Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə108/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   104   105   106   107   108   109   110   111   112

minən bir saat keçməmiş çağırılmamış qonaqlardan biri bağ sahibinin
yanına gəlib: “day-dayı, xahiş edirik, gəl bizimlə çörək ye də” – deyir.
Bağ sahibi ona təşəkkürünü bildirib, işinin çox olduğunu söyləyir.
Aradan iki-üç saat da keçəndən sonra çağırılmamış qonaqlar getməyə
hazırlaşırlar; bağ sahibinin yanına gəlib xudahafizləşirlər. Gedəndə,
bağ sahibi onlara:
– Elə bilin öz evinizdir, nə vaxt kefiniz istəsə, gəlin, açar pillə-
kənin altında olacaq – deyir.
Çağırılmamış qonaqlar getdikdən sonra, bağ sahibi qapının sın-
mış cəftəsini düzəldir.
Bir həftə sonra, bağ sahibi bağa gələndə gözlərinə inanmır, təəc-
cüblənir. Bağın bütünlüklə, əmməli-başlı bellənilib, səliqəyə salındı-
ğını görüb heyrətlənir. Bir həftə qabaq bağında rastlaşdığı
çağırılmamış qonaqlar yadına düşür. “Afərin” – deyə gülümsünür.
O AXMAQ MƏN!
Yolum Rüstəm kişinin bağının yanından keçir. Hər dəfə şənbə
və bazar günləri bağa gedəndə Rüstəm kişinin həvəslə, şövqlə işlə-
diyinin, hər bir ağaca, hər bir meynəyə böyük məhəbbət, diqqət və
qayğı ilə yanaşdığının şahidi oluram. Bəlkə də elə buna görə o hən-
dəvərdə Rüstəm kişinin bağındakı üzümə üzüm çatmazdı, iri salxım-
ların şirmayi dənələri göz oxşar, şirinliyi, necə deyərlər, boğaz
qovuşdurar. Rüstəm kişinin oğlanları da bağa gələrdilər, ancaq yay
zamanı, əncir, üzüm yetişəndə. Rüstəm kişi də üzümlərin ən yaxşıla-
rından dərər, boşqaba yığıb üstündən su axıdar, gətirib onların qarşı-
sına qoyardı. Oğlanları da iştahla, pəh-pəhlə yeyər və istədikləri
qədər götürüb gedərdilər. Rüstəm kişinin “Jiquli” markalı minik ma-
şını da var, gəl ki, ona da oğlanları sahib çıxıblar. Özü isə bu ixtiyar
yaşında, bağa ya avtobusda, yaxud da elektrik qatarında gəlib-gedir.
Bütün ili tək işləyir. əvvəllər yalnız xəstə arvadı ona həyan idi (sonra
eşitdim ki, Rüstəm kişinin arvadı dünyasını dəyişib. Allah ona rəhmət
eləsin).
356


Bir gün yenə bağa gedirdim. Rüstəm kişinin həyətdə zümzümə
edə-edə işlədiyini gördüm.
– Xoş gördük, ay qonşu, işin irəli, qolun qüvvətli olsun! – dedim.
Rüstəm kişi qəddini düzəldib, şalvarının dizini çırpa-çırpa:
– Ay xoş günün olsun, – dedi, – keç içəri sənə bir məxməri, ətirli,
tamlı bir çay verim iç, ləzzət al, sonra gedərsən, sənə yaxşı bir xəbər
də verəcəyəm, qırışmalın atasını yandırmışam. Dünən axşam ona elə
bir toy tutmuşam ki, oğluna da bəs edər, üstəlik nəvəsinə də.
Bilirdim ki, Rüstəm kişi “qırışmal” kiçik oğluna deyir. ancaq
özümü bilməməzliyə qoydum.
– Qırışmal kimdir, ay qonşu? – deyə soruşdum.
– Bizim balacanı deyirəm də.
– Hə, nə etmisən ki, ona, ay qonşu?
– Keç içəri danışaram bilərsən, doyunca da gülərsən.
Keçib kürsüdə oturdum.
– Hə buyur görüm, Rüstəm kişi, eşidirəm səni.
– Dünən işdən evə gec, həm də yorğun gəlmişdim. Özüm də möh-
kəm acmışdım. – deyə Rüstəm kişi sözə başladı. – Arvada dedim, göz-
ləməyə təhərim yoxdu, tez süfrəni düzəlt. Arvadağanın xüsusi
məharətlə bişirdiyi yarpaq dolmasının ətri otağı bürüdü, payızda quma
basdırıb saxladığım, gözünə döndüyüm qara şanı süfrəyə xüsusi ya-
raşıq verirdi. Elə “bismillah” deyib, əlimi çörəyə uzadanda qapının
zəngi vuruldu. Qırışmal hay-küylə içəri girən kimi: “Yeməyə nəyiniz
var? acından lap yıxılıram, – dedi və masanın üstündə yeməyi görüb,
əlini əlinə sürtdü. – Qurban olum anama, – deyə yağlı dilini işə saldı.
– Bilir ki, oğlu ac gəlir, süfrəni doldurub”. Bir iri salxım qara şanı gö-
türüb yeməyə başladı. Mən heç nə demədən yeməklə məşğul idim.
Ancaq gözaltı onun hərəkətlərinə fikir verirdim. “Əlhəmdürillah”
deyib kürsünü bir qədər geri çəkdim. Oğul, sabah şənbədir, gedərsən
Maştağaya, dedim. Ana-bala ikisi də təccüb və diqqətlə üzümə bax-
dılar. Özümü o yerə qoymayıb daha ciddi görkəm aldım: hə, deyə sö-
zümü davam etdirdim. Bağlarda günəmuzd işləmək istəyən fəhlələr
Maştağa bazarının qabağında toplaşıblar. Danışıb onlardan birini gə-
tirərsən bağa işləməyə. Söz bu yerə çatanda anası arxayın olub süfrəni
357


yığışdırmağa başladı. Ancaq onunla, necə deyərlər, şərti şumda kəs
ki, dedim xırman üstə dava olmasın. Yəni o adama de ki, sənə heç bir
alət verməyəcəyəm. Öz lapatkanla işləyəcəksən. Su, çay, çörək də ver-
məyəcəm, onları da özünlə gətirərsən. İşi qurtarandan sonra sənə bir
qəpik də pul verməyəcəyəm, necə gəlmisən, eləcə də gedəcəksən. Üs-
təlik yay zamanı, üzüm yetişəndə mən bağa gələcəyəm, bəhərin ən
yaxşılarından yığıb, yuyarsan, verərsən yeyərəm.
Söz bu yerə çatanda qırışmal udqundu, gözlərini geniş açıb təc-
cüblə üzümə baxdı. “Bu cür axmağı harda tapmaq olar?” deyə heyrətlə
soruşdu. Ayağa durub sakitcə yanına gəldim. Sağ əlimi açıb barmaq-
larımı sinəmə tuşladım:o, axmaq – mən! – deyib otaqdan çıxdım.
İNCİKLİK
Üç il idi ki, Abşeranun səfalı yerlərindən birində bağ almışdım.
Xoşbəxtliyimdən uşaqlar da, anaları da bağa maraq göstərirdilər; yay
tətilinə buraxılan kimi bağa köçməyi tələb edirdilər. Qonşular sarıdan
da mənimki gətirmişdi. Sakit, sadə və mehriban idilər. Atalar nahaq
deməyiblər: “ev alma, qonşu al”. Xüsusilə yaşı 70-i keçmiş Hidayət
kişi öz səmimiliyi, qayğıkeşliyi ilə fərqlənirdi, baməzəliyi də vardı.
Yaşdan söz düşəndə əvvəl sağ əlini ehmallıca saqqalına çəkər, sonra
hər iki əlini yuxarı qaldırıb: “şükür olsun xudanın kəramətinə! Sək-
kizinci onluğu xırdalamışam”– deyərdi. Rəhmətlik çox təvazökər və
zəhmətsevər idi; övlad və nəvələrini də zəhmətə məhəbbət ruhunda
tərbiyyə edərdi. Bağ qonşuları böyüklü-kiçikli hamı ona hörmət əla-
məti olaraq “Hidayət dayı” deyə müraciət edərdilər. Bir qızılı rəngli
inəyi vardı Hidayət kişinin. Xoşbəxtlikdən bu inək yay zamanı bala-
lardı. Bağ mövsümü ərzində Hidayət kiişi qonşuları südlə təmin
edirdi, əlbəttə, pulu ilə. Süd inəyin əmcəyindən neçə sağılırdısa, eləcə
də qonşulara çatdırılırdı. Çox halal adam idi rəhmətlik.
Hidayət kişi mənə xüsusi hörmət və qayğıkeşliklə yanaşırdı.
Nə qədər çalışsam da salam vermək birinciliyini ondan ala bil-
məzdim.
358


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə