Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə111/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   104   105   106   107   108   109   110   111   112

Süfrə açılan kimi hələ aş çəkilməmiş İsmayıl tez yerini rahatlayır. İri
bir teştdəki aşı, heç nəyə əhəmiyyət vermədən qabağına çəkib ye-
məyə başlayır. Yağı o qədər tökür ki, əlindən axıb dirsəklərindən tö-
külür. Bir teşt aşı yeyib qurtarandan sonra eşidir ki, uşaqlara
çatmayıb. Üz-gözünü turşudub:
– Mən idim bunu yedim, heç bir köpəkoğlu yeməzdi.
MƏN İDİM ONLARI SATA BİLDİM, HEÇ KƏS SATA
BİLMƏZDİ
Tənbəllik İsmayılın canına elə hopmuşdu ki, yerindən tərpən-
məyə ərinirdi. Onun bu halı Mahı arvadı lap təngə gətirmişdi. Heç
zaman səsini ucaltmayan bu xanım-xatun qadın:
– Bəsdir, axı abır-həya da yaxşı şeydir. Bir işin qulpundan yapış.
At bu tənbəlliyin daşını; bu gün-sabah baba olacaqsan, – deyə ona
irad tuturdu.
Belə halda ismayıl:
– Nə edim, bir az pulum olsaydı bir kəl arabası alardım. İndi
yaxşı kara gəlir, pul qazanmaq üçün əlverişlidir, – deyərdi.
Belə halda mahı arvad:
– Qoydun ki, pul qala. Xəlvəti xəlvət xərclədin, aşkarı aşkar, –
deyə onu danlağa tutardı.
Bir gün yenə belə söhbətlər arasında ismayıl:
– Nə olar, kürəkəninə de, mənə bir kəl arabası alsın. Onda gör
nə fəqan eləyirəm, – deyə and-aman elədi; and içib söz verdi.
Fağır Mahı arvad əlacsız qalıb vəziyyəti Hacı Əlidən olan böyük
qızı Türfəyə danışdı. İki gün keçməmiş iki kəl və araba İsmayıla ve-
rildi. Bəli, kəllər yeyib tövlədə yatdı, ismayıl yeyib evdə.
– Ay İsmayıl, bəs nə vaxt işə başlayacaqsan? – deyə Mahı arva-
dın sorğuları:
– Tələsmə mən öz işimi yaxşı bilirəm, – sözləri ilə cavablandı.
Bir gün: – Eh nə bu kəllər kara gəldi, nə də araba,– deyə İsmayıl gi-
365


leylənməyə başladı. Ayın tamamında onları bazara çıxarıb satdı. Ka-
babçı dükanında qarnını doydurub evə döndü. İşdən halı olan Mahı
arvadın tənələrinə məhəl qoymayan ismayıl:
– Mən idim onları sata bildim, heç kəs sata bilməzdi, – deyə qür-
rələnməyə başladı.
BƏS YEMƏYİ HESABA ALMIRSAN?!
İllər keçdi, müharibə başlandı. Türfənin həyat yaldaşı Saleh də
müharibəyə yollandı. Türfə altı uşaqla – dörd oğlan, iki qız – qaldı.
Vəziyyət aybaay ağırlaşırdı. O, ev əşyalarını, bəzək şeylərini sat-
maqla ailəsini güclə dolandırırdı. Heç yerdən kömək gəlmədiyini
görən İsmayıl məcburiyyət qarşısında qalıb fəhləliyə başladı; barı
hörməklə məşğul olurdu. Ancaq bütün işləri özü görmək istəmirdi.
İstəyirdi ki, cüzi haqq-hesabla kimisə işlətsin. Yadına ögey qızı Tür-
fənin 15 yaşlı oğlu Niman düşdü:
– Gəl mənimlə işlə sənə sırıqlı pencək alacağam.
Yazıq uşaq səhərdən axşama kimi işləyirdi. Nahar yeməyini də
özü ilə götürürdü.
Görəcəkləri işin qurtarmasına iki-üç gün qalmış İsmayıl:
– Sən yemək götürmə, mənimlə yeyərsən – deyə İsmayıl onu
dilə tutdu.
İş təhvil verildi, pullar alında Nimanın arzusunda olduğu sırıqlı
pencək alınmadı. Bir neçə vaxt kecdi. Niman:
– Bəs mənə sırıqlı pencəyi nə vaxt alacaqsan? – deyə soruşduqda
İsmayıl:
– Nə pencək, bəs yeməyi hesaba almırsan? – deyə ondan imtina etdi.
366


NARLARI BİRTƏHƏR BAŞDAN ELƏDİM
1943-cü il sentyabr ayının axırları idi. Alman-faşist işğalçıları
ilə döyüş cəbhəsində ölüm-dirim müharibəsi gedirdi. “Hər şey cəbhə
üçün”, “Hər şey qələbə üçün”, “Hər şey vətənin azadlığı üçün” şüar-
ları daha qüvvətli səslənirdi. Yun paltar, əlcək, corab, hətta qoz, fın-
dıq, alma belə toplayıb döyüşən əsgərlərlərimizə göndərirdik. Eyni
zamanda Türfə ana altı uşağı qışdan salamat çıxarmaq qayğısı ilə ya-
şayırdı. O il nar ağacları bol bəhər vermişdi. Bir gün İsmayıl ögey
qızı Türfə anagilə gəlib deyir:
– Türfə, narları heç kimə vermə. Özüm dağ kəndlərinə aparıb
buğda ilə dəyişəcəyəm. Qarşıdan qış gəlir. Uşaqlar ac qalmasın.
Ürəyi təmiz, xeyirxah bir insan olan Türfə ana İsmayılın bu yağlı di-
linə aldanır. Ona inanır. Elə bil dünyanı ona veriblər. Sevinci yerə-
göyə sığmır:
– Ğmrün uzun olsun, ay əmi, imanın kamil olsun, – deyir və o
gedəndən sonra ürəyi sıxıla-sıxıla, günahkar adam kimi balalarını ba-
şına toplayıb deyir: – can balalarım, bax, narlara dəyməyin ha, ağac-
larda hamısını saymışam. Birini dərsəniz o saat biləcəyəm. Özüm hər
gün çapallamış narlardan dərib sizə verəcəyəm.
Bu sözləri türfə ana ürəyi ağrıya-ağrıya, qovrula-qovrula, göz
yaşlarını ürəyinə axıda-axıda dedi. Halbuki onun əlacı olsaydı, nəinki
narların ən yaxşılarını, ürəyinin yağını da uşaqlarına yedizdirərdi.
Oktyabr ayının ortalarında “əmi” gəlir, köməkləşib narları yığıb
bir kəl arabasına doldururlar. 20 gündən sonra xəbər gəlir ki, İsmayıl
“əmi” gəlib. Türfə ana sevincək 13 yaşlı böyük oğluna deyir:
– Bala, dur gedək buğdamızı gətirək. İki iri un torbası götürüb
gedirlər, görürlər ki, “Əmi” peçin yanında yarıuzanmış halda qəlyan
çəkir. Türfə ana onu öpür, hal-əhval tutur.
“Əmi” isə soyuqqanlıqla:
– Narları birtəhər başımdan edə bildim, – deyir. Türfə ana sözün
mahiyyətinə varmadan, yenə ona alqış edə-edə minnətdarlığını bil-
dirir, sonra:
– Yaxşı, ay əmi, biz gedək deyib ayağa qalxır.
367


İsmayıl qəlyanını əlinə çırpa-çırpa:
– Gedəndə buğdanı da apar, – deyir.
Türfə ananın:
– Hardadır, ay əm?i– sualına ismayıl çox etinasız bir halda:
– Odur ey, – deyə evin küncündə qoyulmuş sarı ləyəndəki 2-3
kiloqramlıq buğdanı göstərir.
Türfə ana heyrət içərisində donub qalır, haldan-hala düşür. Az
qalır yıxılsın. Qəhər və göz yaşları içərisində:
– İstəmirəm, ay əmi, bu da sənin olsun, – deyib küçəyə çıxır.
İçin-için ağlayır.
BALAM, SİZ MƏNDƏN DÖVLƏTLİSİNİZ Kİ...
Üç nəfər gənc Hacı Zeynalabdinin yanına borc pul istəməyə gə-
lirlər; həyətdə gözləyirlərmiş. Hacı pəncərədən baxıb görür ki, gən-
clər papiros çəkmək istəyirlər. Hərəsi cibindən bir spiçka (alışqan)
çıxarıb papiroslarını yandırırlar. Gəncləri dinləyən Hacı mətləbdən
halı olaraq deyir:
– Balam siz məndən dövlətlisiniz ki, belə olmasaydı, birinizin
alışqanını üçünüzün də papiroslarını yandırırlar. – Gəncləri dinləyən
Hacı mətləbdən halı olcaq deyir: – Balam siz məndən dövlətlisiniz
ki, belə olmasaydı, birinizin alışqanına üçünüzün də papirosunu yan-
dırardınız. İsrafçılıq etməzdiniz. Allah təala da buyurub ki, mən xə-
sisləri sevmirəm, israfçıları isə görməyə gözüm yoxdur.
OĞLUMU ÖZÜM EVLƏNDİRƏCƏM
İsmayılın Mahı arvaddan iki qızı – Hökümə və Roza və bir oğlu
– Əlibala olmuşdu. Mahı arvadın Hacı Əlidən olan iki qızı Türfə də
Ruqiyyə də anadan bir, atadan ayrı bu qardaş və bacılarını çox istə-
yirdilər, qeydlərinə qalırdılar. Çətin anlarında haraylarına çatırdılar.
İki misal: Hökümə 16 yaşa çatmışdı. O vaxt Göyçayın “Ərvan”
adlanan çayı hər il yazqabağı su bollananda daşıb şəhəri basar, fəla-
368


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə