Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə105/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

sənov idi. Mərəfəni üzünə örtüb kənara çəkildim, acı bir qəhər bo-
ğazımı qovuşdurdu.
Rauf Kazımovski mənə təskinlik verirmiş kimi:
– Özünü ələ al, – dedi, sonra Məbuda tərəf dönüb: – bəlkə rayona
bu zəng etsin? – deyə soruşdu.
Məbud çiynini çəkdi, ani sükutdan sonra:
– Yox, o bacarmaz, biz özümüz xəbər etsək yaxşıdır.
Yarım saatdan artıq idi ki, bu mərasim davam edirdi. Birdən
İsmət Səfərəlibəyov saatına baxıb:
– Paho, saat dördə qalır ki, – deyə ətrafına göz gəzdirdi.
Elə bil “mərhum” bu sözə bənd imiş “Fatihə” deyib ayağa qalxdı.
Küçədə pəncərə qarşısındakı qadınlar donub yerlərində qaldılar. De-
yinə-deyinə dağılışmağa başladılar.
Rauf Kazımovski üzünü yoldaşlarına tutub:
– Əgər bu etüdə görə bizə Rza müəllim (Rza Təhmasib) hərəmizə
bir beş verməsə, heç nə, – deyib stəkandakı suyu içməyə başladı.
AYƏ, QOYMAZSINIZMI DOLANSIN
1950-ci il yazın axır ayı idi. Tədris müəssisələrində sesiya imta-
hanlarına hazırlıq gedirdi. Biz də – Azərbaycan Dövlət Teatr İnstitu-
tunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti) teatrşünaslıq fakültəsinin birinci kurs tələbələri də im-
tahana ciddi hazırlaşırdıq. Bir gün yorğun vaxtımda kurs yoldaşım
Aydın Qarabağlı (1929-1980) dedi ki, gəlsənə bir nərd oynayaq, yor-
ğunluğumuz çıxsın. Etiraz etmədim. Böyük şairlərimiz Rəsul Rza
(1910-1981) ilə Nigar Rəfibəylinin (1913-1981) yaşadığı evlə – kitab
passajı adlanan yerlə üzbəüz olan birmərtəbəli boz binada yerləşən
institutumuzun zirzəmisindəki otağa endik. Bu otaqda qara rəngli bir
“Belorus” pianinosu var idi; musiqi dərsləri burada keçirilirdi. Nərdi
götürdük; oynamağa başlamamış Aydın:
– Gəl pivədən oynayaq, – dedi. Razılaşdım. Aydın yaxşı diktor
olduğu kimi yaxşı da nərd oynayan idi. Heç yarım saat keçməmiş o,
346


3:1 hesabı ilə qalib gəldi. Nərdi örtüb: – Hə, indi gedək pivəmizi iç-
məyə, – dedi. Qalxıb küçəyə çıxdıq. Tarqovıya adlanan küçə (keçmiş
Qubernskaya indiki Nizami küçəsi) ilə 20-25 addım getmişdik ki, ta-
nınmış aktyor İsmayıl Dağıstanlı (1907-1980) qarşımıza çıxdı. Bizi
pafosla, məşrut hərəkətlərlə qarşıladı. Aydınla köhnə tanışlar kimi
görüşdü. Aydın Qaradağlı da, bizimlə bir kursda oxuyan Sabutay Qu-
liyev də keçmiş Poluxin (indiki Murtuza Muxtarov küçəsi) küçəsində
yerləşən Azərbaycan Radio Verilişləri İdarəsində diktor işləyirdilər.
Oraya gedib-gələn ədəbiyyat, mədəniyyət və incəsənət adamları on-
ları tanıyırdılar. Aralarında ünsiyyət var idi. Aydın:
– Kurs yoldaşımdır, istedadlı, səmimi oğlandır, – deyib məni İs-
mayıl Dağıstanlıya təqdim etdi. Mən İsmayıl Dağıstanlını səhnədə
görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “İşıqlı yollar” pyesinin
tamaşasında Elmar, “Bahar suları” pyesinin tamaşasında Uğur rolla-
rında görmüşdüm. Həyatda isə birinci dəfə idi ki, belə yaxından gö-
rüşürdüm. Təbii ki, bu tanışlıqdan varlığımda bir sevinc hissi duydum.
İsmayıl Dağıstanlı bizim haraya getdiyimizi bilcək:
– Mən də sizinlə gedirəm, – dedi.
Onun bu sözü mənə daha xoş təsir bağışladı. “Araz” kinoteatrı-
nın sağ tərəfindəki Mərkəzi Əmanət Kassasının yanındakı pivə köş-
künə girhagirdə ustad şairimiz Səməd Vurğunla (1906-1956)
rastlaşdıq. Böyük şair İsmayıl Dağıstanlı, Aydın Qaradağlı ilə meh-
riban görüşdü. Heç bir şey soruşmadan, təqdimat gözləmədən mənə
də əl uzatdı. İlahı bu nə gözəl xoşbəxtlik idi mənim üçün. Elə bil
dünya mənim idi.
Səməd Vurğun niyyətimizdən xəbər tutduqda:
– Ayə, nə yaxşı oldu, mən də susamışam, – dedi.
Biz pivə dükanına girdik. Mənim sevincimin həddi-hüdudu yox
idi. Quruyub yerimdə qalmışdım. Gözlərimi böyük Səməd Vurğun-
dan çəkə bilmirdim. Elə bilirdim yuxu görürəm. Görüşün həqiqət ol-
duğuna inana bilmirdim. “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”,
“İnsan” kimi dram əsərlərinin, “26-lar”, “Bakının işıqları”, “Komso-
mol poeması” kimi neçə-neçə ürəyə yatan, əzbərdən söylədiyimiz
fəlsəfi şerilərin müəllifi ilə üz-üzə, göz-gözə bu qədər yaxın durdu-
347


ğumu təsəvvür edə bilmirəm. Hər şey mənə xoş bir yuxu kimi görü-
nürdü. Aydın mənim vəziyyətimi başa düşdüyündən tez irəli keçib
dörd parç pivə gətirdi. Səməd Vurğun birinci olaraq parçı götürüb
dodaqlarına apardı. İsmayıl Dağıstanlı da, Aydın da pivə parçlarını
qaldırdılar. Mən isə cəsarət etmirdim. Elə bu vaxt İsmayıl Dağıstanlı
üzünü şairə tutub:
– Ay Səməd qağa, axı Ədillə (o vaxt Azərbaycan Dövlət Dram
Teatrının direktoru və baş rejissoru olan Ədil Rza oğlu İsgəndərovu
1910-1978 nəzərdə tuturdu) bacarmaq olmur.
Cəmi iki-üç qurtum pivə içdik. Səməd Vurğun pivə parçını cəld
masanın üstünə qoydu. Naxoş bir duyğu keçirdiyi sifətinin cizgilə-
rində aydın sezildi.
– Ayə qoymazsınızmı dolansın, – deyib pivə köşkündən çıxdı.
Mən varlığımda bir ağrı hiss etdim. Elə bil ki, bütün bədənimi
məngənəyə salıb sıxırdılar. Ürəyimdə İsmayıl Dağıstanlını qınamağa
başladım; sanki o, gözümdə kiçildi. Aydın da pərtliyini gizlədə bil-
mədi. Axı, İsmayıl Dağıstanlı o sözü deməsəydi Səməd Vurğun pi-
vəni axıra qədər içəcəkdi, söhbət edəcəkdi. Və bu vaxt ərzində mən
onu yaxından eşidib duyacaqdım. Təəssüf. Yüz təəssüf.
Mən həmin məqamda və sonralar da müxtəlif məkanlarda, müx-
təlif şəraitlərdə Səməd Vurğunla görüşlər zamanı bütün aydınlığı ilə
gördüm, duydum və hiss etdim ki, bu dahi, ustad şair, necə gözəl in-
sani keyfiyyətlərə malikdir. O, hər cür xırda hisslərdən uzaq, boş,
mənasız söz-söhbəti, qiybəti xoşlamayan, səmimi, ürəyi açıq, hatəm
xislətli, bir insandır. Tanrı onu hər cəhətdən gözəl yaratmışdır. Böyük
istedad sahibi olmaqla yanaşı həm də böyük şəxsiyyət idi. O, heç
zaman unudulası deyil. Allah ona rəhmət eləsin.
* * *
1949-cu ilin sonları, 1950-ci ilin əvvəllərindən Azərbaycan Ya-
zıçılar İttifaqında hər həftənin V günü “Gənclər günü” keçirilirdi.
Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm (1906-1989), Süley-
348


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə