İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

109 
 
endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır. 
Eldar Şamı ərazisi (392 ha) 1967-ci ildən Göy-göl dövlət təbiət qoruğunun filialı 
kimi fəaliyyət göstərmişdir. 
 
         Mövzu 9:Elmi-texniki tərəqqi və qlobal ekoloji problemlər
 
   XX  əsrin  ikinci  yarısından  başlayaraq    bəşəriyyət  qarşısında  bir  sıra  ekoloji 
problemlər  baş  qaldırmışdır  ki,bunlar  da  istər  Afrikada,Avropada  və  ya 
Amerikada,şəhərdə və ya kənddə yaşamasından asılı olmayaraq hamımıza toxunan 
çətinliklərdir.Bu çətinliklərdən qaçmaq isə heç kəsə müəssər deyil.Bu problemləri 
həll  etmək  üçün  bütün  insanlarln  öz  intellektual  və  mənəvi  qüvvəsini  səfərbər 
etməsi vacibdir.Bütün insanlığın gələcəyi məhz bundan asılıdır. 
    Planetimiz öz tarrixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşdur.Yalnız 
kollektiv  zəka,şüur  və  iradə  ortaya  qoymaqla  qəza  və  təhlükələri  dəf  edərək 
sivilizasiyanın gələcək inkişafına yol açmaq olar. 
    Şətinliklərdən,bədbəxtliklərdən,fəlakətlərdən 
və 
mümkün 
qəzalardan 
danışmaqda  məqsədimiz  insanlarda  dəhşət    hissi  yaratmaq  deyil,tamamilə 
əksinə,müasir elmin və insan zəkasının imkanlarını Sizlərə göstərməkdir. 
    İnsan  qarşısına  çıxan    təhlükədən  qaçmaq  üçün  onun  barəsində  əvvəlcədən 
xəbərdar  olmalıdır  ki,çıxış  yolu  axtarsın.Məhz  əvvəlcədən;məhz  “vaxt  amili” 
burada  həlledici  rol  oynayır.Nə  qədər  tez    ağıllı  fəaliyyət  üsulu  taparıqsa,bir  o 
qədər  də  az  insan  öz  gələcəyi  üçün  narahatlıq  keçirər.İstərsə  başa 
düşməzlikdən,dərk  etmədən,istərsə  də  digər  səbəblərdən  yeni  yollar  axtarışında 
ləngimələr bütün insanlar üçün həqiqi“faciəyə”səbəb ola bilər.Ona görə də,istərdik 
ki,insanlarda zəkanın gücünə inamla bərabər,eyni zamanda da gələcəyimiz naminə 
həyacan hissi də olsun. 
    Hər  zaman  yadda  saxlamaq  lazımdır  ki,imkanlar  hələ  reallıq  demək 
deyil.Ümumi  məqsədini  dərk  etmək,ümumilik  hissinə  yiyələnmək,düşüncə  tərzini 
dəyişmək  və  Yer  planetində  insanların  həyatının  yeni  mənəvi  əsaslarını  yaratmaq 
üçün  insanlıq  çox  çətin  və  uzun  bir  yol  keçməlidir.Bütün  bunlar  isə  yalnız  və 
yalnız  fərziyyə  deyil,elə  bir  reallıqdır  ki,ona  məhəl  qoymamaq  olduqca 
təhlükəlidir.Bu 
reallıq 
qarşısında 
bütün 
millətlərarası,dövlətlərarası 
ziddiyyətlər,lokal maraqlar və şəxsi məqsədlər geri çəkilməlidir.Belə düşüncə tərzi 
isə  yalnız  alimlərdə  və  dövlət  xadimlərində  deyil,eyni  zamanda  planetdə  yaşayan 
milyardlarla  insanlarda  formalaşmalıdır.Yalnız,bu  halda  insanlar  və  planetimiz 
yeni inkişaf yoluna qədəm qoya bilər. 
    Elmi-txniki inqilab termini artıq uzun illərdir ki,leksikonumuza daxil olmuşdur.   
Lakin,bir  çox hallarda  bu söz birləşməsinin hansı  ağır  yükü daşıdığına  əhəmiyyət 
belə  vermirik.Son  illərdə,daha  doğrusu,ikinci  Dünya  müharibəsinin  başa 
çatmasından  keçən  az  bir  müddət  ərzində  elm  və  texnika  planetimizin  həyatında 


110 
 
elə  təəccüblü  dəyişikliklər  etmişdir  ki,(nüvə  enerjisinin  əldə  edilməsi,kosmosa 
şıxış,kompüter  texnikası  və  s.)  onlardan  hər  biri  sivilizasiya  tarixində  bütöv  bir 
mərhələ təşkil edə bilərdi. 
     Adətən,biz  sakit  bir  inkişaf  rejimindən  digər  sakit  inkişaf  rejiminə  sıçrayışla 
keşidi  inqilab  adlandırırıq.Lakin,başlanmış  hər  bir  inqilab  müəyyən  zaman 
kəsiyindən  sonar  başa  çatır.Elm,texnika,texnologiya  və  məhsuldar  qüvvələr 
sferasında  isə  fərqli  bir  vəziyyət  yaranmışdır.Sivilizasiyamızın  texnoloji 
əsaslarında baş verən sürətli inkişaf 60 ildən artıq bir dövrdür ki,səngimək bilmir 
və  ETİ  termini  də  bu  inkişaf  sürətini  tam  əks  etdirmir.Ona  görə  də,məişətimizə 
elmi-texniki  tərəqqi(ETT)  termini  daxil  olmuşdur.Müasir  sivilizasiyanın  gücü 
günbəgün  artmaqdadır.Artıq,biz  öz  həyatımızı  elm  və  texnikanın  bəxş  etdiyi 
möcüzələrsiz  təsəvvür  edə  bilmirik.Demək  olar  ki,insan  heç  vaxt  indiki  qədər 
maddi-mənəvi  sərvətlər,xidmətlər  və  rahatlıqlarla  təmin  olunmamışdır.Doğrudur, 
bu  sərvətlərin  qeyri-bərabər  paylanması,milyonlarla  evsizlərin  və  acların  olması 
faktını  da  danmaq  olmaz.”Roma”klubunun  sifarişi  ilə  yerinə  yetirilmiş  elmi 
işlərdən  birində  qeyd  olunur  ki,adam  başına  maksimum  istehlak  XX  əsrin  60-cı 
illərinin  sonu,70-ci  illərinin  əvvəlində  olmuşdur.Bundan  sonrakı  illərdə  adam 
başına  düşən  maddi  sərvətlərdə  azalma  olmuşdur.Lakin,  bu  faktın  kifayət  dədər 
dəqiq analizi yoxdur. 
    Lakin,nəzərə  almaq  lazımdır  ki,sivilizasiyanın  nəhəng  gücü  insanların  firavan  
həyatını  təmin  etməklə  bərabər,həm  də  bütün  insanlıq  üçün  ölüm  təhlükəsi 
mənbəyi  rolunu  oynayır.İnsanlar  bunu  ilk  dəfə  Naqasaki  və  Xirosimadakı  nüvə 
partlayışlarından  sonra  dərk  etməyə  başladılar.Gözlənilmədən  dərk  edildi  ki,bir 
“düyməyə”  basmaqla  bir  adam  bütün  canlı  məxluqatı  Yer  üzündən  silə 
bilər.Tədricən insanlar təsəvvür etməyə başladılar ki,onlarla təbiət arasında elə bir 
“qadağa zonası,sərhəddi” var ki,onu aşmaq olmaz.Ancaq,nüvə müharibəsi müasir 
sivilizasiyanın insanlığı fəlakət qarşısında qoya biləcək gücünün yeganə təzahürü 
deyil.İnsanları  narahat  edən  digər  elə  fəlakətlər  də  mövcuddur  ki,planetimizdə 
həyat  şəraitini  dəyişməklə  sivilizasiyamızın  gələcək  mövcudluğunu  imkansız  edə 
bilər.Məsələn,demoqrafik  “partlayış”,əkin  sahələrinin  azalması  və  aclıq,energetik 
böhran,”istixana effekti”,turş  yağışlar,ozon qatının pozulması və                                           
                                   1.1.Demoqrafik “partlayış” 
    İnsan tarixinin çox böyük dövrü ərzində Yer kürəsi əhalisinin sayının artımı bir 
o  dədər  də  əhəmiyyətli  dərəcədə  hiss  olunmamışdır.Bu  artım  XIX  əsrdə  yavaş-
yavaş  hiss  olunmağa  başlamış  və  XX  əsrin  ikinci  yarısında  daha  kəskin  təzahür 
etməyə  başlamışdır.10000  il  bundan  öncə(neolit  inqilabının  başlanğıcında) 
planetimizdə cəmi 10mln.insan yaşamışdır.İlk dəfə öz sayını ikiqat artırmaq üçün 
insanlara 2500 il vaxt lazım gəlmişdir.Sonrakı ikiqat artım -2000 ilə,üçüncü-1500 
ilə,dördüncü-1000  ilə  başa  çatmışdır.Sonuncudan  əvvəlki,yəni  səkkizinci  ikiqat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə