İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

56 
 
getmə)  deyilir.Lakin,suksessiya  yalnız  biotların  dəyişməsi  deyil,bütün  abiotik 
amillər kompleksinin dəyişməsinin tam və dönməz prosesidir. 
 
                   Ekoloji sistemlərdə enerji və onun məhsuldarlığı 
    Yerdə ilkin üzvi maddə əsasən yaşıl bitkilər vasitəsilə günəş enerjisinin təsirin-
dən fotosintez prosesində yaranır.Bu proses enerjinin udulması ilə müşayət oludu-
ğu  üçün  endoergik  proses  adlanır.Termodinamikanın  ikinci  qanununa  görə,bütün 
enerji növləri sonda istslik formasına çevrilir və səpələnir.Bir sıra kimyəvi reaksi-
yalar enerjinin ayrılması və səpələnməsi ilə baş verir.Fotosintez reaksiyası isə ter-
modinamik  qradiyentin  əksinə  olaraq  fotonların  enerjisinin  kimyəvi  rabitə  enerji-
sinə çevirməklə üzvi maddə enerjisinin toplanması prosesidir. 
      Məlumdur ki,bitkilər yaşıl yarpaqlara malikdir.Yaşıl yarpaqlar milyonlarla hü-
ceyrələrdən  ibarətdir.Hüceyrənin  tərkibində  isə  xloraplastlar  mövcuddur.Xloro-
plastlar  isə  xlorofil  molekullarından  təşkil  olunmuşdur.Günəş  işığının  fotonu  xlo-
rofil  molekulu  ilə  qarşılıqlı  təsirdə  olur  və  nəticədə  onun  atomundan  bir  elektron 
sərbəstləşir.Sərbəst elektron xloroplastın daxilində hərəkət edərək adinazindifosfat 
(ADF) molekulu ilə toqquşur və nəticədə ADF molekulu kifayət qədər əlavə enerji 
alaraq  enerji  daşıyıcısı  olan  adinazintrifosfat  (ATF)  molekuluna  çevrilir.Hərəkətə 
gətirilmiş ATF molekulu su və karbon qazının mövcud olduğu hüceyrədə şəkər və 
oksigen  molekulu  alınmasına  səbəb  olur.Bu  zaman  ATF  molekulu  öz  enerjisinin 
bir hissəsini itirərək yenidən ADF molekuluna çevrilir.Bu fotosintez prosesinin sa-
dələşdirilmiş  izahıdır.Burada  digər  mürəkkəb  biokimyəvi  aralıq  prosesləri  də  baş 
verir ki,biz bunlar üzərində dayanmırıq. 
    Beləliklə,bitkilər  atmosfer  havasından  fasiləsiz  olaraq  külli  miqdarda  karbon-2 
oksidi udaraq oksigen ayırır.Atmosferdə sərbəst oksigenin olması ,onun qaz tərki-
binin və müəyyən qaz balansının saxlanması fotosintez prosesinin nəticəsidir. 
    Bitkilərin  fotosintez  nəticəsində  yaratdıqları  illik  enerji  ehtiyatının  miqdarı 
20,9x10
22
kC qiymətləndirilir.Bundan başqa,üzvi maddənin sintezi bakteriyalar va-
sitəsilə də həyata keçirilir.Hesab edilir ki,bakteriyaların fotosintez prosesi Yerdə il-
kin proses olmaqla avtotrofluğun birinci mərhələsidir. 
    Qida zənciri.Biosenoza daxil olan canlı orqanizmlər maddə və enerjinin assim-
liyasiya  xüsusiyyətlərinə  görə  eyni  deyil.Bitkilərdən  fərqli  olaraq  heyvanlar  foto-
sintez reaksiyasına qabil deyillər və günəş enerjisini fotosintetiklərin yaratdığı üzvi 
maddələr vasitəsilə istifadə edirlər.Beləliklə,biogeosenozda maddə və ona ekviva-
lent olan enerjinin ardıcıl olaraq bir orqanizmdən digər orqanizmə ötürülmə zənciri 
əmələ  gəlir  ki,buna  da  trofik  (yun.”trofe”-qidalanıram)  zəncir  və  ya  qida  zənciri 
deyilir.     
Qida zənciri bir-biri ilə qida-istehlakçı əlaqələri ilə bağlı olan bitki,heyvan,göbələk 
və mikroorqanizmlər silsiləsidir. 


57 
 
    Qeyri-üzvi maddədən ilkin üzvi maddə yaradan və öz orqanizmlərini heç bir va-
sitəçi olmadan quran orqanizmlərə (əsasən bitkilərə) avtotroflar və ya produsentlər 
deyilir.Mineral komponentlərdən üzvi maddə sintez edə bilməyən və öz orqanizm-
lərini qurmaq üçün produsentlərin yaratdığı üzvi maddədən istifadə etməyə məcbur 
olan orqanizmlərə heteretroflar (başqaları ilə qidalanan) və ya konsumentlər (lat-
”konsumo”-istehlak edirəm) deyilir.Beləliklə,produsentlər və onlarla qidalanan 
konsumentlər trofik zəncirin ilk iki həlqəsini təşkil edirlər.Lakin,bütün orqanizmlər 
öz fizioloji təlabatını ödəmək üçün qidasında təkcə bitkilərdən deyil,eyni zamanda 
digər heyvanların orqanizmindən (ətindən) də istifadə edə bilər.Belə olduqda,bu 
heyvanlar ikinci qəbildən olan konsumentlər sayılırlar.Qida zənciri bununla bitmə-
yə də bilər,ikinci sıra konsumentlər özləri də üçüncü qəbildən ilan konsumentlərin 
qida mənbəyinə çevrilə bilər və s.                                       
    Qida zəncirləri nisbətən sadə və qısa (məs.ot-həşarat-qurbağa-ilan-yırtıcı quş) 
ola bilər.  Qida zəncirində hər bir həlqədəki orqanizm özündən əvvəlki orqanizmi 
yeyir (qidalanır) və beləliklə də təbiətdə maddələr dövranının əsasını təşkil edən 
enerji və maddənin zəncirvari ötürülməsi baş verir. Bir həlqədən digərinə 
ötürülərkən enerjinin əsas hissəsi (80...90%) istilik şəklində səpələnir.Məhz, bu 
səbəbdən də qida zəncirində həlqələrin sayı məhduddur və adətən 4...5-dən çox 
olmur. 
Müxtəlif  trofik zəncirlər öz aralarında ümumi həlqələrlə bağlıdır və trofik şəbəkə 
adlanan çox mürəkkəb sistem təşkil edirlər. 
    Qidalanma  prosesində  bütün  trofik  səviyyələrdə  “tullantılar”  əmələ  gəlir.Yaşıl 
bitkilər  hər  il  qismən  və  ya  tamamilə  yarpaqlarını  tökürlər.Orqanizmlərin  bir  his-
səsi  bu  və  ya  digər  səbəblərdən  məhv  olur.Sonra  isə  yaranmış  üzvi  maddə  hissə-
hissə  və  ya  bütövlükdə  yenisi  ilə  əvəz  olunur.Bu  əvəzləmə  trofik  zəncirin  xüsusi 
həlqəsi-redusentlərin (lat.”reduksio”-qaytarma) fəaliyyəti nəticəsində baş verir.Re-
dusentlər (bakteriyalar,göbələklər,xırda onurğasızlar və s.) öz həyat fəaliyyəti pro-
seslərində bütün trofik səviyyələrin produsent və konsumentlərinin üzvi qalıqlarını 
mineral maddəyə qədər parçalayır. 
    Məsələn,torpağa  daxil  olan  bitki  qaliqlarının  parçalanma  məhsulu  45%  oksi-
gen,42%  hidrogen,  6,5%  azot  və  1,5%  kül  elementləri  adlanan  kalsium,sili-
sium,kalium və fosfordan ibarətdir. 
    Məlumdur  ki,bütün  üzvi  maddələr  müəyyən  enerji  miqdarına  ekvivalentdir.De-
məli,biogeosenozda  trofik  zəncir  eyni  zamanda  energetik  zəncirdir.Yəni,Günəş 
enerjisinin  produsentlərdən  digər  həlqələrə  ardıcıl  və  nizamlı  şəkildə  ötürülməsi-
dir.Maddənin  ekvivalent  olduğu  enerjini  üzvi  maddənin  kimyəvi  rabitələrini  qır-
maqla çıxarmaq olar.Bunun üçün də müəyyən enerji sərf etmək lazımdır.Akademik 
S.S.Şvarts biogeosenozu “maddə və enerjini transformasiya edən maşın” adlandır-
mışdır.Aydındır ki,enerji iş görmək qabiliyyəti kimi müəyyən olunur və Coullarla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə