105
ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir.
Respublikamızın “Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar
verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların “Qırmızı
kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır.
Respublikamızın “Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8
min başa
çatmışdır. Adı “Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə
qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600
heyvan növünün qırılmaq təhlükəsi var.
Qırmızı kitaba düşmüş bitkilər
Hirkan şümşadı Dəmirağac Şabalıdyarpaq palıd
Hirkan ənciri Hirkan armudu
Xəzər lələyi
İkək akasiyası Qafqaz xurması Ürəkyarpaqlı qızılağac
Budaqlı danaya Hirkan bigəvəri Eldar şamı
Qafqaz rododendron Çoban sarmaşığı Laqodex acıçiçəyi
Təmiz kladoxeta Qaraçöhrə Şərg çinarı
Qafqaz xədicəgülü Məxməri gərməşov Naxçıvan gəvəni
Araz palıdı Xəzər zəfəranı Su zanbağı
Qafqaz dəmirağacı
Qırmızı kitaba düşmüş heyvanlar
Talış qırqovulu Hirkan arıquşu
Qara leylək
Qıvrımlələk qutan Mərmər cürə Ağquyruq Dəniz qartalı
Məzar qartalı Berkut Laçın
Turac Forel balığı Təkə
Köpgər (qaranaca) Muflon Qafqaz tetrası
Qafqaz uları Bəbir Çöl qartalı
Ardıc ağıriyli Şahin Toğlugötürən
Çəhrayı qutan Bəzgək Dovdaq
Sultan toyuğu Ərsindimdik Qızılqaz
Qırmızıdöş qaz Fısıldayan qu Kiçik qu
Ceyran Çökəkburun cüllüt Ağquyruq çökəkburun
Çöl haçaquyruq cüllütü Turan pələngi Göl pişiyi
Ön Asiya bəbiri Zaqafqaziya dağ qoyunu
Zaqafqaziya bezoar keçisi
Zaqafqaziya qonur ayısı Zolaqlı kaftar Vaşaq
Manul pişiyi Adi uzunqanad Cənub nalburnu
Enliqulaq bükükdodaq Sarıqlı safsar Suriya sarımsaq qurbağası
Adi triton Daraqlı triton Adi (boz) quru qurbağası
Kiçik Asiya gürzəsi Eskilon ilan Zaqafqaziya təlxəsi
Aralıq dənizi tısbağası Xarabalıq kələzi Qızılı mabuya
Zolaqlı çılpaqgöz Ox-ilan Zaqafqaziya takır girdəbaşı
106
Ağ durna Baloban Toğlugötürən
Şahin Cek
Çay qaraquşu
İlanyeyən Xəzər uları Tetraçalan
Türküstan tüviki Qaraqarın bağrıqara
Ağboğaz bülbül
Səhra qar quşu Dağ keçisi İncədimdik kronşnep
Azərbaycan RespublikasınınDövlət qoruqları
Dövlət Təbiət Qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və
obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və
hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi
tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət qoruqlarının
torpaqlarından, habelə onun hüdudlarında olan sulardan, bitki və heyvanlar
aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
Göy-Göl dövlət təbiət qoruğu - 1925-ci ildə Azərbaycanda yaranan ilk
qoruqlardan biridir. Qoruq statusu bir neçə dəfə ləğv edilmiş və 1965-ci ildə
yenidən yaradılmışdır. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz
silsiləsinin şimal ətəklərinin subalp qurşaqlarında təbiət komplekslərinin qorunub
saxlanılmasıdır. Ümumi sahəsi 6739 hektar olan qoruğun əsas hissəsi meşə örtüklü
ərazidir. Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş növləri ilə zəngindir.
Heyvanlardan - nəcib Qafqaz maralı, qonurayı, cüyür, vaşaq, quşlardan
toğlugötürən, qara quzğun, dağ kəkliyi, Xəzər iları və s. göstərmək olar. Su
hövzələrində forel balığı vardır. 420-dən artıq bitki növləri vardır, onlardan 20-si
endemikdir.
Qızılağac dövlət təbiət qoruğu - 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin
cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının
qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Qoruq YUNESKO-
nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-
bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasın Siyahısına daxil edilmişdir.
Respublikanın "Qırmızı kitabı"na düşən quşların əksər növləri qoruqda və sərhəd
ərazildərdə müşahidə olunur. Burada 248 növ quşlara rast gəlmək olar. Qoruqda
çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər
məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır
Zaqatala dövlət təbiət qoruğu - Qoruq Baş Qafqaz sıra dağlarının cənub
ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu
ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və
hazırda 23,8 min hektardır. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqazın
cənub yamaclarının subalp bitkilərinin, alp və nival qurşaqlarının təbiət
komplekslərinin qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron, fıstıq,