İlqar hüseynov nigar əFƏNDİyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə81/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
162
hökmdarların dedikləri tezliklə unudulmağa başladı. 
Həmin xüsusiyyətlər təkcə Şan və Çjou dövrünün fəlsəfəsinə xas olan cəhət deyildir. Təxminən bütün 
qədim Çin fəlsəfəsi siyasi-əxlaqi baxışlarla sıx əlaqədar olmuş, həmin əlaqə nəsli-iyerarxiya sistemi ilə bağlı 
olmuşdur. Bu əlaqə təkcə quldarlıq dövründə deyil, feodal münasibətlərin dövründə  də mövcud olmuşdur. 
Mifoloji bazaya əsaslanan qədim Çin fəlsəfəsi elə əvvəldən siyasi-əxlaqi xarakter daşımışdır. 
Qədim Çin mədəniyyəti əski dövrlərdən yazılı mənbələrlə zəngin olmuşdur. Hələ e.ə. XV əsrdə Çində 
heroqlifik yazı sistemi mövcud olmuşdur. Burada 2 min-dən çox heroqlifdən istifadə olunmuşdur. Çinlilər 
uzun əsrlər boyu ipək üzərində natural rənglərlə yazmışlar. Bizim eraya yaxın onlar mürəkkəb və kağızı kəşf 
etdilər. Bu dövrdə heroqliflərin sayı üç mini ötdü. Bizim eranın ikinci əsrində 10 minə, III əsrdə isə on səkkiz 
minə çatdı. Rəssamlıq, sənətkarlıq və s. geniş inkişaf etmişdir. İki-üç mərtəbəli evlərin tikilişi, büllur qablar 
istehsalı  və s. bu qəbildəndir. Məbədlər və  qəsrlərin tikilişi davam etdirildi. E.ə. III əsrdə Çində külli 
miqdarda imperator sarayı tikilmişdir. 
Riyaziyyat, astronomiya, ulduz kataloqu, təbabət, musiqi alətləri və s. böyük inkişaf yolu keçmişdir. 
Qədim çinlilər oxlu texniki kəşflər etmişlər. Maqnit cihazı, kompasın ilk nümunəsi, su dəyirmanı, maşın-
nasos və seysmoqrafiya çinlilərin adı ilə bağlıdır. Ən böyük tarixçi çox cildlik «Tarixi qeydlər»in müəllifi də 
çinli Sıma Syandır. Məşhur «Böyük Çin səddi» də  ən böyük memarlıq nümunəsidir. Hindistan dünyanın 
qədim sivilizasiya mərkəzlərindən biridir. Qədim Hindistan sivilizasiyası Misirin, Mesopotamiya və Yunan 
sivilizasiyalarından fərqlənir. Onun ənənələri bizim günlərə  qədər saxlanılaraq,  əslində çox cüzi 
dəyişikliklərə  uğramışdır. Arxeoloji qazıntıların aparılmasına qədər Misir, yaxud İraq kəndliləri öz 
əcdadlarının mədəniyyətləri haqqında, demək olar ki, heç nə bilmirdilər. Yunan əhalisi isə Perikl 
zamanındakı Afinanın  şöhrəti haqqında dumanlı  təsəvvürlərə malik idi. Hər iki halda keçmişlə  əlaqənin 
kəsildiyi görürük. 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
163
 
ORTA ASİYA XALQLARI 
 
E.ə. I minilliyin ortalarında Orta Asiyada əkinçi və köçəri sak və massaget tayfaları yaşayırdı. Bu 
tayfalar haqqında fars və yunan mənbələri məlumat verir. Yunan tarixçisi Herodot massagetlərin Xəzər 
dənizi və Sırdərya çayı arasında, sakların isə Amudəryadan şərqdə Pamir və Tyan-Şan dağlarına qədər olan 
ərazidə yaşadıqlarını qeyd edirdi. Onlar əsasən köçəri həyat keçirirdilər. Sak və massagetlərin həyat tərzi 
iskitlərin (skiflərin) həyat tərzinə yaxın idi. Onların bir hissəsi oturaq həyat tərzi keçirirdi. Bu xalqlarda 
dəmir alətlərin və suvarma sisteminin yaranması ilə sinifli cəmiyyət meydana gəldi. Artıq e.ə. VI-IV əsrlərdə 
Orta Asiyada Xarəzm, Baktriya, Margiana (Səmərqənd), Soqd, Parfiya və s. kimi dövlətlər yarandı. Bu 
dövrdə Orta Asiya İran (Əhəməni) dövlətinin hücumuna məruz qaldı. E.ə. 512-ci ildə I Dara Aral dənizinin 
şimalında sakları məğlub etdi. Əhali işğalçılara qarşı müqavimət göstərirdi. Şirak adlı bir sak İran ordusunu 
susuz səhraya aparmış, özü və İran ordusu məhv olmuşdu. 
Makedoniyalı İsgəndər İranı məğlub edəndən sonra Orta Asiyaya hücum etdi. E.ə. 330-327-ci illərdə 
burada müharibə apardı. Soqd hökmdarı Spitamen kiçik dəstələrlə  İsgəndərin qoşununa hücum edib ona 
tələfat verirdi. Spitamen tutuldu, boynu vuruldu, başı İsgəndəriyyəyə göndərildi. Soqd əyanı Oksiart alınmaz 
qalaya çəkildi. Lakin İsgəndərin 300 döyüşçüsü divarı  aşıb qalaya daxil oldular. Oksiart məğlub oldu. 
İsgəndər onu Soqda satrap təyin etdi, onun gözəl qızı Roksana ilə evləndi. 
İsgəndərin ölümündən sonra Orta Asiya Selevkilər dövlətinə daxil oldu. E.ə. III əsrin ortalarında Baktriya və 
Parfiya Selevkilərdən ayrıldı. Yeni Yunan-Baktriya çarlığı yarandı. Buraya Baktriya, Soqd, Fərqanə və başqa 
ərazilər daxil oldu. Orta Asiya xalqlarının azadlıq mübarizəsi və köçərilərin hücumu nəticəsində e.ə. 140-
130-cu illərdə Yunan-Baktriya çarlığı dağıldı. 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
164
 
  
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
165
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
166
 
İSKİTLƏR (SKİFLƏR) 
 
Yunan tarixçisi Herodotun məlumatına görə, iskitlər (skiflər) Dunay çayının dənizə töküldüyü yerdən 
Don çayına qədər bütün Şimali Qara dəniz sahillərində yaşayırdılar. Şimali Qara dəniz sahillərində və şimali 
Qafqazda yaşayan xalqları yunanlar iskit (skif), Orta Asiya və  Cənubi Qafqaz, Yaxın  Şərqdə yaşayanları 
farslar saklar, assurlar aşquz, işquz adlandırmışlar. Skiflər e.ə. VII əsrdə kimmerləri məğlub edib Dunay 
çayından Don çayına qədər ərazidə, yəni Qara dənizin şimalında məskunlaşmış və eramızın III əsrinə kimi 
burada yaşamışlar. Skiflər Dərbənd keçidi vasitəsilə Azərbaycana və Yaxın Şərqə yayılmışlar. Onlar Kür və 
Araz çayları arasında skif çarlığı yaratmış, burada böyük siyasi qüvvəyə çevrilmişlər. Midiyalıları da öz 
hakimiyyətləri altına almışlar. Lakin 593-cü ildə Midiya hökmdarı Kiaksar onların ağalığına son qoydu. 
Onların bir hissəsi Şimali Qafqaza çəkildi, bir hissəsi isə yerli əhali ilə qaynayıb qarışdı. 
E.ə. 512-ci ildə İran şahı I Dara Qara dənizin şimal sahillərində yaşayan iskitlərin (skiflərin) üzərinə 
hücum etdi. Onlar I Daranı aldadıb tələyə saldılar və onu məğlub etdilər. Bu qələbədən sonra iskitlərin 
(skiflərin) siyasi birliyi möhkəmləndi. 
E.ə. IV əsrin ortalarında Dunay çayından Don çayına qədər ərazidə hökmdar Ateyin başçılığı altında 
İskit (skif) çarlığı yarandı. Atey dövlətin  ərazisini qərbə doğru genişləndirməyə başladı, nəticədə 
Makedoniya hökmdarı II Filipplə üz-üzə gəldi. E.ə. 339-cu ildə baş vermiş döyüşdə skiflər məğlub oldular, 
90 yaşlı Atey öldürüldü. Makedoniyalı  İsgəndərin Frakiyadakı canişini Zopirion e.ə. 331-ci ildə Skif 
dövlətinə soxuldu, lakin skiflər onu məğlub etdilər. E.ə. II əsrdə sarmatlar skiflərə qalib gəldilər. Onlar 
Krıma sıxışdırıldılar. III əsrdə Ostqotlar Skif dövlətinin varlığına son qoydular. 
Skiflərin  əsas məşğuliyyəti  əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət olmuşdur.  Əkinçi skiflər taxıl 
əkməklə  bərabər sarımsaq, sodan və s. becərirdilər. Onlar istehsal etdikləri taxılın bir hissəsini yunanlara 
satırdılar. Köçəri skiflər qoyun, keçi, donuz, qaramal, at və s. bəsləyirdilər. Evləri arabalarda yerləşirdi, 
qadın və  uşaqlar arabalarda yaşayırdılar. Skif kurqan qəbirləri zənginliyi ilə adamı heyran edir. Arxeoloji 
qazıntılar zamanı Küloba, Soloxa, Çertomlıq və s. kurqanlardan çoxlu döyüş ləvazimatı, mis, gümüş, qızıl 
qablar, zərgərlik məmulatı  və s. tapılmışdır. Böyük kurqanlarda çar, onun arvadları, xidmətçiləri dəfn 
olunmuş, oraya çoxlu döyüş ləvazimatı, qiymətli əşyalar qoyulmuşdur. Skiflər böyük ərazidə yayılmalarına 
baxmayaraq onların dəfn adətləri, dini inamları  və  mədəniyyətləri ümumi cəhətlərə malik idi. Onlarda 
çoxallahlılıq yayılmışdı. Onlar özlərinə məxsus incəsənət nümunələri yaratmışlar. Skif kurqanlarından çoxlu 
incəsənət nümunələri tapılmışdır. “Skif-Sibir” incəsənət nümunələri hesab edilən “heyvani üslubda” 
hazırlanmış fiqurları, rəsmləri, daşdan yonulmuş insan heykəlləri bu baxımdan daha çox maraqlıdır. Qara 
dəniz sahillərində yaşayan skiflərin mədəniyyətlərində yunanların təsiri duyulur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə