Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə110/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   104   105   106   107   108   109   110   111   112

qidçi, necə deyərlər, canını dişinə tutub, üstündən “4 pərdəli, 12 şə-
killi tarixi dram” sözləri yazılmış 140 səhifəlik yazını birtəhər oxuyur.
Oxuyur ki, pyeslərinin Şekspirin əsərlərindən də quvvətli olduğunu,
çoxlarının onu gözü götürmədiyini, özünü orda-burda tərifləyən, hə-
qiqi pyes müəlliflərinə böhtan atan bu üzdəniraq “dramaturqa” ob-
yektiv cavab versin.
Bəli, onlar görüşürlər, 60-dan çox yaşı olan, hündür boylu, yeri-
yəndə ləngər vuran, alt dodağı sallaq olduğundan danışanda ağzının
suyu tökülən dramaturq yöndəmsiz bədənini yırğalayıb, boyca ondan
balaca olan tənqidçiyə əydi. Mühim bir sirrin üstünü açırmış kimi pı-
çıldadı:
– Görürsən necə əsərdir?! Hələ indiyə kimi belə mövzu olmayıb,
belə əsər yazılmayıb.
Sonra o sağ əlindəki bir yığın kağızı sol əlinə ötürüb başını di-
kəltdi.
– Hələ analar belə oğul doğmayıb, tarix belə dramaturq yetirmə-
yib! – deyə sinəsinə döyməyə başladı.
Bayaqdan bəri həmsöhbətinə heyrətlə baxan, onun psixi xəstə
olduğunu düşünən tənqidçi fürsəti əldən vermək istəmədi:
– Tamamilə doğru deyirsiniz. Tarix belə bir “dramaturq” yetir-
məyib, – deyib diqqətlə onu süzdü.
Tənqidçinin ironiyaya bürünmüş sözlərini həqiqət kimi başa
düşən “dramaturq” kağızlarını qoltuğuna vurub, əllərini sevinclə bir-
birinə sürtdü. Kiprikləri tökülmüş, qırmızıya çalan göz qapaqları ara-
sında xırda gözləri parıldadı.
– Vallah elə birinci görüşümüzdən quşum sənə qonmuşdu, –
deyib onun qolundan tutdu.
Bu vaxt tənqidçi qəribə və anlaşılmaz bir duyğu keçirtdi, yanın-
dakına yazığı gəldi. Mülayim bir tərzdə:
– Bilirsinizmi, sizin yazınız çox uzundur.
“Dramaturq” tez onun sözünü kəsib:
– Bilirəm, bunun eybi yoxdur, – deyə irişdi.
– Hadisələr sünidir, qondarmadır...
– Canım, bu düzələn işdir.
362


– Xarakterlər zəifdir, cılızdır.
– Qadası, onlara can vermək mənim boynuma.
– Diliniz birbaddır.
– Əşşi, ay rəhmətliyin oğlu, bunu düzəltməyə nə var ki?
– Fikir aydın deyil.
“Dramaturq” bir qədər tutuldu. Tənqidçini indicə görürmüş kimi
duruxdu.
– Bilirsən, qardaşoğlu, bu sözü mən çox eşitmişəm. Görünür,
bunu sənə deyən var. Axı, ay pir olmuş, hər şeyi halva eləyib tama-
şaçıya verməzlər ki, qoy onlar özləri də baş sındırsınlar, fikirləşsinlər,
nəticəni özləri çıxarsınlar. Bir də sən bu xırda-para şeylərə bənd olma.
De görüm ümumiyyətlə əsərim necədir?
Tənqidçi bir dramaturqa, bir qoltuğundakı kağızlara baxdı. Sonra
sağ əlinin baş barmağını yuxarı qaldırıb:
– “Ümumiyyətlə, əla! – deyib uzaqlaşdı.
BU İSMAYIL XASİYYƏTLİDİR Kİ...
Hörmətli oxucu, elə zənn etmə ki, söhbət İbrahim peyğəmbərin
oğlu həm daxilən, həm xaricən gözəl, dürlü keyfiyyətlərə malik, əsl
Allah adamı İsmayıldan gedir. Əsla yox, fikirləşirəm ki, nə olaydı,
hər bir şəxs adının mənasını, tarixini biləydi, hər sahədə onu doğrult-
mağa çalışaydı.
Elə bəri başdan deyim ki, haqqında söz açacağım insan İsmayıl
peyğəmbərin oğlu İsmayılla əks qütbdə dayanırdı. Qarınqululuğu,
nəfsgirliyi, acgözlüyü, təkəbbürlüyü, tənbəlliyi, çoxbilmişliyi ilə, nə-
inki yaşadığı məhəllədə, az qala bütün rayonda ad çıxarmışdı. Hər
hansı bir valideyn övladından xoşagəlməz hərəkət görəndə, dost-dost-
dan şübhələnəndə deyərdi: “Sən lap ismayıl xasiyyətdəsənmiş ki.”
İsmayıl necə ismayıl idi, dinləyin. Əvvəldən başlayım. Xaricən
bir qədər yaraşıqlı olan ismayıl 35 yaşına kimi, heç bir işin qulpundan
yapışmır, avara və tənbəl həyat sürür. Bir gün eşidir ki, varlı-dövlətli
Hacı Əli kişi dünyasını dəyişib. Arvadı Mahı iki qız uşağı ilə dul
363


qalıb. Bəli, arı bala, milçək qana, canavar leşə aşiq olan kimi İsmayıl
da vurulur Hacı Əlinin dövlətinə. Tez özünü verir küpəgirən qarıdan
geri qalmayan aradüzəldən, hiyləgər Fatmanisənin yanına. Fikrini
deyir, dərdini açır, xələt boyun olur. Bayır-baca görməyən, sadə, sə-
mimi İsmayıl barədə heç bir məlumatı olmayan 25 yaşlı, gözəl-göy-
çək Mahı Fatmanisənin yalan sözlərinə aldanıb, İsmayıla ərə getməyə
razılıq verir. Aylar ötür, illər dolanır. İsmayıl Hacı Əli kişinin var-
dövlətinin axırına çıxır. Mahı ondan iki qız bir oğlan dünyaya gətirir.
Vəziyyət getdikcə ağırlaşır. Xoşbəxtlikdən Mahının Hacı Əlidən olan
gözəl-göyçək, məlahətli, namuslu, zəhmətsevər, dərin düşüncəli
böyük qızı Türfə Göyçay qəzasının Çiyni kəndindən olan namuslu,
qeyrətli, bacarıqlı bir gənclə xoşbəxt ailə qurur. Kiçik qızı Ruqiyyə
Bakıya gəlib fəhlə-gənclər məktəbinə daxil olur. O da burada sevdiyi
bir oğlanla ailə qurur.
İsmayıl övlad barədə düşünmək belə istəmir. Ögey qızları bir
yana, heç doğma övladlarının taleyi də onu maraqlandırmır. Fikri-
zikri qarnını doydurub, orda-burda yalan danışıb özünü öymək olur.
Qardaşı rəhmətə gedən kimi onun torpaq sahəsini satıb, qoz halva-
sına, qaraciyər qovurmasına verib yeyir. Qardaşının tək oğlu küçə-
lərdə qalır. Onun-bunun qapısında nökərçilik edir; cavankən vaxtsız
dünyasını dəyişir.
Analarının xətrinə İsmayıla bir söz deməyən ona “Əmi” deyə
müraciət edən Türfə də Ruqiyyə də imkanları daxilində onlara kömək
edirlər. Analarının İsmayıl kişidən olan övladlarını özlərinə doğma
bacı-qardaş bilirlər.
MƏN İDİM ONU YEYƏN
İsmayılın naqis xislətləri istənilən qədər idi. Mahının Hacı Əli-
dən olan böyük qızı Türfə Göyçayda anasıgillə yaxın küçədə yaşadı-
ğından ona daha çox görüm-baxım edirdi. Evinə alınan hər şeyi anası
ilə yarı bölərdi, yalnız ərzaqı deyil, qab-qacağı da. Bir gün yenə Türfə
anasıgilə lazımi ərzaqları göndərir. Mahı arvad yaxşı bir aş bişirir.
364


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə