Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə106/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

man Rəhimov (1900-1983), Mehdi Hüseyn (1909-1965), Məmməd
Rahim (1907-1977) və digər tanınmış şair və yazıçıların iştirakı ilə
keçirilən bu məclislərdə gənc yazarlardan kimisi şeir, kimisi hekayə,
kimisi məqalə oxuyardı; müzakirə olunardı. Bəyənilən yazılar mət-
buatda dərc olunardı.
“Gənclər günü”nün birində Şükür adlı bir gənc hekayə oxudu.
Səməd Vurğun:
– Çox dəyərli bir mövzuya toxunmusan, yaxşı da yazmısan.
Ancaq söz kasadlığı hiss olunur. Dilimizi yaxşı öyrənin, söz üçün,
necə deyərlər, cibə girməyin, – dedi.
Gödək boylu, dolu bədənli bir gənc olan Şükür (1930-2001) bu
sözləri eşidən kimi qaş-qabağını töküb incik halda:
– Səməd müəllim, mən Azərbaycan dilini yaxşı bilirəm, –dedi.
“Kazbek” papirosunu bir-birinə calayan, yarıya qədər çəkib qa-
laqlanmış kül qabına basan və tez də yenisini yandıran Səməd Vurğun
sağında və solunda oturan şair və yazıçılara sualedici nəzər yetirib:
– Mən necə şairəm? – deyə qəribə bir tərzdə sual etdi.
Oturanlar gülümsünərək:
– Gözəl şairimiz, buna nə söz ola bilər? – deyə yerbəyerdən
cavab verdilər.
Səməd Vurğun gülümsündü və üzünü hekayə müəllifinə tutub:
– Eşitdinmi? Bununla belə əgər mən Azərbaycan dilini 50 faiz
bilsəm özümü çox xoşbəxt hesab edərəm. Azərbaycan dili gözəl ol-
duğu kimi həm də zəngin bir dildir. Bunu unutmayın.
Gənc yazıçı başını aşağı salıb susdu. Dediyi sözlərdən utandığı,
peşmançılıq keçirdiyi pörtmüş yanaqlarından hiss olunurdu.
* * *
Yenə “Gənclər günü”nün birində bir gənc hekayə oxudu. Hiss
olunurdu ki, hekayə Səməd Vurğunu qismən də olsa razı salmışdı.
Mehdi Hüseyin üzünü gənc müəllifə tutub:
– Ekssentrik priyoma uymusan, – dedi.
349


Səməd Vurğun nəzərlərini Mehdi Hüseynə dikdi, zarafat tərzi ilə:
– Ayə, o nə olan şeydi, heç mən özüm də onu bilmirəm axı, –
dedi və gülümsündü. Sonra üzünü gənclərə tutub: – bilin və yadınızda
saxlayın ki, gərək ana dilini mükəmməl biləsən, həyatı dərindən öy-
rənəsən, özünüz də, əsərlərinizin qəhramanları da, onların hissləri də
səmimi, təbii və doğrüçü olsun, dolğun, canlı və mükəmməl xarak-
terlər, təbii və inandırıcı hadisələr yaradın, sözçülüyə uymayın. Ürək-
siz və saxta hisslərlə yazılmış əsər oxucu rəğbəti qazana bilməz. Boş
və mənasız bəzək-düzəkdən qaçın. Romantik hisslərdən qorxmayın.
İnsan romantikasız yaşaya bilməz. Gözəlliyə münasibətdən doğan ən
müqəddəs hisslər insan qəlbində yaşayır. Çoxlu oxuyun, öyrənin, dü-
şünməyi, fikirləşməyi bacarın.
Deyirlər ki, “Gənclər günü” başa çatdıqdan sonra Səməd Vurğun
Mehdi Hüseynin yadına salıb ki, Sovet hakimiyyətinin ilk illərində
keçirilən ədəbi məclislərin birində çıxış edən bəzi yazıçı və tənqid-
çilər deyiblər ki, Marksizm-Leninizm elmini dərindən bilməyən ya-
zıçı yaxşı əsər yaza bilməz. Bu boş, mənasız sözlərdən əsəbləşin
tanınmış ictimai və dövlət xadimi dramaturq, ədəbi və teatr tənqidçisi
Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) deyib ki, yəqin ki, qırxa-
yaq görmüsünüz. Bu həşəran çox sərbəst və qaydasında yeriyir. İndi
siz həmin həşəratın qarşısını kəsib soruşun ki, sən yeriyəndə birinci
hansı ayağını atırsan, sonra hansını? Qırxayaq başlayacaq bu haqda
fikirləşməyə, öz yerişini də çaşacaq.
Müxtəlif “izm”lərlə gənc istedadları çaşdırmaq olmaz. ən gözəl,
ən dəyərli “izm” həyat həqiqətlərinə sadiqlikdir.
* * *
Bakıda Azərbaycan dramaturgiyasına, onun müasir mərhələdəki
vəziyyətinə həsr olunmuş konfrans keçirilirdi. Məruzəçi orta səviy-
yəli pyeslər müəllifi olan bir şəxs idi. Həmin dramaturqu nə əsərin
tərbiyəvi əhəmiyyəti, nə bədii-estetik dəyərləri maraqlandırmırdı;
onu ancaq pul düşündürürdü. Hətta o, bir dəfə bu sətirlərim müəlli-
350


finə dedi ki, qardaş, bax bu pyesi neçəyə qiymət edirlərsə, mən razı.
Pulumu versinlər. İstəyirlər lap cırıb atsınlar. İş burasındaydı ki,
həmin dramaturqun bir neçə pyesi xalq teatrlarında tamaşaya qoyul-
muşdu. Hətta 1951-ci ildə onun qoyunçuluqdan bəhs edən pyesi
Azərbaycan Dövlət Dram Teatrında da oynanılmışdı. Sovet ideolo-
giyasının, qırmızı təbliğatın tüğyan etdiyi vaxt idi. Şəxsiyyətə pərəstiş
davam edirdi. O zaman, Səməd Vurğun həmin dramaturqa rişğənd
ilə demişdi:
– Ayə, vallah, böyük adamsan, sən ki qoyunçuluqdan belə bir
əsər yazmısan, lap dahisən.
Bəli, şair Süleyman Rüstəm bir hekayəsinin başlığına çıxartdığı
bu dramaturq “Səftərəmioğlu” kürsiyə sinə gərib, ağzı köpüklənə-
köpüklənə boş, mənasız, çeynənmiş söz yığımını dinləyicilərin üs-
tünə səpələməyə başladı.
Zalda oturanlar diqqətlərini Səməd Vurğundan yayındırmırdılar.
Onun şəxsiyyətinə, sənətinə hörmət və ehtiram əlaməti olaraq, hərə-
kətlərini təkrar edirdilər. Səməd Vurğun gülür, onlar da gülür dülər.
Səməd Vurğun həyacanlanır, onlar da həyəcanlanır, onlar da bikef
olurdular. Bir də gördülər ki, Səməd Vurğun gözlərini məru zəçinin
ağzına dikib, elə zənn etdilər ki, məruzədə nəsə Səməd Vurğunu ma-
raqlandırıb, onlar da diqqətlə qulaq asmağa başladılar. Birdən Səməd
Vurğun məruzəçiyə: “araxcısanmı, ə?” sualını verdi. məruzəçinin:
“anlamadım, hörmətli Səməd Vurğun?” sualına Səməd Vurğun: “oru-
şuram ki, araxçısanmı?” sualını bir də təkrar etdi. Məruzəçi farağat
komandası alıbmış kimi, düz dayanıb: “yenə başa düşmədim, möhtə-
rəm Səməd Vurğun” deyib fağır görkəm aldı. Səməd Vurğun “deyirəm
ki, araq içənsənmi?” sualını verdi. məruzəçi özünü utanan, çəkinən
kimi göstərib: “xeyir, hörmətli Səməd Vurğun” cavabını verdi. şair
onu qəribə bir tərzdə süzüb: “ə, bəs dişlərin niyə belə sarıdır, hə?”
deyə təhdidedici nəzərlərlə onu süzdü. Demə bayaqdan bəri daxili na-
rahatlıq keçirən şair, əlacsız qalıb diqqətini bu savadsız, fəqət özündən
müştəbeh dramaturq “Səf tərəmioğlu” nun danışığı kimi eybəcər, çirkli
olan dişlərinə yönəldibmiş.
351


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə