İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

100 
 
müqavilələrin layihələrini işləyib hazırlamaq,belə növlərin kodastrının tərtibi və 
onların mühafizəsi üzrə uyğun tövsiyələrin hazırlanması daxil idi. 
     Komissiya öz işinə sıfırdan başladı.Nadir növlərin mühafizəsinə yanaşma 
tərzinin ümumi prinsiplərini işləmək,yox olmaq təhlükəsi və ya qırılmaq təhlükəsi 
olan növləri müəyyənləşdirmək,onların təsnifatlaşdırılması sistemini 
hazırlamaq,əsas limitləyici amilləri aşkarlamaq üçün belə növlərin biologiyası 
haqqında məlumatlar toplamaq lazım gəlirdi.Bu işlərin başlanğıcında hətta «nadir 
növ» anlayışı belə,mövcud deyildi. 
    Komissiya ilk əvvəl qarşısına bu və ya digər səbəblərdən dünyada nəsli kəsilmək 
təhlükəsinə məruz qalan heyvanların izahlı siyahısını(kodastrını) tərtib etmək 
vəzifəsini qoymuşdu.Daha cəlbedici və böyük əhəmiyyətə malik olmasını,qırmızı 
rəngin təhlükə siqnalının simvolu olmasını nəzərə alaraq, Kommissiyanın sədri Ser 
Piter Skott siyahının Qırmızı kitab adlandırılmasını təklif etdi. 
    BTMİ-nın Qırmızı kitabının ilk nəşri 1963-cü ildə işıq üzü gördü.Bu kiçik tirajlı 
«pilot» nəşri idi.Kitabın iki cildinə 211 növ və yarımnövdən olan məməlilər, 312 
növ və yarımnövdən olan quşlarhaqqında məlumatlar daxil edilmişdi.Kitab siyahı 
üzrə görkəmli dövlət xadimlərinə və alimlərə göndərilmişdi.Yeni məlumatlar 
toplandıqca adresatlara planlaşdırıldığı kimi,köhnə səhifələri dəyişmək üçün əlavə 
səhifələr göndərilirdi.  
     Kitabın ikinci nəşrinin üç cildi 1966-1971-ci illərdə çıxdı.Artıq,ikinci nəşr kitab 
formatında (21,0 x 14,5 sm) buraxılmışdı.Lakin,birinci nəşr kimi,o da,istənilən 
səhifənin yenisi ilə əvəzlənməsini təmin etmək üçün qalın aşırma təqvim şəklində 
idi.Kitab,yenə də kütləvi satış üçün nəzərdə tutulmamışdı və siyahı üzrə 
təbiətqoruyucu idarələrə,təşkilatlara və alimlərə göndərilirdi.Birinci nəşrdən keçən 
müddət ərzində əlavə məlumatlar toplandığı üçün BTMİ-nin Qırmızı kitabının 
ikinci nəşrinə  daxil edilmiş növlərin sayı əhəmiyyətli dərəcədə artmışdı.Kitabın 
ikiinci cildinə 236 növ (292 yarımnöv) məməli,ikinci cildinə 287 növ (341 
yarımnöv) quş və üçüncü cildinə 119 növ və yarımnöv reptili,34 növ və yarımnöv 
amfibiya haqqında məlumatlar daxil edilmişdi. 
    Tədricən, BTMİ-nin Qırmızı kitabı təkmilləşdirildi və məlumatlarla zənginləşdi. 
Kitabın 1972-ci ildə buraxılmış üçüncu nəşrinə 528 növ və yarımnöv məməli, 619 
növ, quş və 153 növ və yarımnöv reptili və amfibiya haqqında məlumatlar daxil 
edilmişdi.Kitabda sərlövhələri (fəsillər) də dəyişdirilmişdi.Birinci fəsil növün 
statusunun səciyyəsinə və müasir vəziyyətinə,sonrakı fəsillər növün yayılma 
coğrafiysına,populyasiya quruluşuna və sayına,məskunlaşma yerinin 
səciyyəsinə,növün mühafizəsi üzrə həyata keçitilən və təklif olunan 
tədbirlərə,heyvanxanalarda saxlanılan heyvanların səciyyəsinə,məlumat 
mənbələrinə (ədəbiyyatlara) həsr olunmuşdur.Kitab satışa çıxarıldığı üçün onun 
tirajı da kəskin artırıldı. 


101 
 
    Qırmızı kitabın 1978-1980-ci illərdə buraxılmış dördüncü nəşrinə 226 növ və 
79yarımnöv məməli, 181 növ və77 yarımnöv quş, və 153 növ və 21yarımnöv 
reptili ,35 növ və 5 yarımnöv amfibiya,168növ və 25 yarımnöv balıq haqqında 
məlumatlar daxil edilmişdi.Bunların içərisində bərpa olunmuş 7 növ və yarımnöv 
məməli,4 növ quş və 2 növ reptili vardı.Qırmızı kitabın dördüncü nəşrinə daxil 
edilmiş növlərin sayının ixtisar olunması təkcə müvəffəqiyyətli mühafizənin 
hesabına deyil,eyni zamanda son zamanlar toplanmış daha dəqiq məlumatlar 
hesabına olmuşdur. 
    1996-cı ildə Beynəlxalq Qırmızı Kitabın yeni variantı nəşr olunda.20 ildən artıq 
bir müddətdə növlərin və yarımnövlərin statusu onların yoxolma təhlükəsinin 
dərəcəsindən asılı olaraq ümumi (qlobal)şkala üzrə qiymətləndirilmişdir.Sonuncu 
kitabda isə,müxtəlif  taksonların statusunun daha obyektiv və elmi əsaslandırılmış 
qiymətləndirilməsinə cəhd edilmişdi.Növlərin və yarımnövlərin həssaslıq dərəcəsi 
haqqında qərarın qəbul edilməsi onların genetik müxtəlifliyi, ekosistemlərin 
(məskunlaşma yerlərinin) saxlanması,sayı və arealının kəmiyyətinin 
müəyyənləşdirilməsinə  əsaslanır. Qeyd olunan parametrlərin müqaisəli 
qiymətləndirilməsi üçün beş kəmiyyət meyarından(A-E) istifadə olunmuşdur. 
Növün həssaslıq dərəcəsini səciyyələndirmək üçün səkkiz kateqoriya təklif 
olunmuşdur: 
EX – Extinct (Nəsli kəsilmiş)-bu kateqoriyaya heç bir canlı nümayəndəsinin 
qalmamasına şübhə olmayan növlər daxil edilmişdir. Bu kateqoriyaya 1500-cü 
ildən sonra nəsli kəsilmiş növlərin adı salınmışdır. 
EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan)-bu kateqoriyaya 
nümayəndələri yalnız nevole saxlanılan və ya populyasiyası tarixi arealından 
kənarda saxlanmış növlər aid edilir. 
CR – Critically Endangered (Nəsli kəsilmə həddinə çatanlar)-bu kateqoriyaya 
nəsli kəsilmə riski ekstremal olan və yaxın gələcəkdə yox ola biləcək növlər aid 
edilir. 
EN – Endangered (Nəsli kəsilməkdə olanlar)-əvvəlki kateqoriyaya aid 
edilməyən,lakin,yüksək nəsli kəsilmə təhlükəsinə məruz qalan və yaxın gələcəkdə 
yox ola biləcək növlər aid edilir 
VU – Vulnerable (Həssas növlər)-əvvəlki iki kateqoriyaya aid edilməyən,lakin 
nəsli kəsilmə təhlükəsi olan növlər aid edilir. 
LR-Lower Risk (Nəsli kəsilmə riski az olanlar)- «nəsli kəsilmə təhlükəsi olan» 
kateqoriyaların heç birinə aid edilməyən növlər və yarımnövlər bu kateqoriyaya 
aid edilir.Bu kateqoriya üç subkareqoriyaya bölünür: 
LR Conservation Dependent (cd) (mühafizə altında olanlar)-bu subkateqoriyaya, 
mövcudluğu canlıların özlərinün və ya məskunlaşma yerlərinin mühafizə 
tədbirlərindən asılı olan taksonlar aid edilir. Mühafizə tədbirlərinin dayandırılarsa, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə