, İsgəndəriyyə  məktəbinin ilk riyaziyyatçısı Evklid (e.ə. III əsr) 
çalışırdı. Evklid alqoritmi, Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed (e.ə. 287-212) 
Siciliyadan buraya işləməyə gəlmişdi. “Mənə dayaq nöqtəsi verin, yeri tərpədim”, “evrika” kəlamları onun 
adı ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir. Sirakuz şəhərinin müdafiəsi zamanı II Pun 
müharibəsində öldürülmüşdür. 
Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə 
yaraşıqlı Korinf sütunları geniş yayıldı İncəsənətdə insanın daxili aləmini açmaq, onu canlı göstərmək cəhdi 
əsas yer tuturdu. Şərq incəsənət mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının Nəhənglər 
üzərində qələbəsini təsvir edən 140 m uzunluğunda, 2 m hündürlüyündə relyef yaradılmışdı. Burada insan 
surətləri çox canlı təsvir olunmuşdur. 
Beləliklə, e.ə. III-II əsrlərdə yunan mədəniyyəti ilə şərq mədəniyyətinin qovuşması nəticəsində “ellin 
mədəniyyətin” yarandı. Bu mədəniyyətdə yunan və  şərq mədəniyyətlərin ən gözəl xüsusiyyətləri öz əksini 
tapmışdır.  
Qədim Yunanıstanın görkəmli mədəniyyət xadimləri 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
182
E.ə. 525-456 
Dramaturq Esxil 
 500-431  Heykəltəraş Fidi 
 484-425  “Tarixin 
atası” Herodot 
 497-406  Dramaturq 
Sofokl 
 480-406  Dramaturq 
Evripid 
 460-395  Tarixçi 
Fukidid 
 430-355  Tarixçi 
Ksenofont 
 471-399  Filosof-idealist 
Sokrat 
 460-370  Filosof-idealist 
Demokrit 
 450-388  Dramaturq 
Aristofan 
 436-337  Natiq, yazıçı-publisist İsokrat 
 
427-347 
Filosof-idealist Platon (Əflatun) 
 
384-322 
Filosof Aristotel (Ərəstun) 
 341-270  Filosof-materialist 
Epikur 
 384-322  Natiq Demosfen 
 390-315  Natiq Esxin 
 370-334  Heykəltəraş Praksitel 
 342-292  Dramaturq 
Menandr 
 III 
əsrin 
ortaları 
Riyaziyyatçı Evklid 
 282-212  Riyaziyyatçı, fizik Arximed 
 III 
əsr Fizik 
Straton 
 
310-230 
Samoslu astronom Aristarx 
 275-208  Coğrafiyaşünas, astronom, riyaziyyatçı 
Erastofen 
 
Təqr. 300 
Təbib Herofil 
 200-120  Tarixçi 
Polibi 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə