|
İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab
98
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN
SLOVAKİYAYA SƏFƏRİ
18
mart 2004-cü il
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev «Daha geniş Avropaya doğru: yeni gündəlik»
mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün 2004-cü il martın 18-də Slovakiyaya yola düşmüş, həmin
gün Slovakiyanin paytaxtı Bratislavaya gəlmişdir.
Milli geyimli qızlar respublikamızın rəhbərinə və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim
etdilər.
Azərbaycan prezidenti İlham Əliyev hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə
Bratislavada onun üçün ayrılmış iqamətgaha yola düşdü.
* * *
ABŞ-ın YƏHUDİ KOMİTƏSİNİN VƏ
BEYNƏLXALQ BİNAYİ RAYT
TƏŞKİLATININ RƏHBƏRLƏRİ İLƏ
GÖRÜŞ
Azərbaycan prezidenti İlham Əliyev Slovakiyanın paytaxtı Bratislavada, onun üçün ayrılmış "Mesto
Drejitelski Palas" iqamətgahında ABŞ-ın Yəhudi Komitəsinin beynəlxalq yəhudi işləri üzrə direktoru Endryu
Beyker və Beynəlxalq Binayi Rayt Təşkilatının vitse-prezidenti Daniyel Mariyaş ilə görüşmüşdür.
Səmimilik şəraitində keçən görüş zamanı prezident İlham Əliyev ölkəmizin Avropa strukturlarına sıx
inteqrasiyasından danışdı və bildirdi ki, bu siyasət gələcəkdə də davam edəcəkdir.
Cənab Endryu Beyker 1996-cı ildə İlham Əliyev Amerikada olarkən onun Bostonda və digər şəhərlərdə
keçirdiyi görüşləri və etdiyi çıxışları xatırlatdı və vurğuladı ki, bu gün Azərbaycan prezidentinin xarici siyasəti
çox təqdirəlayiqdir. O, Azərbaycanda bütün dinlərə mənsub insanlara, o cümlədən yəhudilərə münasibətdə olan
tolerantlıqdan məmnunluğunu ifadə edərək dedi ki, bu, demokratik ölkə kimi, Azərbaycanın imicini beynəlxalq
aləmdə daha da artırır.
Amerika–Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnun qaldıqlarını razılıqla vurğulayan prezident
İlham Əliyev və cənab Endryu Beyker bildirdilər ki, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası və ABŞ
ilə əlaqələrin daha da yaxşılaşması üçün səy göstərəcəklər. Xüsusi vurğulandı ki, Azərbaycan prezidentinin
indiki konfransda iştirakı ölkənin Avropa strukturlarına inteqrasiyasının bariz nümunəsidir.
99
RUMINİYANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞ
18 mart 2004-cü il
Azərbaycan prezidenti İlham Əliyev Bratislavada, onun üçün ayrılmış "Mesto Drejitelski Palas"
iqamətgahında Rumıniyanın Baş naziri Adrian Nestase ilə görüşmüşdür.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə prezident İlham Əliyev Bratislava konfransının çox böyük
əhəmiyyəti olduğunu vurğuladı, Azərbaycanın Avropa strukturlarına daha sıx inteqrasiyası sahəsində atılan
addımlardan ətraflı söhbət açdı.
Görüş zamanı bildirildi ki, Azərbaycan ilə Rumıniya arasında sıx dostluq və əməkdaşlıq mövcuddur. Hər iki
ölkənin əməkdaşlıq sahəsində çoxlu proqram və layihələri vardır və bunlar uğurla həyata keçirilir. Beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. Rumıniya Azərbaycanda həyata keçirilən irimiqyaslı
neft və qaz layihələrinə, o cümlədən ölkəmizdə hasil edilən neftin və qazın gələcəkdə Avropaya çatdırılması
məqsədi daşıyan layihələrə çox böyük maraq göstərir və bunlarda fəal iştirak etmək fikrindədir. Adrian Nestase
ümidvar olduğunu bildirdi ki, Azərbaycan prezidentinin Rumıniyaya səfəri bu il baş tutacaqdır və ölkələrimiz
arasında siyasi və iqtisadi əlaqələrin daha da güclənməsinə təkan verəcəkdir.
Görüşdə mövcud dostluq və əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirmək üçün ölkələrimizin
hökumətlərinin səyləri artırmasının zəruriliyi bildirildi.
Prezident İlham Əliyev və Baş nazir Adrian Nestase ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi
ilə bağlı yeni layihələr barədə ətraflı fikir mübadiləsi apardılar.
100
GÜRCÜSTAN PREZİDENTİ
MİXAİL SAAKAŞVİLİ İLƏ GÖRÜŞÜ
18 mart 2004-cü il
Azərbaycan prezidenti İlham Əliyev Bratislavada, onun üçün ayrılmış "Mesto Drejitelski Palas"
iqamətgahında Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşmüşdür.
Gürcüstanın dövlət başçısı Acarıstanda apardığı danışıqlar barədə ətraflı məlumat verərək bildirdi ki, bu
danışıqlardan sonra Gürcüstanın gömrük məntəqələrində və limanlarında qayda-qanun yaradılması üçün
xüsusi nümayəndə təyin olunması qərara alınmışdır. Prezident Mixail Saakaşvili vurğuladı ki, Azərbaycan
Gürcüstan üçün çox mühüm bir ölkə və ticarət tərəfdaşıdır. Gürcüstanda qayda-qanun yaradılması region
ölkələri, xüsusilə də Azərbaycanla normal ticarət əlaqələrinin davam etdirilməsi üçün çox vacibdir.
Prezident İlham Əliyevin Tbilisiyə səfərini səbirsizliklə gözlədiyini xüsusi vurğulayan, özünün Bakıya
səfərindən çox məmnun qaldığını və Azərbaycanın dövlət başçısı ilə görüşlərini yüksək qiymətləndirən prezident
Mixail Saakaşvili dedi: "Mən bu gün qardaşım və dostum İlham Əliyev ilə bu görüşə çox tələsirdim. Onu
Gürcüstanda çox sevirlər".
Azərbaycan prezidenti İlham Əliyev təşəkkür edərək dedi ki, ölkəmizdə qonşu Gürcüstanda baş verən
hadisələri böyük diqqətlə və narahatlıqla izləyirlər. Lakin biz əmin idik ki, Gürcüstan prezidentinin müdrikliyi
bu məsələni həll etməyə imkan verəcəkdir. Gürcüstanda sabitlik Azərbaycan üçün çox mühümdür. Ona görə də
mən məmnunam ki, bu problem öz həllini tapmışdır. O, prezident Mixail Saakaşvilinin ölkəmizə səfərini
xatırlayaraq yüksək qiymətləndirdi və prezidentlər arasında ilk anlardan dostluq və qardaşlıq münasibətlərinin
yarandığını söylədi. Dövlətimizin başçısı dedi: "Azərbaycanda Gürcüstan prezidentinə böyük ehtiram
bəsləyirlər və onun Bakıya uğurlu səfərindən sonra bu hörmət və ehtiram daha da artmışdır".
Tbilisiyə rəsmi səfər edəcəyini xüsusi vurğulayan prezident İlham Əliyev bildirdi ki, Gürcüstan və
Azərbaycanın dövlət başçıları arasında sıx əlaqələr təkcə rəsmi səfərlər çərçivəsində deyil, habelə işgüzar
səviyyədə də davam etdiriləcəkdir.
Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Mixail Saakaşvili dedi ki, prezident İlham Əliyev
Azərbaycanda güclü dövlət yaratdığı kimi, mən də Gürcüstanda güclü dövlət yaratmaq əzmindəyəm.
*
*
*
Martın 19-da Slovakiya prezidentinin sarayında Slovakiyanın dövlət başçısı Rudolf Şuster Azərbaycan prezi-
denti İlham Əliyevin şərəfinə rəsmi səhər yeməyi vermişdir.
Prezident Rudolf Şuster Azərbaycan prezidenti İlham Əliyevi xüsusi ehtiramla qarşıladı. Dövlət başçıları
xatirə şəkli çəkdirdilər.
Sonra süfrə arxasında prezidentlər İlham Əliyev və Rudolf Şuster ikitərəfli əlaqələrin inkişafı və Avropa
strukturlarına inteqrasiya məsələləri ətrafında səmimi fikir mübadiləsi apardılar.
Azərbaycan prezidenti İlham Əliyev sarayın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Dostları ilə paylaş: |
|
|