İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

82 
 
litorin),amerika arısı və s.-də müçahidə olunmuşdur.Müxtəlif növlərin qocalma 
əlamətlərinin oxşarlığı və vaxtından əvvəl qocalma sindromlarının (Xatçinson-
Hilford və Verner xəstəlikləri) mövcudluğu qocalmanın genetik determinasiya 
olunmuş bir proses olduğunu söyləməyə əsas verir. Xatçinson-Hilford sindromu 
zamanı 6 yaşlı uşaq yaşlı insan kimi görünür(onlarda saçlar tam tökülür,boy artımı 
dayanır,qocalıq qrışları əmələ gəlir)və 10-13 yaşlarında ölürlər. Verner sindromu 
zamanı isə qocalma cinsi yetkinlik dövründə başlayır.28 yaşlı adam60 ilə bərabər 
bioloji yaşa malik olur və 30...40 yaşında ölür(A.A.Moskalyov,2008). 
    Ölüm «proqramı» təbiətdə necə yaranmışdır və nə üçün lazımdır? 
    Məlumdur ki,həyat prosesində fərdin DNT-si müxtəlif amillərin təsirinə məruz 
qalır ki,bu da zədələnmələrin (mutasiyaların)yaranmasına səbəb olur.Fərd nə qədər 
uzunömürlü olarsa, o daha çox mutasiyalar toplana bilər ki,bu mutasiyaların da 
artıb-törəmə prosesində yeni nəslə ötürülməsi riski yaradır. Qocalma ilə reallaşan 
vaxtında ölüm-fenoptoz bu nöqsanı aradan qaldırmağa kömək edir.Lakin,qocalma 
və ölüm proqramının meydana çıxma mexanizmi dəqiq məlum deyil və belə bir 
mexanizmi təsəvvür etmək də çox çətindir.Təsəvvür etmək olar ki,fərd nə qədər 
qocadırsa,onun verdiyi nəsil də bir oqədər zəif olacaqdır.Ancaq, XX əsrin 60-cı 
illərində bir sıra növlər üzərində aparılmış müşahidələr göstərdi ki,özunömürlü 
qoca valideynlərdən alınan nəslin ömrü cavan valideynlərdən alınan nəslin 
ömründən uzun olur.Son elmi məlumatlar da göstərir ki,fərdin həyat tsiklinin 
sonlarında verdiyi nəsil digərlərindən 30% uzun yaşayır(A.A.Moskalyov,2008).   
    Ölümdə yaxşı nə var? Doğurdanmı,ömrün uzunluğunun məhdudiyyəti 
populyasiyaya və bütövlükdə növə fayda gətirir?  
      V.P.Skulaçyev tərəfindən təklif  olunmuş,biologiyanın samuray qanununa 
görə,populyasiyaya zərərli olmaqdansa,ölmək yaxşıdır.Lakin,ölüm proqramlarını 
bu qanunla izah etmək olarmı? Məsələn,sakit okean qızılbalığının-qorbuşanın-kürü 
tökmədən sonra ölməsi.Məlumdur ki,Sakit okean sularında yaşayaraq piy toplayan 
qorbuşa çaylara can ataraq burada kürü tökür və bir neçə həftədən sonra ölür.Uzun 
müddət belə hesab edirdilər ki,qorbuşanın ölümünə səbəb uzun məsafə üzərək 
gücünü tükətməsi ilə bağlıdır.Təkamülşü ədəbiyyatlarda nəsil artırmaq üçün 
kürütökmə yerinə üzərək həyatını qurban verən qorbuşadan heyranlıqla bəhs 
edirdilər.Ancaq,hələ o vaxtlar məlum idi ki,bir çox hallarda baliqlar topladıqları 
piyin yarısını belə sərf etməməsinə baxmayaraq ölürlər.Sonralar məlum oldu ki, 
qorbuşaların kütləvi ölümü böyrəküstü vəzlərdəki hormonların siqnal rolu oynadığı 
sürətli qocalmanın (bütün əlamətlər üzrə) nəticəsidir.Əgər,böyrəküstü vəzlər 
kənarlaşdırılarsa,baliqlar yaşamağa davam edər.Bu kəşvdən sonra,qorbuşaların 
ölümünün bioloji məğzi barədə fikirlər dəyişdi.Əvəzində belə bir izah təklif 
olundu:ölü balıqlar üzvi maddələrlə zəngin olmayan şimal çayları üçün gübrə 


83 
 
rolunu oynayaraq şömçəquyruqları (yeni əmələ gələn xırda balıqları) qida ilə təmin 
edirlər.Bu hipotez də əvvəlkilər kimi,yalandan başqa bir şey deyildi. 
    Birincisi,qorbuşa təkcə şimal çaylarında deyil,həmçinin də üzvi maddələrlə 
zəngin cənub çaylarında(Koreya,Hokkoydo,Kaliforniya) da kürü tökür ki,barada 
da ölü balıqların yaratdığı izafi üzvi maddələr suyun keyfiyyətinə və hətta qruntun 
təmizliyinə həssas olan xırda balıqlara zərər vura bilər. 
    İkincisi,balıqlar kürü tökdüyü yerdə axının sürəti 1m/san.-dən artıq olur.Bu cür 
axında cəsədlər həmin andaca su ilə üzü aşağı axır və kimin üçün qidaya 
çevriləcəyi də məlum deyil.Xırda balıqlar isə «evlərini» yalnız 80...120 gündən 
sonra tərk edərək dənizə köçürlər. 
    Üçüncüsü,tezliklə özünü dənizə atan xırda qorbuşanın mədəsində aparılmış 
tədqiqatlar müəyyən etmişdir ki,bu balığlar şirin suda demək olar ki.qidalanmırlar 
və yalnız öd kisəsindəki ehtiyatla kifayətlənirlər. 
    Bu nöqteyi-nəzərdən atlantik qızılbalığı somğa fərqlənir.Bu növ daha soyuq 
çaylarda kürü tökür və xırda balıqlar şirin sularda fəal sürətdə onurğasızlarla 
qidalanaraq burada bir ildən də artıq müddətdə qalırlar.Lakin,atlantika qızılbalığı 
kürü tökdükdən sonra ölməyə proqramlaşdırılmamışdır.Buna görə də ,onlar 
həyatında 5-6 dəfə nəsil artıra bilirlər(D.Faşuk,2007,İ.Y.Popov,2008).Tamamilə 
bunların əksi olan davranışa malik qızılbalıqıar da var.Arktika qızılbalığı kürü 
tökdükdən sonra  kürü tökdüyü yerdə çox ləngiyir və qida çatışmadıqda öz 
balaların hücum edərək onları yeyir. 
    Qorbuşa samuray davranışının yeganə nümunəsi deyil.Meksika aqavası on il 
yaşadıqdan sonra generativ budaqlar buraxır və tezliklə toxumlar yetişən kimi ölür.  
Bu cavan pöhrələr kəsilib atıldıqda aqava bir ildən sonra yenidən uzanmağa 
(böyüməyə)  başlayır.Bu  prosesi hər il davam etdirməklə aqavanın ömrünü 100 
ildən də artıq uzatmaq olar.Destruktiv dəyişikliklərin anoloji ləngimələrini birillik 
bitkilərdə də  (yabanı lalədə,çin astrası və s.) qönçələri qırmaqla  yaratmaq olar. 
Cütləşmənin qarşısını almaqla bəzi.kəpənək növlərinin (
Fumea crassiorella)də 
qocalmasını və ölümünü ləngitmək olar (A.B.Koqan,1977). 
    Ölüm növə hansı faydanı verir? 
    Adətən,hesab edirlər ki.populyasiyanın sıxlığı nə qədər çox olarsa.fərdlər 
arasında qida və fəza-məkan uğurunda rəqabət də bir o qədər kəskin olar.Təbii 
seçmə nəzəriyyəsinə görə,belə şəraitdə daha yaxşı uyğunlaşmış və daha güclü 
fərdlər üstünlük qazanır və bütövlükdə sıxlığın artması ilə ölümlərin sayı artmalıdır 
ki,bir sıra hallarda da bu müşahidə olunur.Lakin,bu həmişə belə olmur.Məsələn, 
Leucaniya separata kəpənəyini yumurtadan çıxdıqdan sonra təcrid olunmuş 
şəraitdə saxladıqda 5 gündən artıq yaşamır.Onları qrup halında saxladıqda 
maksimal ömürləri 28 günə çatır ki,bu da əvvəlkindən 5 dəfə artıqdır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə