Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə109/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   104   105   106   107   108   109   110   111   112

– Salam, ay oğul, səni görəndə ürəyim dağa dönür.
Xoş gördük, ay oğul, necəsən? Uşaqlar yaxşıdırlarmı?
– Səninlə görüşəndə, elə bil adama sevinc payı verirlər.
– Allah səni var eləsin, ay oğul, o günü qulaq asdım sənə, televi-
zorda, Allah saxlasın.
Bəli, Hidayət kişi hər görüşümüzdə məni belə salamlar, mən də
hörmətlə salamını alar, hal-əhval tutar, ürəyimdə bu el ağsaqqalına
dərin bir hörmət duyardım. Hərəkətlərindəki təmkin və astalıq, da-
nışığındaki səmimiyyət və mülayimlik, rəftarındaki həlimlik və tə-
vazökarlıq, sözlərindəki qətiyyət və doğruçuluq məndə xoş duyğular
oyadırdı. Məhəmməd peyğəmbərin, “Səbri, həlimliyi, mülayimliyi
olan şəxsin həm bu dünyada, həm də o biri dünyada payı var” kəla-
mını yadıma salırdı.
Bağ mövsümü başa çatmış, uşaqlar bağdan köçmüşdülər. Sent-
yabır ayının 14-ü bazar günü idi. Elektrik qatarından düşüb təzəcə
bağ yoluna burulmuşdum ki, Hidayət kişi ilə üz-üzə gəldim, salam
verdim. Salamımı çox könülsüz, demək olar ki, ağızucu aldı, keçib
getdi. Dönüb arxasınca baxdım, mənə çox fikirli və qayğılı gö-
ründü, istədim qayıdıb hal-əhval tutum, ancaq fikrimdən daşındım.
Bir həftə sonra Hidayət kişi ilə yenə rastlaşdıq, bu dəfə o, məni gör-
cək yolunu dəyişdi. Varlığımda bir narahatlıq hiss etdim, şübhəli
fikirlər məni narahat etdi. Üçüncü dəfə Hidayət kişinin mənə soyuq
münasibəti şübhələrimi daha da artırdı. Dözə bilməyib onun qolun-
dan tutdum:
– Nə olub, Hidayət dayı? Axı bu nə soyuqluqdur? Bəlkə...
Hidayət kişi sözümü tamamlamağa macal verməyib:
– Bəlkəsi-zadı yoxdur, mən səndən bərk incimişəm. – dedi və
ciddi sınayıcı nəzərlərini üzümdə gəzdirdi.
– Axı nə günahın sahibiyəm? Əgər xoşagəlməz bir iş tutmu-
şamsa, de, səhvimi düzəldim. Sizin kimi gözəl bir insanın, qayğıkeş
qonşunun salamından məhrum olmaq bilirsinizmi nə qədər ağırdır?
Hidayət kişinin tutqun sifəti bir qədər açıldı, lakin ciddiliyini
pozmadan:
359


– Bəli, qonşu, böyük günah sahibisən. Kimdən olsa da, bu hərə-
kəti səndən gözləməzdim.
Ürəyim aramsız döyünməyə başladı. Son bir ayda gördüyüm
bütün işləri xəyalımda canlandırdım. Üzqaraldacaq, günah hesab edi-
ləcək heç nə görmədim:
– Axı, nədi günahım, ay Hidayət dayı? – deyə yazıq-yazıq dil-
ləndim.
– Gedək, göstərim sənin günahını. – deyib, Hidayət kişi qolum-
dan yapışdı və öz bağıma tərəf apardı. Qapını açıb, içəri keçdi. O:
– Bax, budur sənin günahın, – deyə üzüm tənəklərini göstərib,
tərs-təsr mənə baxdı.
O il üzüm tənəklərində bəhər bol olmuşdu, uşaqlar xeyli yemiş,
üzüm şirəsi hazırlamış, qohum-qonşuya da pay vermişdilər. Ancaq
baxan deyərdi ki, bu tənəkdlərin bəhərinə hələ əl vurulmayıb. İri göz
oxşayan mərcan dənəli salxımların bəzisi quma qarışıb çürümüş, bə-
zisi də quruyub tökülmüşdü.
– Kaş ki, nə mən bu bağa nərdivan üçün gələrdim, nə də bunları
görəydim. Adamın ürəyi sancır. Neçə gündür rahat yuxu da yata bil-
mirəm. – deyə Hidayət kişi çürüyüb quma qarışmış üzüm salxımlarını
göstərdi, – əvvəl istədim zəng vurub səni töhmətləndirim. Xasiyyə-
tinə az-çox bələd olduğum üçün fikrimdən daşındım. Gözləyirdim,
gəldiyini görüb qarşına çıxırdım ki, dözə bilməyəcəksən, səbəbini
soruşacaqsan. Çox üzümlərini tələf olmağa qoymamışam. Xeyli
doşab bişirtdirmişəm.
Mən nə deyəcəyimi hələ kəsdirməmiş Hidayət dayının mülayim,
eyni zamanda təlqinedici səsi eşidildi.
– Bilirəm sən də zəhməti sevən insansan. İl boyu bu tənəklərə
necə qulluq etdiyinin şahidiyəm. Onun müqabilində Allah taala sənə
bol bəhər verib, ruzi verib, sən isə onları yığıb yerbəyer eləmək əvə-
zinə, ruziyə xor baxırsan. Bağışla məni, bu o deməkdir ki, Allahın ver-
diyi ruziyə biganə yanaşırsan, bunu isə nə Allah götürər, nə də bəndə.
– Birdən Hidayət kişi nə fikirləşdisə, diqqətlə üzümə baxıb: – oğul,
elə zənn etmə ki, Hidayət dayın bu qoca vaxtında xəsislik edir. Əsla
360


yox. Yadında saxla Qurani-Kərimdə də buyurulub ki, Allah xəsisliyi
sevmir, israfçılara isə nifrət bəsləyir. – Mənim çıxılmaz vəziyyətə düş-
düyümü görən Hidayət daya əlini çiynimə qoyub, gülümsündü: –
oğul, sənə bir hekayət danışacağam, – dedi. Sonra, o salavat çevirib,
sözə başladı: – Rəvayətdir ki, Məhəmməd peyğəmbərin dövründə çox,
halal, zəhmətkeş bir kişi varmış, onun varı-dövləti başından aşırmış;
at ilxısı, qoyun sürüsü, dəvələri, mal-qarası. Ancaq kişi yaşlaşdığı
üçün bu heyvanlara lazımınca qulluq göstərə bilmirmiş. Bir gün həmin
kişi Məhəmməd peyğəmbərə üz tutub buyurur ki, Ya peyğəmbər,
atam, anam sənə qurban, mənim dövlətim çoxalıb, onlara istədiyim
kimi qulluq göstərə bilmirəm, qorxuram o dünyaya üzüqara gedəm.
Sən Allah taaladan rica et bu mal-qaranın yarısını məndən alsın.
Bir neçə gündən sonra Məhəmməd peyğəmbər həmin dövlətliyə
xəbər verir ki, bəs Allah taala buyurur ki, qoy bəndəm bu gündən
uşaqlarına təndir görəyi əvəzinə, sac çörəyi bişirib yedirtsin. Kişi se-
vincək tapşırır ki, ancaq sac çörəyi bişirsinlər. Belə də edirlər. Kişi
fikir verib görür ki, qurumuş sac çörəyi uşaqların əlində ovxalanıb
tökülür. Tez göstəriş verir ki, uşaqların hərəsinə bir ağızlıq torba tik-
sinlər, ovxalanan çörək qırıntıları ora tökülsün. Kişinin varı-dövləti
daha da artır. Əlacsız qalıb yenə Məhəmməd peyğəmbərə müraciət
etməli olur. Bir neçə gündən sonra Məhəmməd peyğəmbər kişiyə
belə deyir: “Ay Allahın istəkli bəndəsi, Allah taala buyurur ki, o
şəxski, bu qədər bacarıqlıdır, zəhmətkeşdir, halalıq sevəndir, tikəsinin
qədrini biləndir, onun varı-dövləti azalmaz”. Bəli, yetişən ruzinin
qədrini bilmək və bunun üçün Allaha şükür etmək lazımdır.
ÜMUMİYYƏTLƏ ƏLA
Təvazökarlıq nə olduğunu bilməyən, özünün dediyinə görə bu
vaxta qədər hər biri 200 səhifəlik 15-dən çox pyes yazan, ancaq hə-
ləlik heç birini işə verə bilməyən (onun fikrincə hələ başa düşülmür,
gələcəkdə əsərlərindən dördəlli yapışacaqlar) bir dramaturq yeni əsə-
rini rəy üçün tənqidçiyə verir. Uzun əzab və əziyyətdən sonra tən-
361


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə