Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə104/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

Müəllimin halı özündə deyildi. Gözlərini bir nöqtəyə zilləyib qal-
mışdı. Elə bil ki, dünyadan təcrid olunmuşdu, nə edəcəyini bilmirdi.
Bu sarsıdıcı sükut xeyli çəkdi. Sonra o əlləri ilə başını tutub silkələdi:
– Zaçot kitabçanızı verin, – dedi. Verdik. O, hər ikimizə 5 yazıb
yola saldı. Hiss etdim ki, o, oturduğu yerdən dura bilmir.
Otaqdan çıxında Pünhan:
– Hə, necə gördün lələşini – deyib əlimdən zaçot kitabçasını alıb
baxdı: – mənim sayəmdə sən də 5 aldın ki, deyə hayasızcasına hırıldadı.
Ona nifrətlə baxıb: bircə kəlmə: “Əclaf “ deyib uzaqlaşdım.
Bir neçə gündən sonra eşitdim ki, müəllim ağır xəstədir. Demə
bir ay əvvəl, nazirlikdə şöbə müdiri işləyən bir erməni tərəfəindən
böhtana salınan professor həbs olunmaq qorxusu qarşısında qalıbmış,
birtəhər qurtara bilib. İndi də belə.
Doğrusu dözə bilmədim, hadisəni olduğu kimi kurs yaldaşlarıma
danışdım. Biz institutu qurtarana kimi Pünhanla heç kim danışmadı.
Salam verib, salam almadı. Onu beləcə gözdən saldılar, lənətlədilər.
Nadürüst, nakişi adlandırdılar.
VERİN DADINA BAXIM
May ayının axırları idi. Tələbə yoldaşlarımızın birinin atası ra-
yondan bir iri vedrə qara may gilası gətirmişdi. Gilası mizin üstünə
döküb yeməyə başlamaq istərkən yadımıza düşdü ki, Əli Kərim
(1931-1969) görüşə gedib, gec gələcək. Odur ki, əvvəlcə bir boşqab
doldurub onun üçün ayırıb kənara qoyduq və başladıq iştahla ye-
məyə. Bir neçə dəqiqə içərisində gilas qurtardı. Bayaqdan gilasları
iki-iki yeyən Qeybulla Rəsulov yan-yörəsinə baxıb:
– Siz Allah o gilasdan bircə dənəsini verin dadına baxım, – deyib
yazıq görkəm aldı.
İskəndərin:
– Ay Qeybulla, hamıdan çox sən yedin ki, az qala üç-üç ötürür-
dün – sözlərinə Qeybulla:
– Düzdür, – dedi. Hamıdan çox yemişəm, amma dadına baxma-
mışam.
343


* * *
1948-ci ildə keçmiş SSRİ-də çörəyin kartoçka ilə verilməsi ləğv
edilmişdi. Ancaq çörək almaq üçün xeyli vaxt növbəyə durmaq lazım
gəlirdi. Hər gün bir otaqda olanlardan birimiz növbə ilə dərsi burax-
maq hesabına çörək növbəsinə durardıq. Növbə Əli Kərimova çatdı.
Dərsdən qayıtdıq Əli yox idi. Axşam saat altı oldu, Əli gəlib çıxmadı.
Narahat olub onu soraqlaşmağa başladıq. Rejissorluq fakültəsinin tə-
ləbəsi Rauf Kazımovski:
– Heç narahat olmayın, – dedi, – bu saat Əli öz cananları ilə Sabir
kitabxanasında əyləşib. Sabir adına kitabxanaya getdik. Əli böyük
rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) şerlərini oxu-
yurdu. Bizi görcək:
– Nə edim, – dedi, – dayandım, növbəm çataçatda çörək qurtardı.
Fikirləşdim ki, eyib etməz. Bu günü şerlə qidalanaram. Sonra mənim
qolumdan tutub: – sizə də bunu məsləhət görürəm, – dedi.
O gündən Əlini çörək növbəsinə gedənlərin siyahısından pozduq.
Ancaq Əlinin dediyi kimi, “şerlə qidalandığımız” kitab oxumaqla ac-
lığımızı unutduğumuz günlər az olmadı.
* * *
1950-ci ilin bahar fəsli idi. Bütün institutlarda olduğu kimi, cəmi
beş yaşı olan Azərbaycan Dövlət Teatr İnstitutunda da tələbələr qar-
şıdan gələn yay imtahan sessiyasının qayğısı ilə yaşayırdılar. Ancaq
bir iş vardı ki, başqa institutlardan fərqi teatr institutunun spesifik xü-
susiyyətinə uyğun olaraq, aktyorluq və rejissorluq fakültələrinin tə-
ləbələri həm tək, həm də kollektiv etüdlər göstərməli idilər. Tək etüdü
düşünüb tapmaq, hazırlayıb göstərmək öz yerində, kütləvi, daha
dəqiq desəm, hər hansı bir kursun bütün tələbələrinin birgə hazırla-
dıqları kompozisiyalı etüd istedad, çiddi axtarışlar, yaradıcılıq səy-
lərini bir məqsəd ətrafında birləşdirmək bacarığı tələb edirdi.
Teatr institutunun, Həzi Aslanov ilə Hüsi Hacıyev küçəsinin kə-
sişdiyi tində, bir mərtəbəli binada yerləşən, çiyindən aşağı pəncərələri
344


küçəyə baxan yataqxanası, iki kiçik və 10-12 çarpayılıq böyük bir
otaqdan ibarət idi. İnstitutun teatrşunaslıq fakultəsinin tələbəsi kimi
mən də həmin yataqxanada yaşayırdım. Gündüz saat 3 radələrində
dərsdən çıxıb gəlirdim; yataqxanaya yaxınlaşanda onun pəncərələri
qarşısında çoxlu adam toplaşdığını və oradakı qadınların dil deyib
ağladıqlarını gördüm. Adamların arasından birtəhər keçib tələsik
otağa girdim; gördüklərim məni sarsıtdı, ağlamaqdan özümü zorla
saxladım. Üstünə mərəfə salınmış bir nəfərin üstündə rejissorluq və
aktyorluq fakültəsinin tələbələri Məbud İsmayılzadə, Hüseyn Əhmə-
dov, Osman Həqqi, Məmməd Xalıqov, Rauf Kazımovski, İsmət Sə-
fərəlibəyov və başqaları gah dəsmalla gözlərinin yaşını silir, gah da
necə hərəkət etmək, mərhumun valideynlərinə hansı yolla xəbər çat-
dırmaq barədə məşvərət edir, gah da mərhum haqqında bir-birinə xoş
sözlər deyib təskinlik verirdilər. Küçədə, pəncərə qarşısında toplaşan
qadınlar isə: “ Anan ölsün, can bala”, “Yazıq cavan”, “Ana yazıq da
fikirləşir ki, oğlum oxuyub qayıdacaq”, “Bədbəxt ana bu dərdə necə
dözəcək”, “Yazıq ana bilsəydi heç onu gözündən qoymazdı”, “Axı
hardan biləydi ki” və s. belə sözlər söyləyir, dil deyib ağlaşırdılar.
Birdən qadınlar arasında cavan bir qadın “Yetim segah”ı üstündə ya-
nıqlı, olduqca təsirli bir səslə:
Mən aşiq oda düşdü,
Ölənlər yada düşdü,
Ümidimdən bir yarpaq qalmışdı,
O da düşdü.
– bayatı deməyə başladı.
Osman Həqqi məni görcək:
– Dərs qurtardımı, barı yoldaşlar başqa yerə getməyib, tez ya-
taqxanaya gələydilər. Bizə böyük bir dərd üz verib, – dedi və əlini
qoynuna qoyub, sakit dayandı. Bütün bədənim üşüyən kimi oldu,
içimdə bir soyuq sızıltı duydum. Bununla belə mərhumun kim olması
sualı beynimdə bərqərar oldu. Yaxınlaşıb mərəfənin yuxarı tərəfini
qaldırıb üzünə baxdım; rejissorluq fakültəsinin tələbəsi Əbülfəz Hə-
345


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə