Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə107/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   104   105   106   107   108   109   110   111   112

* * *
Sözləşdikləri kimi, bir gün səməd Vurğun Suleyman Rüstəmin
bağına gedirmiş. Kəndə qədər birtəhər gedir, oradan da təsadüfən ras-
tına düşən bir tək atlı arabaya minir. Qaradinməz, yerə baxan, orta
yaşlı, üzünü tük basmış arabaçı, bir qədər getdikdən sonra üzünü qo-
nağa tutub kəkildəyə-kəkildəyə deyir:
– Qardaşoğlu indi mən bu tindən sağa dönəcəyəm, sən isə düz
getməlisən. Bir qədər irəlidə rastına gələn kimdən soruşsan Suleyman
Rüstəmin bağını sənə göstərərlər.
Səməd Vurğun bir qədər getmiş görür ki, 11-12 yaşlarında oğlan
uşuqlurı xar tut yeyirlər. Bir oğlan uşağı ağacda, qalanları yerdə, ağac-
dakı oğlan ayaqları ilə budaqları əyir, yerdəkilər də tutdan dərib iştahla
yeyirlər. Səməd Vurğun da tut yemək həvəsinə düşür. bunu hiss edən
yerdəki oğlanlardan biri ağacdakı oğlana göz vurub deyir ki, budağı
əy qonaq tut yemək istəyir. ağacdakı oğlan budağı əyir, Səməd Vurğun
ağacın altına gəlir, əyilmiş budaqa əlini uzadan kimi, oğlan ayağını
budaqdan çəkir, dəymiş xar tutlar səməd Vurğunun üstünə tökülür.
Şairin əynində Ukraynada istehsal olunmuş tikməli ağ köynək
varmış. Təsəvvür etmək çətin deyil ki, ağ köynək ola, qara tut, gör
ki, nə hala düşər.
Səməd Vurğun bir qara tuta bulanmış köynəyinə baxır, bir bic-
bic gülümsəyən uşaqlara nəzər salır. Fikirləşir ki, görünür bu oğlanlar
məni tanımayıblar. Qoy özümü nişan verim, onda bu uşaqlar həm
utanarlar, həm də mənə hörmət edərlər. Daha keçib, köynəyim zay
olsa da, heç olmasa hələm-hələm ələ düşməyən bu xar tutdan do-
yunca yeyərəm. Bu niyyətlə üzünü oğlanlara tutub soruşur ki, ay
uşaqlar, heç şair tanıyırsınızmı? Ağacdakı oğlan heç kimə aman ver-
mədən: niyə tanımırıq – deyə tez dillənir və başlayır saymağa Məm-
məd Rahim, Osman Sarıvəlli, Rəsul Rza, Zeynal Xəlil, Əhməd
Cəmil, Suleyman Rüstəm – evi də odur ey orada – deyib Suleyman
Rüstəmin evini göstərir.
Səməd vurğun görür ki, onun adını çəkmədilər. Soruşur:
– Bəs Səməd Vurğun?
352


– Hə, o da var. Yadımdan çıxmışdı – deyə ağacdakı oğlan dillənir.
– Bax, o yaddan çıxan Səməd Vurğun mənəm, – deyib şair özünü
təqdim edir.
Oğlanlar elə zənn edirlər ki, bu adam onları aldadır. Axı o cür
şairin piyada bu çöllərdə nə işi var? Odur ki, məzə ilə:
– Yox əşşi. Get e..... deyib gülüşürlər.
Ağacdakı oğlan, ağacı daha bərk silkələyir. Səməd Vurğun görür
ki, iş çətinləşib. Yaxşı ki, Suleyman Rüstəmin bağını artıq tanımışdı.
Gəlir şair dostunun yanına, yeyib-içirlər. Söhbət əsnasında Səməd
Vurğun əhvalatı olduğu kimi Suleyman Rüstəmə danışır; gülüşürlür.
Aradan xeyli keçir, bir gün səməd Vurğun yazıçılar ittifaqında
Suleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli,
Zeynal Xəlil (1914-1973), Əhməd Cəmil (1913-1977) və digər şair
və yazıçıların iştirak etdikləri bir məclisdə həmin hadisəni danışır;
ancaq sonluğunu belə qurtarır:
– Bir neçə şairin adını çəkib, Səməd Vurğunu unudan uşaqlara
Səməd Vurğun: “Ay uşaqlar, bəs Səməd Vurğun?” sualını verir. Güya
onlar bir ağızdan: “əşi, o başqa da” cavabını verirlər.
Səməd Vurğun özünəməxsus yumşaq tərzdə gülümsünüb, yumor
hissi ilə:
– Görürsünüzmü, uşuqlar da məni sizdən ayırırlar, yüksək tutur-
lar – deyə məclisdəki şair dostlarına nəzər salır. Baxıb görür ki, Sü-
leyman Rüstəm başını aşağı salıb xısın-xısın gülür. Axı o hadisəni
olduğu kimi Süleyman Rüstəmə danışmışdı. – Ay səni, – deyib əlini-
əlinə vurub qəh-qəhə ilə gülür.
* * *
Güclü istedad sahibi olan, alicənablığı, xeyirxahlığı, müdrikliyi,
hatəmxislət olması ilə seçilən böyük şairimiz Səməd Vurğun istedadı
da, şöhrəti də yüksək qiymətləndirirdi. Şairin oğlu Vaqif Səmədoğlu
(1939) kiçik yaşlarında skripka çalırdı. Səməd Vurğun onun əleyhinə
deyildi. Ancaq oğlu üçün narahat idi. İstəyirdi ki, Vaqif yaxşı musi-
353


qiçi olsun, ortabab yox. Odur ki, söhbətlərinin birində Vaqifdən söh-
bət düşəndə dedi:
– Ayə, istedad da, şöhrət də yaxşı keyfiyyətdir, qiymətləndiril-
məlidir. Mən özüm də istedadlı, şöhrətli olmaq tərəfdarıyam. Ancaq
həqiqi istedad ola, qondarma yox. Şöhrəti də çox sevirəm, ancaq is-
tedadla zəhmətin bəhrəsi olan köklü, əsaslı şöhrəti, sabun köpüyü
kimi şişirdilmiş şöhrəti yox.
* * *
Böyük Səməd Vurğunun “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”
əsərləri yalnız Azərbaycan Dövlət Akademik Dram Teatrında deyil,
respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərən Dram
teatrlarında da, O cümlədən, Cəfər Cabbarlı adına Gəncə Dövlət
Dram Teatrında da tamaşaya qoyulmuş, həmin teatrların həyatında
böyük və fərəhli hadisəyə çevrilmişdir. Teatrların yaradıcılıq imkan-
larını üzə çıxaran bu tamaşalarda görkəmli sənətkarlarımız mükəm-
məl obrazlar yaratmışdılar. Məsələn, Gəncə Dövlət Dram Teatrında
İsmayıl Talıblı (1906-1973) – Vidadi; Əşrəf Yusifzadə (1903-1963)
– Ağa Məhəmməd şah Qacar; Məmmədrza Şeyxzamanov (1918-
1984), Rəmziyə Veysəlova (1914-1982) – Gülnar; Solmaz xanım
(1906-1973) – Xuraman rollarında müvəffəqiyyətlə çıxış etmişdilər.
“Vaqif” əsəri Gəncə Dövlət Dram Teatrında tamaşaya hazırla-
narkən Səməd Vurğun son məşqlərdə iştirak etmiş, baxış tamaşasın-
dan sonra keçirilən müzakirədə təvazökarlıqla, səmimiyyətlə danışıb,
quruluşu və aktyor ifasını bəyəndiyini söyləmişdi. Sonralar hər dəfə
Gəncədə olanda “Vaqif” tamaşasına baxar, Xuraman rolunu oynayan
Solmaz xanımı teatrın müdiriyyətinə və kollektivinə nişan verərək
deyərmiş:
– Mənim Xuramanımı qocaltmayın ha!
354


OLMUŞ BAĞ ƏHVALATLARI
Bir nəfər bazar günü öz bağına gəlir; görür ki, qapının cəftəsini
sındırıb evə giriblər. Ancaq heç nəyə əl vurmayıblar, heç nə aparma-
yıblar. Diqqətlə baxıb görür ki, bufet şkafından boşqab, nəlbəki, çən-
gəl, bıçaq çıxarıb istifadə ediblər, özləri də, görünür, dörd nəfər
olublar, yeyib-içiblər. Əl dəyməmiş bir qədər kolbasa, pendir, bütöv
bir təndir çörəyi, açılmamış bir şüşə konyak və s. şeyləri də stolun
üstündə qoyub gediblər.
Bağ sahibi çirkli qabları yuyur, hər şeyi yerbəyer edir. Qapının
cəftəsini düzəldir, gedəndə yemək stolunun üstünə bu məzmunda bir
məktub yazıb qoyur: “Xahiş edirəm, gedəndə cəftəni düzəldin ki,
külək olsa, vurub qapını sındırmasın, yeyib-içəndən sonra da çirkli
qabları yuyub səliqə ilə yerinə qoyun”.
İki həftə sonra bağ sahibi yenə qapısının açıldığını görür. Yenə
eyni vəziyyətlə üzləşir və yenə baxır ki, özünün yazdığı məktub
yemək stolunun ən görümlü yerindədir. Götürüb baxır. Çağırılmamış
qonaqlar məktubun arxa tərəfinə yazmışdılar: “Cəftəni mıxlamaq ya-
dımızdan çıxmaz. O ki qaldı çirkli qabları yuyub səliqə ilə yerinə
qoymaq məsələsinə, zəhmət çəkib bu işi özünüz görün. Haqqınızı da
qabaqcadan veririk”.
Bağ sahibi boşqabın altındakı 25 manatlığı görüb, özünü gül-
məkdən zorla saxlayır.
* * *
Bağ sahibi bağına gəlib görür ki, dörd nəfər çağırılmamış qonaq
ədəb-ərkanla onun evində oturub söhbət edir, yeyib, içirlər. Bağ sa-
hibi əvvəl özünü itirir və nə edəcəyini bilmir, sonra özünü ələ alıb
salam verir, xoş gəlmisiniz deyir. çağırılmamış qonaqlar heç hallarını,
təhərlərini də pozmadan salamı alırlar və: “əyləş, çörək yeyək” – deyə
onu yeməyə dəvət edirlər. Bağ sahibi təşəkkürünü bildirir və keçib o
biri otaqda paltarlarını dəyişib, işləmək üçün bağa düşür. aradan təx-
355


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə