İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

90 
 
bazasında  17924  hektar  ərazidə  yaradılmışdır.  Ağ-göl  Kür-Araz  ovalığının  Mil 
düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların 
ən  vacib  qışlama  və  yuvalama  yeri  olduğu  üçün  "ornitoloji  sahə"  də  adlandırıla 
bilər.  Buranın  ornitoloji  faunası  çox  zəngindir.  140-dan  çox  quş  növlərinə  rast 
gəlmək  olar,  onlardan  89  növü  bilavasitə  yuva  salan  quşlardır.  (Sultan  toyuğu, 
ərsindimdik,  qu  quşları,  fitçi  və  mərmər  cürələr,  bəzgək  və  s.)  Ağ-gölün  əsas 
mühafizə  obyektləri  köçəri,  su  ətrafı  və  su  quşlarının  kütləvi  yuva  salma  və 
qışlama  yerləri  olan  su-bataqlıq  ekoloji  sistemləridir.  Ağ-göl  YUNESKO-nun 
"Əsasən  su  quşlarının  yaşama  yerləri  kimi  beynəlxalq  əhəmiyyətli  olan  Sulu-
bataqlıq yerləri haqqında" Konvensiyasının Siyahısına daxil edilmişdir.  
Hirkan  Milli  Parkı  -  2004-cü  ilin  fevral  ayında  Azərbaycan  Respublikası 
Prezidentinin  Sərəncamı  ilə  Lənkəran  və  Astara  rayonlarının  inzibati  ərazisində 
21435 hektar sahədə yaradılmışdır. Burada üçüncü dövrün qədim relikt və endemik 
bitki  növləri  qorunur.  Azərbaycanda  yayılan  435  ağac  və  kol  növünün  150-si 
Hirkan  meşələrindədir.  Meşələrdə  Azərbaycanın  "Qırmızı  kitabı"na  düşmüş 
Hirkan  şümşadı,  dəmirağacı,  şabalıdyarpaq  palıd,  Hirkan  ənciri,  Hirkan  armudu, 
Xəzər  lələyi,  İpək  akasiya,  Qafqaz  xurması,  Hirkan  bigəvəri,  qızılağac  və  s., 
heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan  arıquşu, qara  leylək, berkut və 
sairə vardır.  
Hirkan meşələrinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi 
üçün  elmi  cəhətdən  əsaslandırılmış  sənədlər  tərtib  olunaraq,  YUNESKO-nun 
Katibliyinə təqdim edilmişdir.  
Altıağac  Milli  Parkı  -  2004-cü  ilin  31  avqust  tarixində  Azərbaycan  Respublikası 
Prezidentinin Sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035 
hektarında  yaradılmışdır.  Milli  Parkın  ərazisinin  90,5%-ni  enliyarpaq  meşələr 
təşkil  edir.  Əsas  ağac  növləri  palıd,  Qafqaz  vələsi,  Şərq  fıstığı,  adi  göyüş, 
ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, 
dələ, canavar və s. heyvanlar məskunlaşmışdır.  
Abşeron  Milli  Parkı    Azərbaycan  Respublikası  Prezidentinin 2005-ci  il 08  fevral 
tarixli  622  nömrəli  Sərəncamı  ilə  Abşeron  Dövlət  Təbiət  Yasaqlığının  bazasında 
Bakı  şəhərinin  Əzizbəyov  rayonunun  inzibati  ərazisinin  783  hektarlıq  sahəsində 
Abşeron Milli Parkı yaradılmışdır.  
Abşeron  Dövlət  Təbiət  Yasaqlığı  1969-cu  ilin  iyul  ayında  ərazidə  məskunlaşmış 
ceyranın,  Xəzər  suitisinin  və  su  quşların  qorunub  saxlanılması  məqsədilə 
yaradılmiışdır.  Ərazidə  yarımsəhra  və  quru  bozqırların  mülayim-isti  iqlim  tipi 
hakimdir.  Burada  bitki  örtüyünün  növ  tərkibi  və  fitokütləsi  xeyli  azdır,  bitkilər 
ərazinin su və duzluluq  rejiminə  uyğun  olaraq dəyişir.  Dəniz  sahili  qum  bitkiləri 
(42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %) 
və  s.  yayılmışdır.  Efemerlər  də  erkən  yazda  nisbətən  yaxşı  inkişaf  edir.  Buranın 


91 
 
quru  ərazisində  heyvanlardan  ceyran,  çaqqal,  tülkü,  porsuq,  dovşan,  Xəzərin 
sularında suiti və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, 
boz  və  qırmızıbaş  qara,  ağgöz  qara  ördəklər,  böyük  ağ  vağ,  qumluq  cüllütü, 
qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozçası və s. köçəri quşlar məskən salmışlar.  
Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və 
obyektlərinin,  xüsusən  pərayaqlı  heyvanların  yeganə  nümayəndəsi  olan  Xəzər 
suitisinin daha çox yayıldığı arealda, ceyranların, həmçinin su bataqlıq quşlarının 
qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Abşeron Milli Parkının 
yaradılması  eyni  zamanda  təbii  ehtiyatlardan  səmərəli  istifadə  edilməsi,  ətraf 
mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində 
aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir. Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  inkişaf  etdirilməsi,  ekoloji 
şəbəkənin  yaradılması  istiqamətində  həyata  keçirdiyi  məqsədyönlü  tədbirlər 
nəticəsində  hazırda  ölkəmizdə  6  Milli  Park,  13  dövlət  təbiət  qoruğu  və  19  dövlət 
təbiət yasaqlığı fəaliyyət göstərir. 
 
                                           Bitki örtüyü  
Azərbaycan  Respublikasının  ərazisi  zəngin  floraya  malikdir.  Nisbətən  böyük 
olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı 
respublikamızda  yayılmışdır.  Azərbaycanda  bitən  təxminən  4500  növ  ali,  sporlu 
çiçəkli  bitkilər  125  dəstə  920  cinsdə  birləşir.  Növlərin  ümumi  sayına  görə 
Azərbaycanın  florası  Qafqazın  başqa  respublikalarına  nisbətən  xeyli  zəngindir. 
Respublikada  rast  gələn  bitki  növləri  Qafqazda  bitən  bitki  növlərinin  ümumi 
miqdarının  66%-ini  təşkil  edir.  Qafqaz  və  başqa  regionlarda  geniş  yayılmış  bitki 
növləri  ilə  yanaşı  Azərbaycanın  florasında  kifayət  sayda  yalnız  Azərbaycan  və 
onun  nisbətən  kiçik  rayonları  üçün  xarakterik  olan  240-a  yaxın  endemik  bitki 
növləri də vardır.  
Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir 
torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, 
respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra 
bitki  tipləri  və  su  bataqlıq  bitkiləri  inkişaf  etmişdir.  Səhra  tipli  bitki 
qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan 
və  Şirvan  düzlərində  rast  gəlinir.  Torpağın  duzluluğundan  asılı  olaraq  burada 
qarasoran,  şahsevdi,  ətli,  şoran,  qışotu  bitkiləri  yayılmışdır.  Yarımsəhra  bitki 
örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, 
Qobustan  və  Arazboyu  düzənliklərdə  geniş  sahə  tutur.  Kür-Araz,  Qobustan  və 
Ceyrançöldə  zonal  formasiya  olaraq  yovşan  yarımsəhrası  sahə  etibarilə  üstünlük 
təşkil  edir.  Başqa  formasiyalardan  qarağan  (Kür-Araz)  və  dəngiz  (Qobustan, 
Naxçıvan)  formasiyaları  daha  səciyyəvidir  Yarımsəhralarda  çox  sayılan  digər 
bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə