İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

52 
 
ekotiplərinin sərhədləri daxilində isə torpaq (edofik)ekotipləri-edofotipləri ayırmaq 
olar.Edofotiplər  torpaq  şəraitinin  təsiri  altında  yaranır.Müəyyən  biosenoz 
çərçivəsində bir qayda  olaraq    bir növünün  fərdlərinin  məcmusu  senopopulyasiya 
(yalnız  bu  biosenoza  uyğunlaşmış)  əmələ  gətirir.Bundan  başqa,ekosistemlərdə 
polisenotik  populyasiyalar  (bir  neçə  biosenoza  uyğunlaşmış),məsələn,sərbəst 
hərəkət edən heyvanlar da mövcuddur. 
    
Ekotipi vahid tam kimi səciyyələndirən ekologiya növü ( ekotipi)  əmələ gətirən  
fərdlərə  fəza-məkan  yerləşməsi  və  qarşılıqlı  münasibətləri  təhlil  və  qeydiyata 
məruz qalacaq statistik vahidlər kimi baxır.Populyasiyanin ekoloji xüsusiyyətlərinə 
onun  məskunlaşma  yeri  və  ekoloji  taxçası,fərdlərin  sayı  və  sıxlığı,fərdlər 
arasındakı 
populyasiyadaxili 
münasibətlər,biosenozda 
populyasiyalararası 
münasibətlər və s. aiddir.  
 
                 
Fərdlərin sayının populyasiyadaxili nizamlanması 
    
Adətən,populyasiyanın  sıxlığı  müəyyən  bir  optimuma  malik  olur.Bu 
optimumdan  istənilən  sapmalar  (kənaraçıxmalar)  olduqda  populyasiyadaxili 
tənzimləmə  mexanizmi  iş  düşür.  Populyasiyada  dayanıqlı  sabitliyin  bərqərar 
olmasına  imkan  yaradan  əsas  mexanizmlərdən  biri  sıxlıqdan  asılı  olan  amillərin 
təsiridir.Abiotik amillər də populyasiyada ölümlərə təsir göstərməsinə baxmayaraq
müstəqil şəkildə dayanıqlı sabitliyi yarada bilmir.      
    
Müxtəlif    bitki  və  heyvan  növlərində  sayın  tənzimlənməsi  müxtəlif  cür  həyata 
keçirilir.  Buna  baxmayaraq  onların  hər  birində  müəyyən  yollarla  sıxlığın 
optimumu  bərqərar  olunur.Populyasiyanın  sıxlığının  artması  fərdlərin  ölçülərinin  
və  məhsuldarlığının  azalması,ölümlərin  artması,inkişaf  sürətinin  və  cinslərin 
nisbətinin dəyişməsi,populyasiyanın fəal hissəsinin azalması və s. kimi təzahürlərlə 
müşayət  olunur.Bir  çox  hallarda  populyasiyanın  sıxlığının  həddindən  artıq 
yüksəlişi  hannibalizmi  stimullaşdırır.Hannibalizm  bəzi  balıq  növlərində  və  digər 
heyvanlarda müşahidə olunur. 
    Sayın  populyasiyadaxili  tənzimlənməsinin  vacib  mexanizmlərindən  biri  də 
intensivliyi  sıxlığın  artımından  asılı  olan  emiqrasiyadır.Bu  əksər  həşaratlar  üçün 
səciyyəvidir.Bu  həşaratlarda  sıxlığın  müəyyən  kəmiyyətində  fərdlərin  bir  hissəsi 
həmin  arealın  onlar  üçün  daha  az  əlverişli  olan  yerlərə  köçürlər.Məsələn,bəzi 
mənənə  növlərində  populyasiyanın  sıxlığının  artması  başqa  yerə  köçmək 
qabiliyyətinə malik qanadlı fərdlərin meydana çıxması ilə müşayət olunur.Sıxlığın 
kəskin  artması  bir  sıra  məməlilərdə  (xüsusilə  də,siçovulabənzər  gəmiricilərdə)  və 
quşlarda da emiqrasiyaya səbəb olur.  
     Məhdud resurslar uğurunda növdaxili rəqabətin tənzimləyici rolu kifayət qədər 
öyrənilmişdir.Leşlə  qidalanan  milçəklərin  cəsədə  qoyduğu  külli  miqdarda 
yumurtalardan  çoxlu  sayda  sürfə  çıxır  ki,bunların  da  hamısına  qida  çatışmır  və 


53 
 
nəticədə  erkən  ölümlərin  sayı  katostrofik  həddə  çatır.Oxşar  təzahür  bir  çox 
həşaratlarda da müşahidə olunur. 
     Əsas  problemlərdən  biri  isə  «populyasiyanın  minimal  yaşama  qabiliyyəti»-dir. 
Bu  problemin  mahiyyəti    hər-hansı  uzun  dövr  ərzində  populyasiyanın  mövcudlu-
ğuna  təminat  verən  minimal  sayın  müəyyənləşdirilməsindən  ibarətdir  .  Eyni 
zamanda,populyasiyanın  sıxlığının  optimumdan  aşağı  düşməsi  (məsələn,  siçovul-
ların kütləvi şəkildə qırılması) digər fərdlərin daha erkən cinsi yetkinliyə çatmasını 
və nəsilvermə (artıb-törəmə) qabiliyyətinin yüksəlməsini stimullaşdırır.       
  Populyasiyanın  sayını  tənzimləyən  bəzi  mexanizmlər  eyni  zamanda  növdaxili 
rəqabətin  qarşısını  alan    mexanizm  rolunu  da  oynaya  bilər.Məsələn,quş  öz    yuva 
ərazisini  «oxuması»(сəh-cəhi)  ilə  sərhədləyir  (işarələyir)  və  digər  cütlüklər  bu 
sahənin  hüdudlarından  kənarda  yuva  qurur.Bir  çox  məməlilərin  qoyduqları 
nişanələr onların ov sahəsini məhdudlaşdırmaqla bərabər,başqa fərdlərin məskun-
laşması  barədə xəbərdarlıq da edir.Bütün bunlar isə,növdaxili rəqabəti azaldır və 
populyasiyanın  hədsiz  sıxlaşmasının  qarşısını  alır.Populyasiyanın  sıxlığının 
dəyişməsi  reflektor  və  ya  siqnal  təsirinə  malik  ola  bilər.Popuylyasiyanın  sıxlığı 
yüksək  olduqda  bu  siqnal  sayın  nizamlı  yolla  azalmasına,sıxlıq  aşağı  olduqda  isə 
onun  sürətlə  törəməsinə  və  böyüməsinə  gətirib  çixarır.S.S.Şvarts  tərəfindən 
müəyyən edilmişdir ki, suda-quruda yaşayanlar (ikihəyatlılar) və siçovullarda belə 
siqnalizasiya  kimyəvi  təbiətə  malikdir.Bu  fikri  təsdiqləyən  misallı  nəzərdən  keçi-
rək.Əgər,həddindən artıq sıxlığa malik siçovul populyasiyasının yaşadığı qəfəsdəki 
hava  seyrək  sıxlığa  malik  populyasiya  olan  qəfəsə  verilsə,  sonuncuların  fiziolo-
giyasında yüksək sıxlığa malik populyasiyaya səciyyəvi olan istiqamətdə dəyişik-
liklər yaranar.   
    Bitkilərdə  populyasiyanın  sayının  tənzimləyici  mexanizmi  rolunu  növdaxili 
rəqabət  oynayır
.
Bu  adətən,bitkilərin  yüksək  sıxlığı  ilə  bağlı  olur.Toxumların  sıx 
səpilməsi çiximın (məhsuldarlığın

azalmasına səbəb olur ki,bu da kənd təsərrüfatı 
və meşəçilik üçün böyük əhəmiyyətə malikdir.Əksər hallarda eyni növün bitkiləri 
bir-biri ilə işıq və nəmlik uğurunda rəqabət aparır.Səpin sıx olduqda,bitkilərin biri 
digərini  kölgədə  qoyur  və  suyun  miqdarı  məhdud  olduğu  üçün  bitkilər  nəmlik 
çatışmazlığına  məruz  qalır ki,bu da onların  bir  hissəsinin  məhvinə səbəb olur.Bu 
təzahür  daha  çox  tərəvəz  və  meşə  bitkiləri  üçün  səciyyəvidir.Meşələrdə  həmişə 
cavan  bitkilərin  sayı  yaşlı  bitkilərdən  daha  çox  olur.Səhra  bitkilərinin  düzgün 
yerləşməsini
 
nəmlik  uğurunda  növdaxili  rəqabətlə  izah  etmək  olar.İlk  baxışda  elə 
görünür  ki,onları  kimsə  biri-birindən  eyni  məsafədə  əkmişdir.Nəmliyin  nisbətən 
çox  olduğu  yerlərdə  isə  bi  dəqiqlik  pozulur  və  populyasiyanın  seyrəkliyi  itir.
 
Lakin,nəzərə  almaq  lazımdır  ki,populyasiya  özü  də  birliyin  tərkibinə  daxildir  və 
biosenozların  dayanıqlı  mövcudluğu  yalnız  bütün  komponentlərin  müəyyən  bir 
miqdar  nisbətlərində  mümkündür.Həm  ayrı-ayrı  populyasiyaların,həm  də  bütöv-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə