İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Ağacların və bitkilərin tumu və çəyirdəyi



Yüklə 354,47 Kb.
səhifə18/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
1   ...   12   13   14   15   16   17   18   19   20

Ağacların və bitkilərin tumu və çəyirdəyi.


“Çəyirdək”, “tum” və onlarda olan sirrlər haqda fikirləş. Çəyirdək meyvənin içində olur. Əgər ağacın özünün əkilməsi üçün bir mane qabağa gəlsə, tum onun yerini doldurur. Necə ki, bə`zən bir qiymətli şeyə ehtiyac çox olanda, onu başqa yerdə saxlayırlar. Ta ona xətər dəyməsin.

Həmçinin möhkəm tum yumşaq və lətif meyvəni qoruyur. Əgər belə olmasaydı, meyvə tez məhv olardı. Bəzi çəyirdəkləri sındırırlar və yeyirlər. Bəzisindən yağ alırlar və müxtəlif sahələrdə istifadə edirlər.

Meyvənin çəyirdək və tumunun faydalarından agah olandan sonra, fikirləş ki, niyə çəyirdəkdən xurma, tumundan üzüm əmələ gəlir? Xurmanın və üzümün yerinə əgər sərv və çinar ağacları əmələ gəlsəydi, necə olardı? Bu insanın onlardan xeyir və ləzzət alması üçündür.

Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər


Ağacın yaradılışında gizlənmiş hikmətlər və tədbirlər haqda fikirləş. Onlar hər il ölür. Ancaq onun qərizəvi hərəkəti qalır və ondan meyvənin maddələri əmələ gəlir. Sonra hər yerə yayılır. Və sonra ləziz bir yemək şəklində sənə verilir. Sənə müxtəlif və xoşdadlı meyvələr təqdim olunur. Onun budaqları əl kimi sənə təqdim olunur və gözəl meyvələri sənin ixtiyarına verilir. Bu dəqiq hesab-kitab və əzəmətli hikmət fəqət böyük yaradanın işidir. Bu insanların meyvələrin ləzzətindən bəhrələnməsinə görədir.

Təəccüblüdür ki, bəşər ne`mətin şükrünü etmək əvəzinə, Mun`imi (ne`mət verən) inkar edirlər.


Narın e`cazkarlığı və xilqətin hədəfinin nişanələri


Narın hikmətli yaranışından ibrət dərsi al. Əgər ona diqqətlə fikir versən, onun dənələrinin necə düzüldüyünü görərsən. Dənələrin arası zərif və nazık parçalarla toxulmuş və hamı birlikdə möhkəm qabığın arasında qərar tutmuşdur.

Əgər narın arası birbaşa dənə olsaydı, dənələrə gedən qidanın yolu bağlanardı. Nar dənələrinin kökləri onun daxilində olan hündürlüyə birləşmişdir və bu yolla onlar qidalanırlar. Nar dənələri bu hündürlüyün üzərinə əkilmişdir və pərdəyə bükülmüşdür. Həm də onların üstü möhkəm qabıqla örtülmüşdür ki, dənləri xətərdən qorusun. Bunlar yalnız narın e`cazkarlığının bir hissəsidir. Əgər bir kəs mütaliə etsə çox şeylər öyrənə bilər. Amma ibrət almaq üçün bu qədər bəsdir.


Zəif kollar və böyük meyvələr


Ey Müfəzzəl! Küdu, yemiş, qarpız və xiyar kimi zəif kolların necə böyük və ağır meyvələr verməsi haqqında fikirləş. Əgər bu zəif kollar ağaclar kimi olsaydı, bu cür ağır meyvələri saxlaya bilməzdi.

Görürsən ki, necə onun yarpaqları və yer kolun əvəzinə bu ağır meyvələri öz çiynində daşıyır. Sən bir küdu vəya yemiş koluna nəzər sal. Gör necə onlar bir-birinə oxşayır. Ancaq onun ətrafını neçə dənə meyvə tutmuşdur. Elə bil yerdə uzanmış pişikdir və balaları ondan süd içir.


Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur


Meyvələr o vaxt istifadə olunur ki, onlara ehtiyac duyulur. Məsələn: Bə`zi meyvələr yayın qızmar istisində yetişir. Çünki, həmin vaxt istifadə olunur. Əgər yay meyvələri qışda yeyilsəydi, insana ziyan verməkdən əlavə insan onları yeməkdən imtina edərdi.

Görürsən bəzən xiyar qışda yetişir. Onu öz xeyrin və ziyanın bilməyən insanlardan başqa heç kim yemir.


Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar


Ey Müfəzzəl! Xurma barəsində fikirləş. Onun budaqlarına nəzər sal. Elə bil onları əllə düzəltmisən. Və onların bərk və möhkəm saplağı vardır ki, ağır xurma salxımlarını saxlaya bilsin. Onlar bu cür möhkəm yaradılmışdır ki, evlərin və körpülərin tikilməsində istifadə edilə bilsin.

Xurmanın çubuqları da budaqları kimi möhkəmdir. Əgər onlar daş kimi möhkəm olmasaydı, bu çubuqlardan taxta yeşik, pəncərə və kürsülər hazırlamaq olmazdı. Bu çubuqların böyük xüsusiyyətlərindən biridə budur ki, onlar suyun üzərində qalır və batmır. Bütün insanlar onun bu xüsusiyyətindən agahdır, ancaq bu işin böyük əhəmiyyətindən bixəbərdirlər. Əgər onda bu xüsusiyyət olmasaydı, böyük gəmilər və qayıqlar özlərinin dağ kimi ağır yükünü daşıya bilməzdilər. Əgər bu iş olmasaydı insanlar çox çətinliyə düşərdi və bəzi şey tapılmazdı.


Dərman bitkilərinin xüsusiyyətləri


Dərman bitkiləri və onların hər birindən xüsusi bir dərman hazırlanması barədə fikirləş. Məsələn: şahtərə bitkisi insanın daxilində olan artıq və ağır maddələri ondan dəf edir. Səkbinə1 vərəm və onun kimi xəstəlikləri aradan aparır.

Bütün bunları kim yaratmışdır? Kim canlıları onlardan agah etmişdir?

Heyvanlar necə bu bitkilərin xüsusiyyətlərindən xəbərdardır. Yırtıcıların bə`zisi öz yaralarını bunlarla sağaldırlar.

Səhralarda və çöllərdə çoxlu bitkilər bitir. Deyə bilərsən ki, axı bu yerlərdə insan yaşamır. Bəs bu bitkilər nəyə yarayır. Amma belə deyil. Onun budağı və yarpaqları heyvanların qidası, dənləri quşların yeməyi, çubuqları isə insan üçün xəlq olunmuşdur. Həm də, insanlar onların çoxundan dərman üçün istifadə edir.

Həmçinin onların bəzisindən əşyaları rəngləmək və dəri hazırlamaq üçün istifadə edirlər. “Qamış” ən kiçin bitki olmasına baxmayayraq, onda çoxlu faydalar gizlənmişdir. Ondan kağızlar düzəldirlər, həsir hazırlayırlar, qabalar üçün örtüklər düzəldirlər və.. bir məxluqun böyük və kiçik, qiymətli ya qiymətsiz olmasına baxma, sən onda gizlənmiş hikmətlərdən ibrət dərsi al. Onların ən pisi heyvanın peyinidir. Ancaq o tarlalar və bitkilər üçün elə qiymətlidir ki, heç nə onun yerini verə bilmir.

Bil ki, bir şeyin məqam və mənziləti onun qiymət ilə ölçüür. Bəlkə bu iki müxtəlif qiymətdir ki, iki bazar da istifadə edilir. Ola bilər bir şey alıcı bazarında qiymətsiz və faydasız olsun. Amma bilik meydanında çox qiymətli və dəyərli olsun.

Bəs bir şeyi ucuz olduğuna görə, e`tibarsız sayma. Əgər kimyaçı alimlər nəcisin xüsusiyyətini dərk etsəydilər, onu çox baha qiymətə alardılar.

Müfəzzəl deyir: bu vaxt günorta namazının vaxtı yetişdi: Mövlam (ə) namaz qılmağ üçün ayağa qalxdı və buyurdu: Allah-taalanın istəyi ilə sabah sübhdən yenə də yanıma gəl. Mən də İmamdan bunları öyrəndiyimə görə çox şad oldum və allahın ne`mətlərinin müqabilində şükr etdim. Sonra evə getdim. Həmin gecəni rahat və şad istirahət etdim.



Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə