Innovasiya menecmenti


Neyromarketinqin istifadə üsulu



Yüklə 1,46 Mb.
səhifə22/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   18   19   20   21   22   23   24   25   ...   69
innovasiya-menecmenti-muhazire

Neyromarketinqin istifadə üsulu
Etik baxımdan bir hərəkətdə, başlanqıcın, ya da nəticənin yaxşı olması, nəticəyə çatmaq üçün istifadə edilən üsul sərf olduğu müddətdə yalnış olur . Garrett tərəfindən ortaya atılmış və geniş qəbul edilmiş bu etik qayda əsasında neyromarketinqın istifadə üsulunu araşdırdıqda, üsulun yanlış niyyət və məqsədə uyqun istifadə edilməməsi şərti ilə etik olduğu deyilə bilər. Çünki Garrett'in mütənasiblik prinsipi adını verdiyi bu qaydaya görə:
"Niyyət etdiyim hər şeydən və nəticəsindən məsuldaram. Istədiyim nəticə və istifadə üsulu faydalıdırsa, etik olaraq istənilməyən yan təsirlərin riskinə icazə verə bilərəm. Yalnız bu izni verə bilmək üçün, müəyyən nisbətdə səbəbim olmalıdır. Əgər kifayət qədər səbəb varsa, istənilməyən yan təsirlərdən məsul deyiləm. "(Ural, 2003, s.25).
Bu qanun hansı hallarda istənilməyən yan təsirlərə icazə veriləcəyini açıqlamışdır. Bir adamın özünə lazımlı olan funksiyalarını yetirilməsi, haqlı səbəblərə söykənən davranışın yaratdığı fayda və yaratdığı zərər müqayisədə, faydanın zərərdən yüksək olması və davranışın obyektlərə verdiyi zərərin az olması vəziyyətində istənilməyən yan təsirlərə icazə verilə biləcəyidir. Garrett'in mütənasiblik qanununa görə neyromarketinqin istifadə etdiyi üsul bu şərtləri təmin etdiyi təqdirdə tətbiq oluna bilər.
Neyro göstərmə texnikalarının istifadəsi psixologiya, tibb və iqtisadiyyat sahələrində də istifadə edildiyi və könüllülük əsasına söykəndiyi üçün doğru qəbul edilə bilər. Alətli müşahidə üsulları çox qədimdən bəri marketinqdə istifadə edilməkdədir. Məsələn, galvanic dəri reaksiyası cihazı əvvəlki hissədə açıqlandığı kimi, reklam filminə tərləməyə verilən reaksiyanı ölçmək üçün istifadə edilmişdir.
Digər tərəfdən, marketinqdə psixoloji metodların istifadə faydaları son iyirmi ildə ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. Xüsusilə, istehlakçının özünü qiymətləndirdiyi ölçmələrin yer aldığı marketinq tədqiqatlarında, cavabverənin öz tutum və davranışlarını tam və dolğun bir şəkildə ifadə etmə qabiliyyəti və könüllülüyünə görə sahib olduğu fərz edilir. Halbuki, cavablandırıcıları bu məzmunda control altında tutmaq, son dərəcə çətindir. Hətta istənilən cavabı almaq üçün onlara təsir, heç də çətin deyil. Psixoloji cavablar fərdi fərqliliklər, fərqli ictimai vəziyyət və fərqli güc təsiri altındadır. Neyromarketinqin istifadə etdiyi üsul bu təsirləri minimuma endirən bir üsul olaraq görünməkdədir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə