İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

92 
 
taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu 
sahələr  üçün  unikal  olan  tuqay  meşələridir.  Əsasən,  Kür,  Araz  və  Qabırrı  çayları 
vadilərində  yayılan  meşələrin  əsas  ağacları  palıd,  ağcaqayın,  göyrüş,  söyüd  və  s. 
ibarətdir.  
Böyük  Qafqaz  və  Kiçik  Qafqaz  dağətəyi  düzənliklərində  200  m-dən  600-700  m, 
bəzən  1200  metrədək  olan  hündürlükdə  əsasən  bir  və  çoxillik  kserofit  bitkilər  və 
kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan 
sahələr meşələrdən ibarətdir.  
Azərbaycan  Respublikası  ərazisinin  ümumi  sahəsi  86,6  milyon  hektardır. 
Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə 
örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər 
adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında 
götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.  
Azərbaycanda  meşələr  sahəcə  az  olsalar  da  növ  zənginliyi  ilə  məşhurdur.  Burada 
435  növ  ağac  və  kol  bitir,  onlardan  da  70-i  endemik  növlərə  aiddir.  Bütün 
respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və 
Kiçik  Qafqazın,  Talış  dağlarının  alçaq  və  orta  dağlıq  hissələrində  geniş 
yayılmışdır.  Xüsusilə  onlar  600-1600  m  mütləq  yüksəkliklərdə  çox  yerdə  vahid 
qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.  
Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün 
meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, 
qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı 
meşələr  respublika  meşələrinin  1,7  faizini  təşkil  edir.  Azərbaycanda  təbii  halda 
inkişaf  edən  107  ağac  növündən  7-si  iynəyarpaqlı  ağaclardır.  Onlara  Avropa 
qaracökəsi,  Eldar  şamı,  qarmaqvari  şam,  çoxmeyvəli,  ağır  iyli  qırmızı  və 
uzungövdəli ardıc ağacları daxildir.  
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə 
üçüncü  dövrün  relikt  bitkisi  kimi  meşələrin  nadir  incisidir.  Bu  ağac  Böyük 
Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində 
yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə 
etməyib.  Eldar  şamının  vətəni  Azərbayjandır,  yayılma  arealı  isə  Jeyrançöl  ön 
dağlığının  Eldar  oyuğu  sahəsidir.  Talış  dağlarında  bitən  üçüncü  dövrün  relikt  və 
nadir  ağaclarından  dəmirağac,  Lənkəran  akasiyası,  şabalıdyarpaq  palıd,  azat, 
Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin 
nadir inciləridir.  
 
                                         Heyvanlar aləmi  
Azərbaycan  özünəməxsus  fauna  kompleksi  olan  bir  neçə  zoocoğrafi  əyalətlərin 
qovşağında  yerləşir.  Qonşu  ərazilərdən  -  İrandan,  Orta  Asiyadan,  Aralıq  dənizi 


93 
 
ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın 
faunasını zənginləşdirmişdir.  
Azərbaycan  Respublikası  ərazisində  təbii  şəraitin  müxtəlifliyi  ilə  əlaqədar  onun 
heyvanlar aləmi də çox rəngarəngdir.  
Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ 
dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.  
Düzənlik  sahələrin  faunası  külli  miqdarda  məməlilər,  sürünənlər,  suda-quruda 
yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.  
Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq 
pişiyinə,  dovşana  və  s.,  sürünənlərdən  -  bataqlıq,  Xəzər  və  Aralıq  dənizi 
tısbağalarına,  zolaqlı  kəltənkələyə,  adi  və  su  koramalına,  gürzəyə  və  s.,  suda-
quruda yaşayanlardan  - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, 
turaca, qartala, müxtəlif  növ  ördək və qazlara, harayçı  və  fısıldayan  qu quşlarına, 
qaşqaldağa,  sultan  toyuğuna,  vağlara,  qarabatdaqlara,  qıvrımlələk  qutana  və  s. 
həşaratların bir çox növlərinə rast gəlinir.  
Orta  və  yüksək  dağlıq  hissədə  düzənlikdə  rast  gəlinən  heyvanlardan  başqa  bu 
ərazilər  üçün  xarakterik  sayılan  Şərqi  Qafqaz  təkəsi,  Qafqaz  maralı,  Qafqaz 
köpgəri,  Avropa  cüyürü,  Qafqaz  qonur  ayısı,  quşlardan  toğlugötürən,  berkut, 
Qafqaz  şahini,  Qafqaz  tetrası,  Qafqaz  uları  və  s.  fauna  nümunələri 
məskunlaşmışdır.  
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 
növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat 
daxil edilib.  
            Respublkanın heyvanlar aləmi haqqında ümumi məlumat 
 
Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun 
müddət  ərzində  yaranmış  və  formalaşmış  toplusudur.  Azərbaycanın  heyvanlar 
aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək 
olar.  Memarlıq  abidələri,  qədim  qaya  və  daşlar  üzərindəki  müxtəlif  heyvan 
təsvirləri  dövrümüzə  qədər  gəlib  çatmışdır.  XVII  əsrdən  etibarən  təbiətşünas 
səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk 
bilgi əldə edilir.  
Fauna  anlayışından  fərqli  olaraq  heyvanlar  aləmi  dedikdə  onların  növ  tərkibi  ilə 
yanaşı  fərdlərin  sayı  da  nəzərə  alınır.  Azərbaycan  Respublikası  ərazisində  təbii 
şəraitin  müxtəlifliyi  ilə  əlaqədar  onun  heyvanlar  aləmi  də  çox  rəngarəngdir. 
Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ 
dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.  
Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar 
yalnız  çox  məhdud  (göl,  dağın  bir  hissəsi),  digərləri  isə  respublikanın  bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə