Innovasiya menecmenti


Sinergetik effektin strateji təhlili



Yüklə 1,46 Mb.
səhifə27/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   23   24   25   26   27   28   29   30   ...   69
innovasiya-menecmenti-muhazire

Sinergetik effektin strateji təhlili
Böyük zərərlər, əsasən strateji qərarların qəbul edilməsində buraxılan səhvlərə əsaslanır. Ona görə, birinci birləşmiş şirkətlərin inkişaf strategiyasını düzgün təhlil etmək və müəyyənləşdirmək lazımdır. Düzgün təhlil üçün BCG (Boston Consulting Group) təhlili aparaq.




U lduzlar





Sual işarələri

Sağlam inəklər





Köpəklər


yüksək
Artım
faizi
aşağı
yüksək Bazar payı aşağı
Birləşmə zamanı Volvo Sual işarələri mövqeyində idi. Yəni şirkətin istehsal etdiyi məhsulların bazar payı aşağı , çəkilən xərclər və ona uyğun bazardakı məhsul artımı isə yüksəkdir. Bu onu göstərir ki, şirkətin istehsal etdiyi 9 ( hal- hazırda 11) məhsulda çoxu iqtisadi səmərəsizdir. Bu təhlildə əsas məqsəd məhsulları əvvəlcə Ulduzlar mövqeyinə (Burada əsas problem məhsulların bazarda alıcılar tərəfindən kifayət qədər yaxşı qəbul olunmaması – marketinqdə yaranan boşluqlar əsas götürülür) , sonra isə Sağlam inəklər mövqeyinə (bazar payı yüksək olmaqla bərabər məhsulun artım faizi aşağı olur, bu isə əlavə investisiya qoymamağa gətirib çıxardır ki, bu da qazancdır ) gətirməkdir.
Tədqiqat və inkişafın idarəedilməsi, keçmiş dövrdən indiyədək baza sığorta siyasəti rolunu oynamışdır. Bir qayda olaraq, bu siyasəti həyata keçirməyən şirkətlər məsuliyyətsiz və ya, zəif idarəetmə strukturuna malik obyektlər kimi qiymətləndirilir. Sənayedə Təqdqiqat və inkişaf konsepsiyasının qayəsi biznes vahidinin elm və texnologiyadan istifadə edərək, imkanların üzə çıxarılmasından ibarət olmuşdur. Bununla yanaşı Tədqiqat və İnkişafa daha geniş konteksdən texnoloji nailiyyət kimi baxırlar. Onu da qeyd etmək lazımdır ki, şirkət daxilində texnoloji tədqiqat və inkişafı həyata keçirmədən hər hansı yeni texnologiyadan istifadə edilməsi müzakirə obyektinə çevrilir.
Bir çox insanlar, xüsusilə elm adamları tədqiqat dedikdə, yeni kəşf olunmuş sahəyə- sistemli yanaşma kimi baxırlar. Lakin, sənayedə tədqiqat anlayışı- daha ümumi vahiddir və özündə həm yeni, həm də keçmiş bilikləri ehtiva edərək yeni məhsul istehsalında istifadə olunan amil kimi qəbul edilir. Demək olar ki, bu prosesin nə zaman başlayacağı və ya bitəcəyi konkret müəyyən etmək olmur. Burada daha məqbul sayıla bilər ki, biz sənaye tədqiqat və inkişafını həm elmi araşdırma və konsepsiyası ilə, həm də fiziki məhsullarla əlaqələndirək.
Texnologiya hal- hazırda geniş istifadə olunan, lakin həqiqi mənası onu istifadə edənlərə tam məlum olmayan bir anlayışdır. Hickman (1990 həm məhsul, həm də prosesslər üçün ) texnologiyanın mürəkkəb təsnifatını təklif etmişdir. Rousel (1991) Texnologiyanı praktiki nəticəyə nail olmaq üçün biliyin tətbiqi kimi baxırdı. Yeni dövrdə NOU-Hau menecment ədəbiyyatlarında özündə Tədqiqat və İnkişafı birləşdirərk, şirkətin tətbiqi bazasını müəyyən edir. Ənənəvi olaraq Tədqiqat və İnkişaf yeni məhsulun Elmi araşdırma və inkişafı kimi adlandırılırdı.
Tvis (1992) geniş qəbul olunmuş aşağıdakı izahı verir :
Tədqiqat və İnkişaf elmi - biliyi məqsədəuyğun və sistematik olaraq istifadə edib, insanların tələbatlarını ödəməkdən ibarətdir.Baxmayaraq ki, bəzi zahiri amillər ümumi razılığa gəlməkdə problem yarada bilər.Heyvanların hüceyrələrinin elmi klonlaşdırması ətrafında debatlar Tvisin demək istədiyini açıqlaya bilər.
Rousel (1991) daha müasir anlayış verərək demişdir ki: Tədqiqat ve Inkishaf -
yeni biliyi inkişaf etdirmək və elmi, yaxud mühəndisi bilikdən tətbiq edərək bir sahə ilə, digər sahə arasında məlumat əlaqəsi yaratmaqdır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə