İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə79/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
160
üçün də az iş görməmişlər. 
Burada miflər  ənənəvi tarixin bir hissəsinə çevrilmişdir. Bambuk lövhələrə mifləri köçürərkən onun 
ilkin mənası təhrif edildiyindən, insanlar ancaq yazılanlara inanmağa başladılar. Tədricən isə ağızdan-ağıza 
keçən miflər unudulmağa başladı.  
Nəticədə  səmərələşdirilmiş miflər fəlsəfi ideya və  təlimlərin tərkib hissəsinə çevrilmiş, miflərin 
personajları isə konfusi təlimlərinin təbliğində istifadə edilən tarixi şəxsiyyətlər kimi çıxış etmişlər. Xüsusilə 
mifik padşahlar Yao Şun, Yuy qədim dövrün ideal hakimlərinə çevrildilər. Onların hakimlik dövrü isə Çin 
tarixinin «Qızıl  əsri» elan edildi. Amansız və  qəddar hökmdarlar Tsze, Çjou obrazları da uyğun 
şəkildəyişməyə məruz qalıbdır. Onlar Yao, Şun və Yuyun antipoduna - tiranlara çevrilmişlər. Bütün bunlar 
miflərdə öz əksini tapmış, xalq ənənələrindən hakim sinfin mənafeyinə uyğun  şəkildə istifadə etmək 
məqsədinə xidmət etmişdir. Qədim dövrün bütün fəlsəfələrinin tarixi sübut edir ki, qəbilə-tayfa quruluşunun 
mifoloji baxışları elmi biliklərin yaranması prosesinə böyük təsir göstərmişdir. Fəlsəfə öz bünövrəsini 
mifoloji təsəvvürlər zəminindən götürmüş, onun materialından  əsaslı  şəkildə istifadə etmişdir. Bu mənada 
qədim Çin fəlsəfəsi Çin mifologiyasından geniş  şəkildə  bəhrələnmişdir. Başqa xalqların fəlsəfəsi kimi 
mifologiya ilə  sıx bağlı olan Çin fəlsəfəsi bir sıra spesifik xüsusiyyətlərə malik olmuşdur. Bu spesifik 
xüsusiyyətlər Çin mifologiyasının öz spesifikasından doğur. Çünki Çin mifləri, hər  şeydən  əvvəl, keçmiş 
sülalələr haqqında, «Qızıl əsr» haqqında tarixi əfsanələrin məcmusundan ibarətdir. «Şi tszin» «Dəyişikliklər 
kitabı», «Şi tszin» «Nəğmələr kitabı», «Şu tszin» «Tarix kitabı» və s. əksər hissələri qədim miflərə əsaslanır. 
Bu əsaslanma isə bir sıra kitablar «Şi tszin»  sübutu üçün ən nüfuzlu arqumentlər hesab olunur. Çin mifləri 
qədim çinlilərin dünya baxışmı  əks etdirən materiallarla o qədər də  zəngin deyildir. Ona görə Çin 
fəlsəfəsində naturfəlsəfə ideyaları mühüm yer tutmamışdır. Lakin başlanğıc haqqında, «böyük hüdud 
haqqında» - in və yan qüvvələri haqqında, hətta dao təlimi öz mifoloji və  qədim çinlilərin səma, torpaq 
haqqında bayağı dini baxışlarından götürür. 
Əsasında in və yan qüvvələri duran kosmoqonik müddəalarla yanaşı, «beş ilkin stixiya» ilə əlaqədar 
olan sadəlövh materialist konsepsiyalar da yaranıb inkişaf etmişdir. Təbiət qüvvələrinin canlı  şəkildə ilkin 
qavranılması  cəhdləri qədim Çin mütəfəkkirlərini bir-biri ilə qarşılıqlı  şəkildə  əlaqədar olan ilkin 
başlanğıclar - su, metal, torpaq, ağac kimi ünsürləri qəbul etməyə gətirib çıxarmışdır. Səma 5 ilkin başlanğıcı 
yaratmış, xalq onların hamısından istifadə edir. Onlardan biri məhv edilərsə, həyat qeyri - mümkün olar». 
«Şu Tszin» kitabının «Xun fan» («Böyük plan») fəslində deyilir: «Birinci başlanğıc - su, ikinci - od, 
üçüncü - ağac, dördüncü - metal və beşinci - torpaqdır. Su - yaş olub, üzü aşağı axmalıdır; od - yanmalı və 
yuxarı yüksəlməlidir; ağac - əyilməli və düzəlməlidir; metal - xarici təsirə tabe olmalı  və  dəyişilməlidir. 
Torpaq o vaxt özünü təzahür etdirir ki, əkilir və məhsul verir. 
Yaş olub üzü aşağı axan duzu olanı yaradır. Yanan və yuxan qalxan acı yaradır; əyilən və düzələn isə 
turş olam yaradır; tabe olan və dəyişilən isə kəskin (iti) olanı yaradır; əkini qəbul edib məhsul verən isə şirin 
olanı yaradır». 
Əvvəllər in və yan qüvvələri və 5 ilk başlanğıc səma ilə (ruhlarla) əlaqədar idi. Lakin xeyli müddətdən 
sonra Tszou Yan dini təsəvvürlərlə bağlı olan bu naturfəlsəfə sxemində  əlaqəni kəsir. Artıq bu zamanlar 
təbiət və cəmiyyətdəki baş verən dəyişikliklərin müşahidəsi ümumi yaranma və dəyişilmə haqqında fikirlərin 
formalaşmasına əsas vermişdir. Bu fikir olduqca dəqiq şəkildə «İ-tszin» (e.ə. VIII-VII əsrlər) adlı mətndə öz 
əksini tapmışdır. Kitabın adı da belə idi: «Dəyişikliklər haqqında traktat (kitab)». «İ-tszin» qrafik 
simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur. Tszian (səma), çen (dağ), li (od), 
çjen (ildırım), su-yun (külək, ağac), duy (nohur, hovuz), gün (torpaq), kan (su) həmin səkkizliyə daxil idi. Bu 
triqramlar  əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada 
rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın 
maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər 
bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. 
Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə 
olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan 
müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya 
vəziyyətlərin növbə ilə  dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə  işıq və qaranlıq qüvvələrinin qarşılıqlı 
təsirində meydana gəlir. 
«Dəyişikliklər kitabı»nın fikrincə, bir vəziyyətdən digərinə keçid varlığın dinamikasını açmalı idi. 
«Dəyişikliklər kitabı» Çin mədəniyyəti tarixində böyük bir hadisə olub, qədim şamanlar, saray adamları və 
mirzələr dairəsində yaradılıb yayılmışdır. 
«Dəyişikliklər kitabı»nın məzmunu və  əhəmiyyəti haqqında müxtəlif baxışlar mövcuddur. Bir qrup 
«Dəyişikliklər kitabı»nı romantik kitab hesab edir; ikinci qrup o qədər də əsassız olmayaraq belə hesab edir 
ki, burada mühüm fəlsəfi fikirlər tapmaq mümkündür. Üçüncü qrup bu kitabı məntiq dərsliyi sayır, dördüncü 
qrup mənəviyyatsız kitab hesab edir, beşinci qrup isə bunu fallik kosmoqoniya hesab edir və s.  
E.ə. VI-III əsrlərdə qədim Çinin ideya həyatında keyfiyyətcə yeni hadisələr meydana gəlməyə başladı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə