İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

98 
 
Respublikamızda  davamlı  inkişafın  təmin  olunması  baxımından  bioloji 
müxtəlifliyin  qorunması  üçün      aşağıdakı    strateji    tədbirlərin    həyata  keçirilməsi  
məqsədəmüvafiqdir: 
-  Biomüxtəlifliyin  qorunmasına  yönəldilmiş  bütün  ekoloji  proseslərə,  beynəlxalq 
konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq; 
 
-  Bioloji  müxtəlifliyin  əhəmiyyətli  komponentlərinin  müəyyənləşdirilməsi  və 
onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi
-  Biomüxtəlifliyin  vəziyyətinin  monitorinqi  üçün  ölkələrin  flora  və  faunasının 
Qırmızı və Yaşıl Kitiablarının tərtibi və yeniləşdirilməsi; 
-  Xüsusi  mühafizə olunan ərazilərdə  müxtəlif  qorunma  statusuna  malik olan  bitki 
və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması; 
-  Nadir  və  kökü  kəsilməkdə  olan  bitki  və  heyvan  növlərinin  genefondunun 
qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii  ərazilərdə, botanika 
bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması; 
- Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına 
düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması; 
- Biomüxtəlifliyin qorunması məqsədilə  yeni milli parkların yaradılması. 
Səhralaşmaya  qarşı  mübarizə.  Azərbaycan  Respublikası  BMT-nin  Səhralaşmaya 
qarşı  mübarizə  Konvensiyasını  1998-ci  ildə  ratifikasiya  etmişdir.  Səhralaşma  ilə 
mübarizəyə  dair  milli  fəaliyyət  planının  hazırlanması  layihəsi  üzərində  işlər 
başlanmışdır.  Layihənin  yekunu  kimi  səhralaşmaya  qarşı  milli  fəaliyyət  planı 
hazırlanacaqdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirəcəkdir.  
 Bu  konvensiyanın  tələblərinin  həyata  keçirilməsinin  respublikamız  üçün  böyük 
əhəmiyyəti  vardır.  Belə  ki,  qlobal  iqlim  dəyişmələri  nəticəsində  baş  vermiş 
istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin 
azalması  quraqlığa  gətirib  çıxarır  ki,  bu  da  səhralaşma  prosesinin  sürətlənməsinə 
səbəb  olur.  Bütün    bu  səbəblərə    görə    səhralaşmaya  qarşı  mübarizə  üzrə  milli 
səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi  məqsədəmüvafiqdir: 
- Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması; 
- Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata 
keçirilməsi; 
-  Səhralaşmaya  qarşı  mübarizə  işlərinin  effektivliyinin  yüksəldilməsi  məqsədilə 
proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması; 
-  Qlobal  ekoloji  problemlərin  qarşılıqlı  mənfi  təsirinin  qiymətləndirilməsi  və 
müvafiq əks tədbirlərin həyata keçirilməsi; 
- Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması. 


99 
 
 Yuxarıda  göstərilən  strateji  tədbirlərin  həyata  keçirilməsi    mövcüd  ekoloji 
problemlərin  həll  edilməsi    və  respublikamızın    davamlı  inkişaf  yoluna  
keçməsində mühüm mərhələ  olacaqdır. 
 
                                   Qırmızı kitab 
    Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk 
növləri haqqında məlumat toplanan kitabdır.  
    Qırmızı kitab vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur.  
Beynəlxalq Qırmızı  kitaba dünyada nadir və nəsli kəsilmək qorxusu yaranmış 
bitki və heyvan növləri daxil edilir. Həmin növlər təbiətin qorunması üçün ictimai 
əsaslarla yığılan Beynəlxalq fond (vəsait) hesabına öyrənilir. Milli Qırmızı kitablar 
konkret dövlətin ərazisindəki fauna və floranı qorumağa xidmət edir. Məsələn, 
Azərbaycanın Qırmızı kitabı, Rusiyanın Qırmızı kitabı və s. Ərazisi geniş və təbii 
kompleksləri müxtəlif olan ölkələrdə milli Qırmızı kitabdan əlavə regional Qırmızı 
kitablar da tərtib edilir. 
Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və ya heyvan növü hansı ölkənin 
fauna və florasına daxildirsə, həmin ölkənin milli Qırmızı kitabına mütləq daxil 
edilməlidir. Məsələn, ceyran və doydaq Beynəlxalq və Azərbaycan Qırmızı 
kitabına daxil edilmişdir. Qırqovul və qaranaz Azərbaycanda az, başqa ölkələrin 
təbiətində çox olduğundan Azərbaycannın milli Qırmızı kitabına daxil edilməklə 
məhdudlanır. Nadir və nəslinin kəsilmək təhlükəsi olan növlərin çoxunu bir neçə 
ölkənin Qırmızı kitablarına daxil etmək lazım olur. 
     Qırmızı kitabda hər bir növün statusu, əhəmiyyəti, qısaca təsviri, yayılması, 
yaşama yeri, sayı və onun dinamikası, bioloji xüsusiyyətləri, süni şəraitdə 
çoxaldılması, ehtiyatını bərpa etmək üçün həyata keçirilmiş və keçirilməsi vacib 
olan tədbirlər göstərilir. Beləliklə, Qırmızı kitabın məzmunu adi kitablardan kəskin 
fərqlənir. 
    Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq 
ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə 
uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər 
konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal 
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir. 
    1948-ci ildə Beybəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) dünyanın əksər 
ölkələrinin təbiəti mühafizə ilə məşğul olan dövlət, ictimai və elmi təşkilatlarını 
birləşdirərək bu işlərə rəhbərliyi öz üzərinə götürdü.BTMİ-nin ilk qərarlarından 
biri 1949-cu ildə nadir növlər üzrə Komissiya (ing.Species Survival Commission) 
yaratmaq oldu. 
     Komissiyanın əsas vəzifələrinə nəsli kəsilməkdə olan nadir bitki və heyvan 
növlərinin vəziyyətinin öyrənilməsi,beynəlxalq və millətlərarası konvensiya və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə