İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

63 
 
    Böyük (qlobal) dövran yüz minlərlə və ya milyon illərlə davam edir. 
    Kiçik  dövran  böyük  dövranın  tərkib  hissəsi  olmaqla  biogeosenoz  səviyyəsində 
baş verir.Belə ki,torpağın qida maddələri,su və karbon fotosintez nəticəsində bitki 
maddəsində  toplanaraq  onların  həyat  fəaliyyətini  təmin  edir,produsent  və  konsu-
mentlərin orqanizmlərinin qurulmasına sərf olunur.Üzvi qalıqlar torpaqda mikro-                
 
flora və mezofauna tərəfindən mineral komponentlərə qədər parçalanaraq  yenidən 
bitkilər tərəfindən mənimsənilərək maddə axımına cəlb olunur. 
    K.Ber canlı orqanizmlərin tərkibinə bir dəfə daxil olmuş sadə kimyəvi cisimlərin 
“saxlanma” qanununu müəyyən etmişdir ki,bunu da Vernadski obrazlı şəkildə belə 
ifadə etmişdir:”Canlı maddənin hər-hansı formasına bir həyat burulğanı ilə tutula-
raq daxil edilmiş atomlar biosferin cansız materiyasına çox çətinliklə qayıdır və ya 
heç qayıtmır.”Bu qanuna görə,canlı materiyada qalan və cansız materiyaya qayıt-
mayan  daim  hərəkətdə,miqrqsiyadadır.Başqa  sözlə,canlı  maddənin  fəaliyyətinin 
əsasını maddələrin biotik dövranı təşkil edir. 
    Biotik dövran üç əsas orqanizmlər qrupunun qarşılıqlı təsiriləri ilə təmin olunur:  
ilkin üzvi maddəni yaradan fotosintetiklər-produsentlər;ilkin üzvi maddənin isteh-
lakçıları-konsumentlər;ölü üzvi qalıqları minerallara qədər parçalayan redusentlər-
destruktorlar (Şəkil7.2.). 
    Beləliklə,biotik  dövran  üzvi  maddənin  yaranması  və  destruksiyasının  fasiləsiz 
prosesidir.O,hər  üç  orqanizmlər  qrupunun  nümayəndələri  tərəfindən  həyata 
keçirilir.Yəni,produsentlər olmadan həyat mümkün deyil,çünki onlar həyatın əsası 
olan ilkin üzvi maddəni yaradır.Konsumentlər ilkin,ikinci,üçüncü və s.sıradan olan 
məhsuldarlığı isrehlak edərək üzvi maddəni bir formadan digərinə çevirərək Yerdə 
həyatın  müxtəlifliyini  yaradır.Nəhayət,redusentlər üzvi  maddəni  mineral  maddəyə 
qədər 
parçalayaraq,onu 
dövranın  başlanğıcına  qaytarır.Biotik  dövranın 
hərəkətverici qüvvəsi isə Günəş enerjisidir. 
    Kimyəvi  maddələrin  (elementlərin)  günəş  enerjisinin  iştirakı  ilə  canlı 
orqanizmlərdən  (bitki,heyvan)  keçərək  yenidən  qeyri-üzvi  mühitə  qayıtması 
biokimyəvi dövran adlanır. 
    İstənilən  bioloji  dövran  atomların  təkrarən  canlı  orqanizmlərə  daxil  olması  və 
bilavasitə  yenidən  ətraf    mühitə  çıxması  ilə  səciyyələndirilir.Həmin  atomların 
orqanizmlərə qoşulma (daxil olma) sürəti və onların biokütlənin tərkibində qalma 
müddəti  ayrı-ayrı  ekosistemlər  üçün  müxtəlifdir.Ona  görə,bioloji  dövranı  əsasən 
iki göstərici ilə səciyyələndirmək olar: 
1.bioloji  dövranın  tutumu-ekosistemdəki  canlı  orqanizmlərin  tərkibində  eyni 
zamanda olan kimyəvi elementlərin miqdarı; 
2.bioloji  dövranın  sürəti-vahid  zaman  kəsiyində  ekosistemdə  yaranan  və 
parçalanan canlı maddənin miqdarı. 


64 
 
    Bioloji dövranların sürəti quruda on illərlə,hidrosferdə isə günlərlə,həftələrlə ola 
bilər.Böyük və kiçik dövranlarda hər  bir  elementin özünəməxsus  miqrasiya  sürəti 
vardır. 
Karbonun  dövranı.Bütün  digər  elementlər  kimi  karbonun  (C)  da  dövranı  böyük 
və kiçik tsikllərlə baş verir.Karbonun biotik dövranı böyük dövranın tərkib hissəsi 
olmaqla,orqanizmlərin  həyat  fəaliyyəti  ilə  bağlıdır.  Atmsferdə  CO
2
    şəklində 
(23.5x10
11
  t)  olan  karbon  bitkilərin  fotosintezi  üçün  “  xammal  “  olmaqla    üzvi 
maddənin yaranmasında iştirak edir və sonradan bitki maddəsi ilə birlikdə müxtəlif 
trofik  səviyyələrdə  konsumentlər  tərəfindən  mənimsənilir.  Bitki,  heyvan  və 
redusentlərin  (  destruktorların  )  tənəffüsü  zamanı  karbon  CO
2
  şəklində  yenidən 
atmosferə  qaytarılır.  Karbonun  müəyyən  hissəsi  isə  “ölü”  üzvü  maddədə  toplanır 
və  sonradan  faydalı  qazıntı  (mədən,  yataq)  halına  çevrilir.  Daş  kömür,  torf  və.s. 
keçmiş  geoloji  dövrlərin  bitkilərinin  fotosintezi  nəticəsində  yaradılmış  üzvi 
maddələrdir.   
    Yeraltı  qatlarda  yerləşən  yanacaq  növərini  çıxararaq  onları  yandırmaqla  insan 
akumliyasiya olunmuş günəş enerjisini azad edir. Yanacağın yanması zamanı CO
2
  
şəklində  karbon  ayrılır.  Bu  zaman  karbonun  bioloji-texniki  adlanan  dövranı  baş 
verir.  
     Əsas  karbon  kütləsi  okeanın  dibindəki  karbonat  çöküntülərində  (yataqlarında) 
(1,3x10
16
  t),kristal  suxurlarda  (1x10
16
  t),daş  kömür  və  neftdə  (3,4x10
15
  t)akum-
iliyasiya  olunmuşdur  (toplanmışdır).Məhz,bu  karbon  tədricən  geoloji  dövranda 
iştirak edir.                                                                                                                                     
    Yerdə  həyat  və  atmosferin  qaz  tərkibi  isə  bitki  və  heyvanların  toxumalarında 
olan (5x10
11
t),kiçik dövranda iştirak edən,nisbətən az miqdarda karbonun hesabına 
saxlanılır      
    Biosferdə  karbonun  tam  dövrü  300  il  təşkil  edir.Yəni,bütün  karbon  qazı  bu 
müddət ərzində canlı maddədən keçir. 
Azotun  dövranı.  Atmosfer  havasının  80%-ə  qədərini  azot  təşkil  edir.Onun  bir 
hissəsi qeyri-üzvi birləşmələr şəklində torpaqda və suda (nitritlər,nitratlar və s.),bir 
hissəsi  isə  üzvi  birləşmələr  şəklində  bitki  və  heyvan  mənşəli  zülalların  və  amin 
turşularının tərkibindədir. 
    Azotun  böyük  dövranı  atmosfer  və  qurunu  əhatə  etməklə  kiçik  dövranların 
məcmusundan 
ibarətdir.Azot 
dövranının 
mahiyyəti 
ondan 
ibarətdir 
ki,orqanizmlərin  cəsədləri  və  ya  qida  qalıqları  bakteriyaların  iştirakı  ilə 
amonyaklaşma  və  nitritləşmə  proseslərinə  məruz  qalır  və  ardıcıl  olaraq 
amonyak,nitrat  və  nitritlər  əmələ  gəlir.Nitrat  və  nitritlərin  bir  hissəsi  bitkilər 
tərəfindən  asimiliyasiya  olunur,bir  hissəsi  isə  azot  oksidi,azot  və  sərbəst  azota 
qədər  bərpa  (denitrifikasiya)  olunaraq  yenidən  atmosferə  qayıdır.Torpaqdakı 
sərbəst azot da  bitkilər tərəfindən mənimsənilə bilər.Lakin,bu proses bitki kökləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə